Məhkəmə qərarları › İş №2-1(116)-962/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-962/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-962/2020 17.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı N71-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. Məlum hadisələrə görə iddiaçı N88-ci ildə ailəsi ilə birlikdə Mingəçevir şəhərinə köçmüş və həmin vaxtdan Mingəçevir şəhərində məskunlaşmışlar. N89-N91-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. N92-ci ilin avqust ayında Mingəçevir Şəhər hərbi komissarlığı tərəfindən müddətdən artıq hərbi xidmətə çağrılmışdır. Respublika hərbi komissarlığı onu xidmət etmək üçün Mingəçevir Şəhərində fəaliyyət göstərən M-1 batalyonuna göndərmişdir. M-1 batelyonu Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, həmin batalyonda sürücü işləmişdir. N93-cü ilin noyabr ayında M-1 batalyon dağılmış, orada sağ qalan əsgərləri N93-cü ilin dekabr ayında Nefçala rayonun Banka qəsəbəsində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. N94-cü il yanvar ayının 1-dən N saylı hərbi hissə Kəlbəcər rayonu Murovdağ uğrunda gedən ağır döyüşlərə qatılmışdır. N94-cü il fevral ayının 16 sından döyüş zamanı onun komandırı İbrahim Məmmədov ağır yaralanmış və qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycannın Milli Qəhramanı adına layiq görülmüşdür. N94-cü il mart ayının 15 sinda Murovdağda səngərdə döyüşdüyü zaman hərbi hissənin komandiri əsgərlərə bildirmişdir ki, əşyalarınızı yığın Neftçalada yerləşən hərbi-hissəyə gedirik. Neftçalada yerləşən hərbi hissə komandiri bütün şəxsi həyəti bir sıraya düzdü və bildirdi ki, Müdafiə Nazirliyinin sərəncamı ilə hərbi hissə ləğv edilmişdir. İddiaçıya bildirdirildi ki, hərbi hissə ləğv olduğuna görə onun səlahiyyəti yoxdur ki, əsgəri təxris etsin. Müdafiə Nazirliyi tərəfindən bütün hərbi komissarlıqlara tapşırıq və göstərişlər verilmişdir. Onlar sizin bütün problem və məsələlərinizi həll edəcəklər deyə bildirilmişdir. Mingəçevir Şəhərində olan əsgərlər qayıtmış, Mingəçevir hərbi komissarlığına nə baş vermiş hadisə barədə komissara məlumat verdilər. X2 bildirdi ki, baş vermiş hadisədən xəbəri var. Onları aparmış və akt zalına və hər bir əsgərdən yazılı izahat almış və bildirmişlər ki, onlar hərbi komissarlığın sərəncamındalar hər an çağrıla bilərlər şəhəri tərk etməyi çağrışa vaxtında gəlməyən fərari olacaqlar. İddiaçı iki hərbi hissədə olmuşdur. Birinci hərbi hissə M-1 batalyonu ikinci hərbi hissə M-1 batalyonu olub ikinci hərbi hissə N saylı hərbi hissə olmuşdur. N saylı hərbi hiss də Müdafiə Nazirliyinin sərəncamı ilə ləğv edilmişdir. Mingəçevir Hərbi komissarlığı N saylı hərbi-hissədən sonra onu heçbir hərbi hissəyə göndərilməmişdir. İddiaçı heç bir hərbi hissəni özbaşına tərk etməmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçının tələbinin mahiyyəti iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan iddiaçıya məxsus hərbi biletin 24-cü səhifəsində iddiaçı barəsində xx xxxxxx 2001-ci il tarixli Amnistiya aktının tətbiqi, həmçinin 25-ci səhifədə iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddətinin (xx xxxxxx N94-cü il tarixdən xx xxxx N94-cü il tarixədək) hesablanmamasına dair qeydin mövcudluğu iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsini bilavasitə istisna etmiş olur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yə barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. AR CPM-nin 39.3-cü maddəsinə əsasən yalnız AR CPM-nin 39.1.1, 39.1.2 və 39.2ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Bununla da cinayət təqibinin xitam verilməsinin əsaslarından olan 39.1.12-ci maddəsində nəzərdə tutulan amnistiya aktı cinayət təqibinin xitam verilməsinin bəraətverici əsası hesab edilmir. Bununla da Komissiyanın iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsinə dair xx xxxxxx 20N-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N-cu il tarixli imtina məktubundan görünür ki, Müharibə Veteranı” adının və vəsiqəsinin dublikatının verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssıya”nın xx.xx.20N-cu il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində Amnistiya qərarı tətbiq olunduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 №-li Qərarı ilə təsdıq edilmiş Əsasnaməyə əsasən iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin dublikatının verilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası X1 xx.xx.2006-ci il tarixli arayışından görünür ki, N71-ci il təvəllüdlü İddiaçı həqiqətən Azərbaycan Respublikası uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N97-ci il tarixli arxiv məktubundan görünür ki, İddiaçı N saylı hərbi hissə komandirinin x xxxxxx N94-cü il tarixli 5 nömrəli əmrilə şəxsi heyət siyahılarına daxil edilmiş və xx xxxx N94-cü ilədək xidmət keçmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi xx.xx.20N-cu il tarixli imtina məktubu, Azərbaycan Respublikası X1 xx.xx.2006-ci il tarixli arayış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N97-ci il tarixli arxivi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli 11/1130 nömrəli etirazı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2281/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərardadı və xx.xx.2020-ci il tarixli məktubu, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 598 nömrəli məktubu və ona əlavə edilmiş qeydiyyat kartasının təsdiqlənmiş surəti, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/1870 nömrəli məktubu, Azərbaycan Respublikası Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189-13637-1220 nömrəli nömrəli iddiaçının məhkumluğuna dair məktubu və ona əlavə edilmiş 9 saylı Əlavə, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/2N4 məktubu, M/V seriyalı 067180 nömrəli X1 xx.xx.2002-ci il tarixli veteran vəsiqəsinin surəti, Azərbaycan Rsepublikasının Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli H/01/341 nömrəli məktubu, Azərbaycan Rsepublikası Daxili İşlər Nazirliyinin Y-7364 nömrəli xx.xx.2020-ci il tarixli arayış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli 11/3604 nömrəli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinənə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli 11/3604 nömrəli məktubdan görünür ki, iddiaçıya məxsus hərbi biletin 24-cü səhifəsində iddiaçı barəsində xx xxxxxx 2001-ci il tarixli Amnistiya aktının tətbiqi, həmçinin 25-ci səhifədə iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddətinin (xx xxxxxx N94-cü il tarixdən xx xxxx N94-cü il tarixədək) hesablanmamasına dair qeydin mövcudluğu iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsini bilavasitə istisna etmiş olur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olduğundan inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar