Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-961/2020 15.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X3, İddiaçıoviç Cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçıoviçin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (üçüncü şəxs Mingəçevir şəhər X6 və Şəxsiyyət Vəsiqəsi şöbəsi) “X1 barəsində aparılmış hərbi qeydiyyat sənədlərində (hərbi bilet, qeydiyyat kartası) düzəliş edilərək İddiaçıoviçin adına tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıoviç cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, (üçüncü şəxs Mingəçevir şəhər X6 və Şəxsiyyət Vəsiqəsi şöbəsi) “onun, yəni İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “Elçin” adı ilə (X9) Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmağının təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1986-cı il tarixdə X10 şəhərində anadan olmuşdur. İddiaçı RF vətəndaşı olmasına baxmayaraq onun valideynləri Azərbaycan Respublikası vətəndaşlarıdır. O, 2007-ci ilədək Azərbaycan Respublikasına gəlməmiş, həmin il ölkəyə gəldikdə Azərbaycan Respublikası vətəndaşlığı barədə heç bir sənədi olmamışdır. İddiaçı 2009-cu ilin sonuna kimi ölkədə sənədsiz hərəkət etmiş və 2009-cu ilin sonunda Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almaq qərarına gəlmişdir. RF vətəndaşı olduğu və göstərilən halda sənədlərini almaqda çətinlik olduğu üçün iddiaçı 1979-cu il doğulmuş və 1980-cı ildə vəfat etmiş qardaşı X2 “Doğum haqqında şəhadətnamə”si ilə xx.xx.2010-cu il tarixdə şəxsiyyət vəsiqəsi almışdır. İddiaçı həmin ərəfədə hərbi komissarlığa qeydiyyata düşmək məqsədi ilə müraciət etmiş, xx.xx.2010-cu ildə həqiqi hərbi xidmətə getmiş və 1 il 6 ay müddətində Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra iddiaçı müxtəlif işlərdə işləmişdir. xx.xx.2018-ci ildə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən iddiaçının saxta sənədlər əsasında şəxsiyyət vəsiqəsi alması faktı müəyyən olunmuş və materiallar toplanmaqla Mingəçevir ŞPŞ-yə göndərilmişdir. Mingəçevir ŞPŞ-də müddət keçəsi ilə əlaqədar cinayət işi rədd edilmişdir. Hazırda iddiaçının qardaşının adından istifadə edərək aldığı şəxsiyyət vəsiqəsi və bütün digər sənədləri ləğv edilmişdir. Miqrasiya Xidməti tərəfindən iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Həmçinin Azərbaycan Respublikası Cavabdeh iddiaçının hərbi xidmətdə olmasını təsdiqləyir. İddiaçı hərbi xidmətdə olması barədə müvafiq düzəlişlər aparılmış hərbi bileti almaq üçün müraciət etsə də, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bundan imtina etmiş və məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbində cavabdeh qismində Azərbaycan Respublikası Cavabdeh qeyd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsində xx xxxxxx 2020-ci il tarixdə 2-1(112)-2350/2019 nömrəli iş üzrə keçirilən məhkəmə iclasında ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-2350/2019 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti baxımından Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinə göndərilən iş xx.xx.2020-ci il tarixdə 2-1(116)-961/2020 iş nömrəsi ilə məhkəmənin icaatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “X1 barəsində aparılmış hərbi qeydiyyat sənədlərində (hərbi bilet, qeydiyyat kartası) düzəliş edilərək İddiaçıoviçin adına tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında protokol qərardadı ərizə icraata qəbul edilmişdir.. İş üzrə cavabdeh orqan Azərbaycan Respublikası Cavabdeh iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surətini məhkəməyə təqdim etmiş, iddia tələbinə münasibət (etiraz) olaraq bildirmişdir ki, 1979-cu il təvəllüdlü X1 şəxsi işi orqan tərəfindən tərtib edilməmiş və ünvanlarına daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı ilk öncə “xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “Elçin” adı ilə (X9) Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olması faktının müəyyən edilməsi” tələbi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1336/2019 nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya İnzibati-İqtisadi Məhkəmələrə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1336/2019 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2413/2019 nömrəli qərardadı ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1336/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, ərizəçi İddiaçıoviçə izah edilmişdir ki, ilk öncə müvafiq inzibati orqana ərizə ilə müraciət etməli, ərizəsi təmin edilmədiyi halda müvafiq iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməlidir. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli 599 nömrəli məktubu və ona əlavə edilmiş “Uçot kartası”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 1979-cu il təvəllüdlü X9 xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “İstehkamçı” hərbi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan X11 Şöbəsinin xx.xx.2020-ci il tarixli 158-18819-1220 nömrəli məktubu və ona əlavə edilmiş “Fərdi uşot kartoçkası”nın surətindən müəyyən edilir ki, xx.xx.1979-cu il təvəllüdlü X4 ilk olaraq X11 Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən xx.xx.2011-ci il tarixdə AZE seriyalı 08958463 nömrəli şəxsiyyət vəsiqəsi, bundan sonra xx.xx.2014-cü il tarixdə AZE seriyalı 14576298 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli 700 nömrəli məktubuna əlavə edilərək məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli 1052 nömrəli məktubunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, X11 şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli HK- 1/1539 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məlum olmuşdur ki, İddiaçıoviç xx.xx.1986-cı il tarixdə X5 şəhərində anadan olmuş, elə həmin il ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Lakin 1993-cü ilin dekabr ayından yenidən Rusiya Federasiyasına köçərək orada yaşamış və Rusiya Federasiyasının vətəndaşlığını almışdır. 2007-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş, 2010-cu ilədək heç bir qeydiyyatı və şəxsiyyətini təsdiq edən sənədi olmadan Mingəçevir şəhərində yaşamışdır. 2009-cu ilin sonlarında iddiaçı şəxsiyyətini təsdiq edən sənədlərini düzəltdirmək istəmiş, Azərbaycan Respublikası vətəndaşlığı alaraq hərbi xidmətə getmək qərarına gəlmiş, ancaq öz şəxsiyyətini təsdiq edən sənədlər və məlumatlarla qeydiyyatdan keçmək istəməmişdir. Məlum olmuşdur ki, İddiaçıoviç xx.xx.1979-cu il tarixdə anadan olmuş və 1980-ci ildə vəfat etmiş qardaşı X1 doğum haqqında şəhadətnaməsindən istifadə edərək özünə mərhum qardaşının adından X11 şöbəsindən şəxsiyyət vəsiqəsi almış, həmin vəsiqəyə əsasən keçmiş Mingəçevir hərbi komissarlığında qeydiyyata düşmüş, xx.xx.2010-cu il tarixdə müddətli həqiqi hərbi çağırılmış, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyata buraxılaraq xx.xx.2011-ci il tarixdə hərbi qeydiyyata alınmışdır. İş materiallarında olan X11 Şöbəsinin xx.xx.2020-ci il tarixli 158-27339-1220 nömrəli məktubuna əlavə edilərək məhkəmə təqdim edilən Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2018-ci il tarixli 039-15877-1218 nömrəli məktubunun surətindən görünür ki, keçirilmiş tədbirlərlə xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 88, mənzil 69-da qeydiyyatda olan X1 əslində xx.xx.1986-cı ildə X5 şəhərində anadan olmuş, xx.xx.2007-ci il tarixdən Rusiya Federasiyası CM-nin 162.3-cü (quldurluq) maddəsi ilə axtarışda olan (Aİ-4429) İddiaçıoviç olması, habelə onun istintaqdan yayınmaq məqsədi ilə Azərbaycan Respublikasının sərhədlərinin qanunsuz olaraq keçdiyi və saxta sənədlər əsasında Mingəçevir şəhər VVAQ-dən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən Mingəçevir ŞPŞ-yə müraciət etməklə 14576298 nömrəli şəxsiyyət vəsiqəsini aldığı müəyyən edilmişdir. İş materiallarında olan X1 Bakı şəhər Baş Polis İdarəsində verdiyi xx.xx.2018-ci il tarixli izahatın surətindən müəyyən edilir ki, Rusiya Federasiyasında birlikdə iş gördüyü Mürsəl adlı şəxsə erməni əsilli şəxs hücum etmiş, bundan sonra o dostları ilə birlikdə həmin şəxsin ünvanına gedərək qisas almışlar. İddiaçı axtarışa veriləcəyini bildiyi üçün RF-dan qaçmış, Azərbaycan Respublikasında tanımadığı şəxs vasitəsi ilə X1 adına saxta doğum haqqında şəhadətnamə əldə edərək Mingəçevir ŞPŞ-dən AZE seriyalı 14576298 nömrəli şəxsiyyət vəsiqəsi almışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Qərarın təsdiq edilmiş surətindən müəyyən edilir ki, toplanmış material üzrə faktiki Rusiya Federasiyası vətəndaşı olan İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 75.1.1 və CPM-in 39.1.3-cü maddələrinə cinayət işinin başlanması rədd edilmişdir. Vətəndaş İddiaçı adına AZE seriyalı 14576298 nömrəli şəxsiyyət vəsiqəsi saxta yolla hazırlandığından etibarsız hesab olunması və fəaliyyətsizləşdirilməsi üçün qərarın nüsxəsi aidiyyəti üzrə Mingəçevir ŞPŞnin Q və ŞVQ-yə göndərilmişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli xx.xx.2018-ci il tarixli Qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx xxxxxx 1986-cı il təvəllüdlü İddiaçıoviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İş materiallarında olan AO seriyalı ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X9 xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan 461144 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçıoviç xx.xx.1986-cı il tarixdə X7 şəhərində anadan olmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara cavabdehin xx.xx.2019-cu il tarixli 481 nömrəli imtina məktubu, AR MN-nin xx.xx.2019-cu il tarixli 11/4807 nömrəli məktubu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli İ/4105 nömrəli məktubu, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1336/2019 nömrəli Qərardadı, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2413/2019 nömrəli Qərardadı, Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli xx.xx.2018-ci il tarixli Qərarının təsdiq edilmiş surəti, AO seriyalı ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, 461144 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-2350/2019 nömrəli Qərardadı, cavabdehin xx.xx.2020-ci il tarixli 599 nömrəli, xx.xx.2020-ci il tarixli 700 nömrəli məktubları və onlara əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, Mingəçevir ŞPŞ-nin xx.xx.2020-ci il tarixli 158-18819-1220 nömrəli məktubu və ona əlavə edilmiş sənədin surəti, Mingəçevir ŞPŞ-nin xx.xx.2020-ci il tarixli 158-27339-1220 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin surətləri, Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 05/Q-381/13 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldığı üçün məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. İşin araşdırılmış hallarından göründüyü kimi iddiaçı həqiqətən mərhum qardaşının adından istifadə etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş, mərhum qardaşının adına hərbi bilet və qeydiyyat kartası tərtib edilmişdir. Onun barəsində xx.xx.2018-ci il tarixli qərarla toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 75.1.1 və CPM-in 39.1.3-cü maddələrinə cinayət işinin başlanması rədd edilmişdir. Vətəndaş İddiaçı adına AZE seriyalı 14576298 nömrəli şəxsiyyət vəsiqəsi saxta yolla hazırlandığından etibarsız hesab olunması və fəaliyyətsizləşdirilməsi üçün qərarın nüsxəsi aidiyyəti üzrə Mingəçevir ŞPŞ-nin Q və ŞVQ-yə göndərilmişdir. Hazırda iddiaçı öz adına qanuni yolla şəxsiyyət vəsiqəsi almaq istəyir ki, bunun üçün də hərbi xidmətdə olması barədə sənədlərə də düzəliş edilməsinə ehtiyac yaranmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı cavabdehin üzərinə X1 barəsində aparılmış hərbi qeydiyyat sənədlərində (hərbi bilet, qeydiyyat kartası) düzəliş edilərək İddiaçıoviçin adına tərtib olunması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə X1 barəsində aparılmış hərbi qeydiyyat sənədlərində (hərbi bilet, qeydiyyat kartası) düzəliş edilərək İddiaçıoviçin adına tərtib olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-961/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-961/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver