Məhkəmə qərarları › İş №2-1(116)-971/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-971/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-971/2020 06.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı "xx.xx.2006-cı ildən xx.xx.2015ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli 056975 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və xx.xx.2015-ci ildən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlanmışdır. İddiaçı həmin müavinətin xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubla bildirmişdir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verildiyi xx.xx.2015-ci il tarixdən ona müavinət təyin edilmiş və həmin tarixdən ödənilir. Əvvəlki dövrlər üçün müavinətin ödənilməsi mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, ona xx.xx.2015-ci ildə müharibə veteranı statusu verilmişdir. Müavinətin ödənilməsi xx.xx.2006-cı ildən başlamalı olduğu halda, xx.xx.2015-ci ildən başlamışdır. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağdaş rayon filialından heç bir növ əmək pensiyası almır. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyinə, cavabdeh nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 056975 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, həmin sənəd İddiaçı xx.xx.2015-ci ildə verilmişdir; - İşdə olan, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağdaş rayon filialı tərəfindən verilmiş xx.xx.2020-ci il **********2 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci ildə Dövlət X4 publik hüquqi şəxsin Ağdaş rayon filialı tərəfindən sosial müavinət təyin olunmuş və müavinət həmin tarixdən ödənilməkdədir. İddiaçı Dövlət X4 publik hüquqi şəxsin Ağdaş rayon filialından heç bir növ əmək pensiya almır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia qismən əsaslıdır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə sadalanan müddəaları nəzərə alaraq hesab edir ki, cavabdehin "iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması" ilə bağlı mövqeyi əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə verilmişdir. "Sosial müavinətlər haqqında" Qanun isə xx.xx.2006-cı ildə qüvvəyə minmişdir. Belə olan halda, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, iddiaçının cavabdehə müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, xx.xx.2006cı ildən xx.xx.2012-ci ilədək müddətə aid hissədə isə iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağdaş rayon filialının üzərinə qoyulsun. İddia xx.xx.2006-cı ildən xx.xx.2012-ci ilədək müddətə aid hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar