Məhkəmə qərarları › İş №2-1(116)-957/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-957/2020

06.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-957/2020 06.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x1 Nazirliyi yanında Dövlət x2 Ağdaş rayon şöbəsinə qarşı "18 nömrəli Təmir-tikinti İdarəsində və x3 Laboratoriyasında işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x1 Nazirliyi yanında Dövlət x2 Ağdaş rayon şöbəsinə qarşı "18 nömrəli Təmir-tikinti İdarəsində və x3 Laboratoriyasında işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra 03.07.2020-ci ildə İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiasından imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə görə, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı öz iddiasından imtina etdiyinə görə iş üzrə icraata xitam verilməli, eyni zamanda, izah edilməlidir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x1 Nazirliyi yanında Dövlət x2 Ağdaş rayon şöbəsinə qarşı "18 nömrəli Təmir-tikinti İdarəsində və x3 Laboratoriyasında işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar