Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-969/2025 19.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: ünvan 1) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı şəhəri, X4 küçəsi 143) qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı xx xxx 1959-cu il tarixdə doğulmuşdur. 1974 – 1978-ci illərdə texniki peşə məktəbində təhsil almışdır. Əmək kitabçasına əsasən 1 dekabr 1976-cı il tarixdən 1 noyabr 2007-ci il tarixədək müxtəlif təşkilatlarda işləmiş, 1978 – 1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 65 yaşının tamam olması ilə əlaqədar «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsaslanaraq ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh 13 iyul 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinaya səbəb kimi sığorta stajının 25 ildən az olması və fərdi şəxsi hesabda pensiya kapitalının qanunla tələb olunan məbləğdə toplanmamasını gətirmişdir. Bundan sonra İddiaçı cavabdeh DSMF 13 saylı Regional Ərazi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatının gedişində iddiaçı əlavə ərizə təqdim etmiş və iddia qaldırılan zaman yol verilmiş formal xəta aradan qaldırılaraq cavabdeh qismində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının çıxış etməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki (iddia ərizəsinə əsasən), 1 dekabr 1976-cı il tarixdən 1 mart 1977-ci il tarixədək və 21 noyabr 1977-ci il tarixdən 22 fevral 1978-ci il tarixədək Göyçay rayon X1 fəhlə işləmişdir. 4 iyun 1978-ci il tarixdən 20 iyun 1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 14 iyul 1980-ci il tarixdən 20 avqust 1980-ci il tarixədək Göyçay Təmir-Tikinti Sahəsində santexnik (usta), 22 avqust 1980-ci il tarixdən 21 yanvar 1982-ci il tarixədək Göyçay Avtomobil Təmiri Zavodunun Mühərrik sexində çilingər, 10 noyabr 1982-ci il tarixdən 28 iyul 1983-cü il tarixədək həmin Zavodda 3-cü dərəcəli çilingər, 28 iyul 1983-cü il tarixdən 10 may 1999-cu il tarixədək Mühərrik sexində 3-cü dərəcəli çilingər, 15 may 2005-ci il tarixdən 1 noyabr 2007-ci il tarixədək "xxxx" ASC-nin Göyçay Qum-Çınqıl filialında sürücü işləmişdir. Təşkilatların adı və tutduğu vəzifələr əmək kitabçasında əks olunmuşdur. Ona yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdehə müraciət etsə də, imtina cavabı almışdır. İmtina məktubunda qeyd olunmuşdur ki, onun sığorta stajı 18 il 6 ay 6 gün təşkil edir, 2006 – 2007-ci illərdə fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. 2005 – 2007-ci illərdəki iş dövrü şübhə doğurduğundan, həmin dövr sığorta stajına daxil edilməmişdir. Cavabdehin imtinası qanuni və əsaslı sayıla bilməz. Belə ki, onun əmək stajı 21 il 21 gün, hərbi xidmət dövrü isə 2 ildir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 28 oktyabr 2024-cü il tarixli məktubunda iddiaya etiraz edilir və etiraz onunla əsaslandırılır ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 18 il 6 ay 6 gün təşkil edir. 15 aprel 2005-ci il tarixdən 1 noyabr 2007-ci il tarixədək Göyçay Qum- Çınqıl Müəssisəsində olan dövrün mötəbərliyinə şübhə olduğundan və MEİS “Pensiya” altsistemində olan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixdən 1 noyabr 2007-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədləri təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil olunması məsələsinə baxıla bilər. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya «Sosial müavinətlər haqqında» Qanunun 7.0.2-ci maddəsinə müvafiq olaraq 10 may 2024-cü il tarixdən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı pensiya yaşına 10 may 2024-cü il tarixdə çatmışdır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəməyə ünvanlanmış 7 noyabr 2024-cü il tarixli məktubunda isə qeyd edir ki, əmək kitabçasına əsasən İddiaçı 21 yanvar 1982-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınaraq ümumilikdə 2 il 6 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir. 1 yanvar 2006-cı il tarixədək iddiaçının həmin staja əsasən pensiya kapitalının məbləği 617,10 manat təşkil etmişdir. Həmin kapitalın 10 may 2024-cü il tarixə indeksləşdirilmiş məbləği 2.032,09 manatdır. Əmək kitabçasının surətinə əsasən 10 noyabr 1982-ci il tarixdən 10 may 1999cu il tarixədək olan əmək fəaliyyəti dövrləri də daxil olmaqla ümumi sığorta stajı 18 il 6 ay 6 gün təşkil edir ki, bu da tələb olunan 25 il sığorta stajından azdır. İddiaçı tərəfindən əlavə sənəd təqdim olunacağı təqdirdə ümumi sığorta stajı 25 ilə tamamlanarsa, 10 noyabr 1982-ci il tarixdən 10 may 1999-cu il tarixədək olan dövrün araşdırılması zərurəti yaranacaqdır. Məhjkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 20.3-cü maddəsinə görə məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. MPM-in 129.3-cü maddəsinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. «Əmək pensiyaları haqqında» Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Cavabdehin imtinası 13 iyul 2024-cü il tarixə, iddia ərizəsinin məhkəməyə daxil olması 14 avqust 2024-cü il tarixə təsadüf etsə də, iş materiallarında olan poçt zərfindən görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müvafiq rabitə orqanına 9 avqust 2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdehin imtinasına münasibətdə iddiaçının məcburetmə haqqında iddiası ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Göyçay rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, İddiaçı yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, qanunvericilik normaları nəzərdə tutur ki, 25 il ümumi iş stajına (o cümlədən həmin staja texniki peşə məktəbində təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla) və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı toplamış, eləcə də 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış kişilərin 65 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ yaranır. Bundan başqa, qanunvericikdə 1 yanvar 2002-ci il tarixdən sonrakı iş müddətinin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil olunması da təsbit olunmuşdur. Hazırkı işin məhkəmə araşdırılması ilə İddiaçı 15 may 2005-ci il tarixdən 1 noyabr 2007-ci il tarixədək "xxxx" ASC-nin Göyçay Qum-Çınqıl filialında işlədiyi sürücü vəzifəsinə görə əmək haqqı alması təsdiqini tapsa da, əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilmir. Bunu ASC-nin DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış 7 avqust 2025-ci il tarixli məktub təsdiqləyir. Belə olan halda, iddiaçının əmək kitabçasında əks olunmuş qeydlər üzrə həmin müəssisədəki fəaliyyət dövrü onun sığorta stajına daxil olunmur. İddiaçının inzibati icraatda və məhkəmə icraatında tədqiq olunmuş əmək kitabçasında onun 1 dekabr 1976-cı il tarixdən 10 may 1999-cu il tarixədək hərbi xidmət və əmək fəaliyyəti dövrləri ümumilikdə 20 il 6 ay 22 gün təşkil edir. Onun texniki peşə məktəbində 1974 – 1976-cı illərdəki təhsil müddəti əlavə edildiyi halda da, sığorta stajı 25 ilə toplanmır. Məhkəmə həmçinin qeyd edir ki, 1974 – 1999-cu illər üzrə qazanmış olduğu pensiya hüququ pensiya kapitalına çevrilməklə iddiaçının fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (320 manatdan) az olmayan pensiya təminatına imkan vermədiyindən (46.080 manatdan az olduğundan), «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə uyğun onun pensiya hüququ yaranmır. Bundan başqa, iddiaçının 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı da qeydə alınmadığından, onunla bağlı «Əmək pensiyaları haqqında» Qanunun 22-1.1-ci maddəsinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada pensiya təyinatı da aparıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı deyil və təmin olunmamalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: ünvan 5
Məhkəmə qərarları › İş №2-1(116)-969/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-969/2025
19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver