Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-97/2021 19.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3 qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0.20 ha torpaq sahəsinə naturadakı vəziyyətinə uyğun torpaq sahəsinin plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0.20 ha torpaq sahəsinə naturadakı vəziyyətinə uyğun torpaq sahəsinin plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən 0.20 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evinin inşasına başlamışdır. Qeyd olunan torpaq sahəsinə reyestrdən çıxarış verilsə də, plan-ölçü sənədi tərtib edilməmişdir. İddiaçı 0.20 ha torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan etiraz məktubunda qeyd etmişdir ki, torpaq sahəsinə yerində baxış keçirilmiş, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və məlum olmuşdur ki, torpaq sahəsinin naturada mövcud vəziyyəti ilə elektron baza xəritəsində olan vəziyyəti arasında uyğunsuzluq vardır. Beləki, elektron baza xəritəsində əks olunan torpaq sahəsi naturada olan torpaq sahəsindən 5700 metr kənarda yerləşir. Ona görə də iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. Hazırkı iş üzrə xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmək üçün gəlmiş və iddiaçının nümayəndəsi olduğunu iddia edən X1 etibarnaməsi məhkəmə iclasında iştirakı üçün uyğun olmadığından, həmçinin o, iddiaçının vəkili və yaxın qohumu olmadığından onun izahat verməsi mümkün sayılmamışdır. X.Məmmədova izah edilmişdir ki, iddiaçının nümayəndəsi yalnız vəkil və ya yaxın qohumu ola bilər. Məhkəmənin dəftərxanasına xx.xx.2021-ci il tarixdə daxil olan ərizədə iş üzrə iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3 qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0.20 ha torpaq sahəsinə naturadakı vəziyyətinə uyğun torpaq sahəsinin plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-97/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-97/2021
19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver