Məhkəmə qərarları › İş №2-1(116)-965/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-965/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-965/2020 06.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı "X11, X12, Kərimzadə Həyat Rövşən qızının, Kərimzadə Rövşən Elşən oğlunun, X5, X2, X13, X4, Elvin Mirsaleh oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən mənziləİddiaçı tam mülkiyyət hüququ xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi iləqeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X3 Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, X17, X18, Kərimzadə Həyat Rövşən qızı, Kərimzadə Rövşən Elşən oğlu, X8, X6, X19, X7, X15 şəhəri Muxtar Hacıyev küçəsi ev 22 ünvanında qeydiyyatdadırlar. İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, X11, X12, Kərimzadə Həyat Rövşən qızının, Kərimzadə Rövşən Elşən oğlunun, X5, X2, X13, X4, Elvin Mirsaleh oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, X17, X18, Kərimzadə Həyat Rövşən qızı, Kərimzadə Rövşən Elşən oğlu və X5 onun evinə qeydiyyata salınması texniki səhv ucbatından baş vermişdir. Bundan başqa, X6, X19, X7 və Elvin Mirsaleh oğlu 1996-cı ildən Bakı şəhərində yaşayırlar. Buna görə də göstərilən şəxslərin onun mülkiyyətində qeydiyyatı formal xarakter daşıyır və onun mülkiyyət hüququnun həyata keçirilməsi imkanlarını məhdudlaşdırır. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, göstərilən şəxslər həmin mənzilə ev sahibinin razılığı əsasında qeydiyyata alınmışlar. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 1 ünvanında yerləşən evə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X3 Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, X17, X18, Kərimzadə Həyat Rövşən qızı, Kərimzadə Rövşən Elşən oğlu, X8, X6, X19, X7, X15 şəhəri Muxtar Hacıyev küçəsi ev 22 ünvanında qeydiyyatdadırlar. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab etdi. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İddiaçı üçüncü şəxslərin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmalarını, onların həmin evdə yaşamaması, qeydiyyatın formal olması ilə əsaslandırmışdır. Şəxsin qeydiyyatdan çıxarılmasının əsasları "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsində təsbit edilmişdir. Hazırkı vəziyyətdə həmin halların hər hansı biri mövcud olmasa belə, qeydiyyatda olan şəxslərin qeydiyyatda olduqları mənzildə əmlak hüquqları olmadığı və orada yaşamadıqları təqdirdə onların başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər. Bu hüquqi mövqe 2-1(102)-3075/2019 nömrəli başqa bir oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmişdir. Məhkəmə qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxslər X8, X6, X19, X7 və Elvin Mirsaleh oğlu ilə bağlı qeyd edir ki, həmin şəxslərin iddiaçıya məxsus evdə əmlak hüquqlarının olması, o cümlədən istifadə hüququ əldə etmələri, iddiaçının ailə üzvü olmaları işdə olan sübutlarla təsdiq olunmur. Həmçinin, işdə olan sənədlərlə onların hazırda həmin evdə yaşaması da təsdiq edilmir. Belə olan halda, iddiaçı həmin üçüncü şəxslərin özünə məxsus evdən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. Digər üçüncü şəxslər, yəni X17, X18, Kərimzadə Həyat Rövşən qızı və Kərimzadə Rövşən Elşən oğlu ilə bağlı isə müəyyən edildi ki, həmin şəxslər iddiaçıya məxsus olan evdə deyil, qonşuluqda yerləşən tamamilə başqa bir evdə qeydiyyatdadırlar. Üçüncü şəxslərin yaşadığı evlə bağlı xx.xx.1964-cü ildə verilmiş texniki pasportda evin nömrəsi 22, iddiaçıya məxsus evlə bağlı xx.xx.1964-cü ildə verilmiş texniki pasportda evin nömrəsi 16 göstərilmişdir. Deməli, üçüncü şəxslərin qeydiyyata alındıqları ünvan 3 ünvanı iddiaçıya deyil, onların özünə aid ünvan olmuşdur. İddiaçıya məxsus olan evin ünvanı əvvəllər 16 olmuş, sonra dəyişdirilərək 22 nömrəsi verilmişdir. Göründüyü kimi, üçüncü şəxslər X17, X18, Kərimzadə Həyat Rövşən qızı və Kərimzadə Rövşən Elşən oğlunun qeydiyyatda olduqları ünvan ünvan 3 olsa da, bu onların iddiaçıya məxsus evdə qeydiyyatda olmaları anlamına gəlmir. Üçüncü şəxslərin qeydiyyatda olduqları evin iddiaçıya məxsus evə heç bir aidiyyəti yoxdur, bu səbəbdən o, həmin şəxslərin göstərilən ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı deyil. Ona görə də iddia həmin üçüncü şəxslərə aid hissədə təmin edilməməlidir. İddiaçı ilə həmin üçüncü şəxslər arasında olan mübahisə üçüncü şəxslərin yaşadığı evin ünvanının (nömrəsinin) dəyişdirilməsi yolu ilə həll edilə bilər. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Üçüncü şəxslər X5, X2, X13, X4 və Elvin Mirsaleh oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə qoyulsun. İddia üçüncü şəxslər X11, X12, Kərimzadə Həyat Rövşən qızının və Kərimzadə Rövşən Elşən oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar