Məhkəmə qərarları › İş №2-1(116)-967/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-967/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-967/2020 23.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X5rşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli A № 499681 və xx.xx.2014-cü il tarixli A № 499692 saylı “Torpaq sahəsinin planı və ölçüləri” ilə qeydə alınmış Qax rayonu Qaşqaçay kəndi ərazisində yerləşən hər birinə ayrı-ayrılıqda məxsus 0,12 ha (cəmi 0,24 ha) torpaq sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahələrinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli A № 499681 və xx.xx.2014-cü il tarixli A № 499692 saylı “Torpaq sahəsinin planı və ölçüləri” ilə qeydə alınmış Qax rayonu Qaşqaçay kəndi ərazisində yerləşən hər birinə ayrıayrılıqda məxsus 0,12 ha (cəmi 0,24 ha) torpaq sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahələrinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 hər biri ayrı-ayrılıqda 2013-cü ilin noyabr ayında Qax rayon, Qaşqaçay bələdiyyəsinə ərizə ilə müraciət edərək Qax rayonu, Qaşqaçay kəndi ərazisində yerləşən 0,12 ha topaq sahəsinin ayrılmasını xahiş etmişlər. Qax rayon Bələdiyyəsinin balansında olan və onlara satılması nəzərdə tutulan torpaq sahələrindən hər birinə 0,12 ha olmaqla torpaq sahəsinin sxematik planı hazırlanmış, bələdiyyə sədri və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən müvafiq qaydada təsdiqlənmişdir. İddiaçılara satılması nəzərdə tutulan torpaq torpaq sahələrinin baş sxemdə yerləşməsinə dair plan hazırlanmış, bələdiyyə sədri və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən müvafiq qaydada təsdiqlənmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 2302 saylı və 2303 saylı rəylərinə əsasən, iddiaçılara satılması nəzərdə tutulan torpaq sahələrinin Qaşqaçay bələdiyyəsinin mülkiyyətinə aid olduğu və nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılmasının qanunauyğun olduğu qeyd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Qax Rayon icra Hakimiyyəti tərəfindən DT və XK-si rayon şöbəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli 1388 saylı və 1389 saylı rəylərdən görünür ki, iddiaçılara satılması nəzərdə tutulan torpaq sahəsi kəndin perspektiv inkişaf planında uyğun ərazidədir. Ərazidə başqa tikinti nəzərdə tutulmamışdır. Torpaq sahəsinin mülkiyyətçisini müəyyən edərək qanunauyğun qaydada satılmasına etiraz edilmir. Qax rayon, Qaşqaçay Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı iclas protokolundan çıxarışla hər birimizə sahəsi 0,12 ha olmaqla Qax rayonu, Qaşqaçay kəndi ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alındı. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin 28.01,2014-cü il tarixli 2336 saylı və 2335 saylı arayışlara əsasən, Qaşqaçay bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı qərarı ilə kənd sakinləri İddiaçı1 və İddiaçı2 həyətyanı məqsədi üçün torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Ümumilikdə hər bir 0,12 ha olan torpağa 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 2400 (iki min dörd yüz) manat məbləğində pul iddiaçılar tərəfindən bələdiyyənin hesabına köçürülmüşdür. Bütün bu prosedurlardan sonra tərəfimizdən, iddiaçılara ayrı-ayrılıqda Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən Qax rayonu, Qaşqaçay kəndi ərazisində yerləşən 1200 kv.m ölçüdə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı “torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2014-cü il tarixdə, 2418 və 2417 nömrələr ilə uçota alınmış, İddiaçı1 A № 499681 qeydiyyat nömrəli “torpaq sahəsinin planı və ölçüsü” və İddiaçı2 A № 499692 qeydiyyat nömrəli “torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. İddiaçılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7 ərizə ilə müraciət edərək, bütün zəruri sənədləri təqdim etməklə İddiaçı1 A № 499681 qeydiyyat nömrəli “torpaq sahəsinin planı və ölçüsü" və İddiaçı2 A № 499692 qeydiyyat nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə məxsus torpaq sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahələrinin planı və ölçüsünün verilməsini xahiş etmişlər, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9 tərəfindən iddiaçılara xx.xx.2020-ci il tarixli, **********20 nömrəli və 21,02.2020-ci il tarixli, **********21 nömrəli məktublarla imtina edilmişdir. Sözügedən imtina məktublarında, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilmədiyindən və qeydiyyata alınmalı torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun kəndin perspektiv inkişaf üçün nəzərdə tutulmuş torpaq sahəsinin hüdudları xaricində olmaqla kollu-örüş sahədə yerləşdiyi müəyyən edildiyindən ərizələrin icrası mümkün deyildir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9 göstərilən əsaslarla müraciətlərimizdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Bir daha göründüyü kimi, qanunla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları konkret olaraq göstərilmiş, lakin cavabdeh tərəfindən istinad edilən hal imtinaya əsas olan hal olaraq nəzərdə tutulmamışdır. Eyni zamanda, imtinada göstərilən xüsusatlar başa düşülən və sadə vətəndaşın anlaya biləcəyi şəkildə yazılmamışdır. Əvvəla iddiaçılara ayrılan torpaq sahələrinin müvafiq sənədlərdən də göründüyü kimi, konkret yerləşmə nöqtələri, koordinatları, döngə nöqtələri, ayrıcı xəttləri, sxematik xəritə və baş plan üzrə yerləşmə bucaqları konkret göstərilmiş və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Qax Rayon icra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 1388 saylı və 1389 saylı rəylərində bizə satılması nəzərdə tutulan torpaq sahələrinin kəndin perspektiv inkişaf planında uyğun ərazidə olduğu qeyd edilmişdir. Lakin cavabdeh idarə isə “torpaqların kəndin perspektiv inkişaf üçün nəzərdə tutulmuş torpaq sahəsinin hüdudları xaricində” yerləşdiyini qeyd edir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X5rşı “Qax rayonu, Qaşqaçay kəndi ərazisində yerləşən hər birinə ayrı ayrılıqda məxsus 0.12 ha (cəmi 0.24 ha) torpaq sahələrinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması“ tələbinə dair xx xxx 2020-ci il tarixli, 2-1(116)- 967/2020 saylı sərəncamınıza Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X6 baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilmədiyindən və qeydiyyata alınmalı torpaq sahəsi bələdiyyənin ehtiyat fondunun kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsinin hüdüdları xaricində olmaqla kollu-örüş sahədə yerləşdiyi müəyyən edildiyindən vətəndaşın ərazi idarəsinə ünvanladığı müraciətinin icrasından imtina olunmuşdur. X3 Məhkəməsinin dəftərxanasına xx.xx.2020-ci il tarixində ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin icraata qəbul edilməsinə etiraz etmədi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddianı geri götürdüyündən mütəxəssis rəyinin verilməsi ilə bağlı yaranmış prosessual xərc iddiaçılardan tutularaq aidiyyəti üzrə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 111.3-cü maddəsinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. 115.2-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçılar iddiadan imtina etməsələr də iddianı geri götürmüşlər ki, mütəxəssis rəyinin verilməsi üçün xərc onlardan tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X5rşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli A № 499681 və xx.xx.2014-cü il tarixli A № 499692 saylı “Torpaq sahəsinin planı və ölçüləri” ilə qeydə alınmış Qax rayonu Qaşqaçay kəndi ərazisində yerləşən hər birinə ayrı-ayrılıqda məxsus 0,12 ha (cəmi 0,24 ha) torpaq sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahələrinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 93 manat 60 qəpik iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X1 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar