Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-950/2023 06.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi və buraxılmış müddətin bərpası barədə ərizəyə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi” qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11864/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı, İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - 13 iyul 2003-cü ildə Ağsu rayon hərbi komissarlığından (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsi) həqiqi hərbi xidmətə çağırılmışdır. Xidməti bitirdikdən dərhal sonra 2005-ci il tarixdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin gizir hazırlığı kursunu keçmişdir. Gizir rütbəsində N ildən artıq N saylı hərbi hissədə xidmət etmiş, daha sonra N saylı hərbi hissəyə keçirilmişdir. Burada 2017-ci ilin mayına qədər xidmət etmişdir. Həmin tarixdə heç bir əsas və səbəb olmadan qanunsuz saxlanılaraq sorğu-sual edilmiş, qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qalmışdır (“Tərtər işi”). Bu qanunsuz prosesin nəticəsində 10 oktyabr 2017-ci il tarixdə əsassız olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmağı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 09 sentyabr 2017-ci il tarixli, 0279 gm nömrəli əmrinə əsaslanıb. Həmin dövrdə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağından razı olmasa da, 2017-ci ilin may-iyun aylarında, o cümlədən sonrakı tarixlərdə elə bir vəziyyət yaranmışdı ki, harasa müraciət edib haqqı tələb etmək imkanı yox idi. Qanunsuz olaraq saxlandığı N saylı hərbi hissənin köhnə kazarmalarından birindən buraxılan zaman yüzlərlə ağır işgəncəyə məruz qalmış digər hərbi qulluqçular kimi ona şikayət etməməyi üçün hədəqorxu gəlinmişdi, yazılı şəkildə iltizama imza atmaqla xəbərdarlıq olunmuşdu. Bundan başqa, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağında bağlı məsələni məhkəmə qaydasında mübahisələndirməzdən öncə 2017-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara, o cümlədən ona qarşı törədilmiş cinayət əməllərinin araşdırılması, təqsirkar və zərərçəkmiş şəxslərin müəyyən edilməsi lazım idi. Nəhayət həm onun, həm də digər zərərçəkmiş şəxslərin çoxsaylı müraciət və fəaliyyətindən sonra 17 dekabr 2021-ci ildə qeyd edilən cinayət əməllərinin yenidən araşdırılmasına başlanılıb, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı qrupu yaradılıb. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı da ifadə vermiş, ona məlum olan hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən kənarlaşdırılmağıla bağlı məlumat vermişdir. Nəticədə Baş Prokurorluğun İstintaq İdarəsinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə 09 may 2017-ci il tarixdən 26 iyun 2017-ci il tarixədək, yəni 48 gün müddətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin köhnə inzibati binasında qanunsuz saxlanıldığı və ağılasığmaz işgəncələrə məruz qaldığı üçün zərərçəkmiş şəxs qismində tanınmışdır. (Zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 dekabr 2021-ci il tarixli qərarın surəti əlavə edilir). Bu qərar ona Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən 2022-ci ilin may ayında təqdim olunub. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağım barədə əmri qanunsuz və əsassız hesab etdiyi üçün zərərçəkmiş şəxs qismində tanınma qərarını aldıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) 16 may 2022-ci il tarixli ərizə ilə müraciət edib əmrin ləğv edilməsini və işə bərpa edilməyimi xahiş etmişdir. Cavabdeh 08 iyul 2022-ci il tarixli, 1/9-6320 saylı cavab məktubu ilə müraciətinə imtina cavabı verib (2022-ci ilin avqust ayında çatmış imtina cavab məktubunun surəti əlavə edilir). Cavabda xidmət etdiyi hərbi hissə komandirinin imzaladığı təqdimat əsasında ehtiyata buraxıldığı qeyd edilsə də, nə təqdimat, nə ona əlavə edlən sənədlər, nə də ehtiyata buraxılmağında bağlı əmr ona təqdim edilməmişdir. Cavabdeh onun xidməti uyğunsuzluqla ehtiyata buraxılmağının səbəbini göstərə bilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, 3 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İddiaçının hazırda mübahisələndirdiyi əmrdən həmin əmrin ona elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur. İddiaçı bu hüquqdan istifadə etməmiş əmr onun mübahisələndirilməsi üçün inzibatiprosessual qanunvericiliklə müəyyən edilmiş 30 gün müddət ötürülməklə iki il sonra mübahisələndirilmişdir. Belə ki, iddiaçı 09 sentyabr 2017-ci il tarixli əmr ilə “Hərbi xidmətkeçmə haqqında" Əsanamənin 156-cı maddəsinin “e" bəndi ilə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Lakin, iddiaçı inzibati orqanın 09 sentyabr 2017-ci il tarixli əmrini 5 il sonra 15 avqust 2022-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirmişdir. Bununla da, İddiaçı iddia qaldırılması üçün müəyyən edilmiş müddəti ötürmüş, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün sübutlar təqdim etməmişdir. Belə ki, müddətin bərpasına dair üzrlü səbəb anlayışına elə hallar aiddir ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verilməsinə yönələn hərəkətləri yerinə yetirməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Azərbaycan Respublikası İPM-nin 35.1 -ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.3-cü bəndinə göstərilmişdir ki, məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olun olmaması, qanunverciliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığla yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37.1 -ci maddəsinə əsasən yoxlamalıdırlar. İddiaçının xidməti vərəqəsinin surətindən görünür ki, iddiaçıya 10 fevral 2017-ci il tarixdə nizamnamənin tələblərinə riayət etmədiyinə görə şiddətli töhmət, 16 fevral 2017-ci il tarixdə bölüyün şəxsi heyətinə və məişət şəraitinə nəzarət etmədiyinə görə şiddətli töhmət, 23 fevral 2017-ci il tarixdə tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə görə töhmət, 28 fevral 2017-ci il tarixdə bölüyün əşya əmlakına nəzarət etmədiyinə görə şiddətli töhmət verilmişdir. 03 aprel 2017-ci il tarixdə N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsi keçirilmişdir. Şərəf məhkəməsinin 03 aprel 2017-ci il tarixli Qərarından çıxarışda X1 vəzifələrini layiqincə yerinə yetirmədiyi, tebeliyində olan şəxsi heyətin işgüzar və mənəvi keyfiyyətlərini bilmədiyi, onların məişət şəraiti ilə maraqlanmadığı, bölükdə təyin olunmuş sutkalıq naryadın hazırlanmasına təlimatlandırılmasına məsuliyyətsiz yanaşdığı, onların öz vəzifələrini bilməsini yoxlaması və vaxtında dəyişməyə göndərmədiyi, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməyə çətinlik çəkdiyi, düzülüşlərə sistematik olaraq gecikdiyi, xidmət zamanı spirtli içki qəbul etdiyi və bu hərəkətlərlə digər hərbi qulluqçulara mənfi təsir etdiyi, yuxarı komandanlıq tərəfindən bu haqda mütəmadi olaraq söhbət aparılmasına baxmayaraq heç bir nəticə çıxarmadığı müəyyən olunmuş, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırılması qərara alınmış, iddiaçı ilə 03 aprel və 03 iyun 2017-ci il tarixlərdə söhbətləşmə aparılmışdır. Həmçinin, 03 iyun 2017-ci il tarixli təqdimatda iddiaçının öz xidməti vəzifəsinə məsuliyyətsiz yanaşması və icraçılıq qabiliyyətinin aşağı olması əsaslandırılmışdır. Gizir İddiaçı Azərbaycan Respublikası X3 müavini Baş Qərargah rəisinin 09 sentyabr 2017-ci il tarixli 0279gm nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 35.3, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2021-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, qərar İddiaçı elan edilməklə, hüquq və vəzifələri izah olunmuş, qərarın surəti 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. - X3 Müavini-Silahı Qüvvələrin Baş X4-ndən xx.xx.2017-ci il tarixli 0279 gm nömrəli çıxarışdan görünür ki, “Hərbi xidmətçeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (701 nömrəli hərbi hissənin) 7011-ci motoatıcı bölüyünün sabiq baş çavuşu hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materialları, həmçinin iddiaçının məhkəmə iclasında izahatından müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirilən qərardan daha əvvəl məlumatlı olmağına baxmayaraq qərarı mübahisələndirməmişdir. Belə ki, mübahisəli qərardan iddiaçı 2017-ci ildən məlumatlı olmuş, lakin iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla nəzərdə tutulmuş müddəti buraxmışdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və bununla da iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-950/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-950/2023
06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver