Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-973/2021 03.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən evdən cavabdehin ailəsi ilə birlikdə çıxarılması və çıxarışın ləğvi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanında yerləşən evdən cavabdehin ailəsi ilə birlikdə çıxarılması və çıxarışın ləğvi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evin 2005-ci ildə özünə vəsiyyət edildiyini, lakin həmin evdə qardaşının ailəsi ilə birlikdə yaşadığını bildirir. İddiaçı hesab edir ki, həmin yaşayış sahəsi mərhum atası tərəfindən özünə vəsiyyət olunduğundan qardaşı Cavabdeh həmin evdə yaşaması və qardaşının adına hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışın verilməsi qanunsuzdur. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 08.07.2021-ci il tarixdə hüquqi yardım edilərək iddia tələbinin mümkünsüzlüyü izah edilmiş, nöqsanların aradan qaldırılması və dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim edilməsi üçün 5 (beş) gün müddətində vaxt təyin edilmişdir. Müvafiq məktub 22.07.2021-ci il tarixdə iddiaçıya poçt vasitəsilə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmiş, həmçinin nöqsanlar aradan qaldırılmamışdır. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 21.06.2021-ci il tarixli məktubu. Əsaslandırma hissəsi : İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən evdən cavabdehin ailəsi ilə birlikdə çıxarılması və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 21.06.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində və keçmiş DTİ və MHQ idarələrinin arxiv fondunda məlumat və eyni zamanda arxiv qovluğu aşkar edilməmişdir. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı mərhum atası tərəfindən ona vəsiyyət edilmiş yaşayış sahəsindən, qardaşı Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılmasına və həmin yaşayış sahəsi üzrə mülkiyyət hüququna dair sənədin ləğvinə nail olmaqdır. Lakin, fiziki şəxs olan hazırkı cavabdehə (Cavabdeh) qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. Cavabdehin ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılması ilə bağlı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında yox, mülki məhkəmə icraatı qaydasında daşınmaz əmlakın olduğu yer üzrə Zaqatala Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı, ərizəsində çıxarışın ləğvi tələbini qeyd etsə də ləğv edilməsi tələb edilən çıxarışla bağlı məlumat qeyd etməmişdir. Məhkəmə iddiaçının ləğv edilməsini arzu etdiyi çıxarışın ünvan 1 ünvanı üzrə ola bilməsi ehtimalını nəzərə alaraq, həmin ünvan üzrə hüquq müəyyənedici sənədlərin surətini DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən sorğu etmiş, lakin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində və keçmiş DTİ və MHQ idarələrinin arxiv fondlarında məlumat və eyni zamanda arxiv qovluğu aşkar edilməmişdir. İddiaçıya “cavabdehin ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılması” hissəsinin iddia tələbindən çıxarılması, ləğv edilməsi xahiş edilən çıxarışla bağlı iddia tələbininin dəqiqləşdirməsi, iddia tələbinin çıxarışın ləğvi ilə bağlı hissəsində cavabdeh inzibati orqanın DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi qeyd edilməsi təklif olunmuşdur. Eyni zamanda iddia tələbinin “çıxarışın ləğvi” ilə bağlı hissəsi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan və həmin iddianın mümkünlük şərtlərindən birinin də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsi olduğundan, iddiaçıya çıxarışın ləğvi ilə bağlı müraciətinin təmin olunmasından cavabdeh inzibati orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənədi təqdim etməli olması izah edilmişdir. Lakin, buna baxmayaraq verilmiş müddət ərzində iddia tələbi dəqiqləşdirilməmiş və nöqsanlar aradan qaldırılmamışdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir, iddia fiziki şəxsə qarşı yönəlmişdir və iddia tələbinin birinci hissəsinə mülki icraat qaydasında baxılmalıdır. İddia tələbinin “çıxarışın ləğvi” ilə bağlı hissəsi aydın deyil və həmin hissədə cavabdeh inzibati orqan göstərilməmişdir. Eyni zamanda cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtina etməsi yaxud müraciəti cavabsız saxlaması, yəni inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması iş materialları ilə müəyyən edilmir. Buna görə də hazırki mübahisənin inzibati məhkəmə icraatının yolverilənliyi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Hazırki iddia tələbinin “cavabdehin ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılması” hissəsi üzrə iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisənin həlli ümumi (publik) hüququn tənzimetmə predmetinə aid deyildir. İddia ərizəsinin “çıxarışın ləğvi” hissəsində isə hər hansı inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarına toxunulması ilə bağlı fakt aşkar olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehin ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılması” hissəsi mülki məhkəmə icraatı qaydasında araşdırılmalı olduğundan, iddia tələbinin “çıxarışın ləğvi” hissəsi isə aydın olmadığından və həmin hissədə cavabdeh inzibati orqan qeyd edilmədiyindən həmçinin, cavabdeh inzibati orqanın imtinası və ya müraciəti cavabsız saxlaması barədə sübutlar iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi mümkün sayıla bilməz Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən evdən cavabdehin ailəsi ilə birlikdə çıxarılması və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-973/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-973/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver