Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-973/2025 23.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X24 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X15, X17, X20, Əminova (Bubuşova) Fatimat Rəsul qızı və X11 cəlb olunmaqla) qarşı «torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə Zaqatala rayonunun Zəyəm kəndində ümumilikdə 1,17 ha olmaqla üç hissədən ibarət (4548 kv.m, 4860 kv.m və 2303,61 kv.m) torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair 6 iyun 2013-cü il və 21 sentyabr 2011-ci il tarixlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri hazırlanıb verilmişdir. İddiaçı həmin sənədlər əsasında hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi məsələnin həllindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, torpaq islahatı üzrə subyektlərin siyahısında başqa şəxsin də adı göstərilmişdir, onun adının həmin siyahıdan çıxarılması İdarənin səlahiyyətləri daxilində deyil. Bundan sonra İddiaçı cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «torpaq sahələri üzərində iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırır ki, Zaqatala Rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli qərarı ilə ona və ailə üzvlərinə rayonun Zəyəm kəndində ölçüləri 4548 kv.m, 4860 kv.m və 2303,61 kv.m olmaqla ümumilikdə 1,17 ha torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahələrinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etsə də, məsələ müsbət həllini tapmamışdır. Cavabdeh imtinasında bildirmişdir ki, torpaq islahatı üzrə subyektlər siyahısında X4 da adı var, həmin şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmamışdır. Lakin həmin şəxs iddiaçının ailə üzvü deyil və iddiaçı onu tanımır. Həmin şəxsin adı subyektlər siyahısından çıxarılmaqla iddiaçının və ailə üzvlərinin hüququnun qeydiyyata alınması ilə bağlı o, yenidən müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən yenə də imtina etmiş və subyektlər siyahısından şəxsin adının çıxarılmasının İdarənin səlahiyyətləri daxilində olmadığını bildirmişdir. Odur ki, iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir və özünün və ailə üzvlərinin həmin torpaq sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. Cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki, İddiaçı AİK-nın qərarı əsasında verilmiş Zaqatala rayonunun Zəyəm kəndində yerləşən 1,17 ha torpaq sahəsinə dair mülkiyyətçilər sırasından X4 adının çıxarılması və həmin torpaq sahəsinə özünün və ailə üzvlərinin mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin şəxsin adının subyektlər sıyahısından çıxarılması Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və ona bu barədə 7 avqust 2024cü il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2, 8, 11, 15-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin 3 iyul 2025-ci il tarixli qərardadı ilə X15, X17, X20, Əminova (Bubuşova) Fatimat Rəsul qızı və X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmiş, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Zaqatala rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Zaqatala rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin iddiaçının ailə üzvləri ilə birlikdə onlara Zaqatala Rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə rayonun Zəyəm kəndində ayrılmış 1,17 ha torpaq sahəsinə ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. «Torpaq islahatı haqqında» Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə görə sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin maddənin 2-ci hissəsinə görə torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Həmin Qanunun 14-cü maddəsnə görə torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X5 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 1 – 2-ci bəndləri ilə «Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları» təsdiq edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, (2.4) torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini və (2.5) ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. «Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları»nın 3.2-ci bəndinə görə xəritələrin üzərində şəhər, qəsəbə və kənd ərazi vahidlərinin, bələdiyyələrin sərhədlərinin elektron geodeziya ölçmə alətləri vasitəsilə, daimi fəaliyyət göstərən istinad stansiyaları şəbəkəsinin və ya dövlət geodeziya şəbəkəsinin yerüstü nəzarət nöqtələrinə bağlanmaqla dürüstləşdirilməsi işləri aparılır. Bu zaman sərhəd xəttində mərz nişanlarının mövcudluğu, onların müvafiq sənədlərdə göstərilən koordinatlara uyğun qoyulduğu (basdırıldığı) yoxlanılır və sərhəd xətti boyunca itmiş mərz nişanlarının yerləri müəyyən edilir. Hazırkı işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı və onun ailə üzvlərinə Zaqatala rayonunda aparılmış aqrar islahat nəticəsində rayonun Zəyəm kəndi ərazisindən 1,17 ha (üç hissədən ibarət) torpaq sahəsi ayrılmış və onların ümumi mülkiyyətinə verilmişdir. Rayonun aqrar islahat üzrə torpaqlarından pay almaq hüququ olan subyektlərinin müvafiq siyahısında iddiaçının ailə üzvü kimi X11 adlı şəxs göstərildiyindən və həmin şəxsin sənədləri (şəxsiyyətini təsdiq edən sənəd) təqdim edilmədiyindən, iddiaçının müraciəti üzrə onun ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İş materiallarından görünür ki, DTXK Zaqatala rayon şöbəsi tərəfindən Zaqatala Rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X9 ayrılmış 4548 kv.m torpaq sahəsinə dair A450747 nömrəli (ata adı Novruz yazılmış, sonradan düzəliş edilmişdir), 4860 kv.m torpaq sahəsinə dair A450864 nömrəli, 2303,61 kv.m torpaq sahəsinə dair A323758 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. İş materiallarında olan Zaqatala Rayon Dövlət Arxivinin 24 may 2022-ci il tarixli 566 nömrəli arxiv arayışından görünür ki, vətəndaşın (İddiaçı) 1996/2000-ci illərdə Muxax kənd İƏVN-nin təsərrüfatbaşına kitab № 21, səh. № 1916-da ailə tərkibi və s. aşağıdakı kimidir: - İddiaçı (ailə başçısı), 21 mart 1959-cu il, azərbaycanlı; - X15 (yoldaşı), 27 fevral 1960-cı il, azərbaycanlı; - X17 (oğlu), 13 avqust 1982-ci il, azərbaycanlı; - X20 (oğlu), 7 mart 1984, azərbaycanlı; - X12 (qızı), 17 fevral 1989-cu il, azərbaycanlı. İş materiallarında olan Zaqatala rayon Muxax kənd ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların əvvəlki siyahısında aşağıdakılar göstərilmişdir: - İddiaçı, X16, X17, X20, X12. İş materiallarından görünür ki, Zaqatala Rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli qərarı ilə Zəyəm kənd İƏD üzrə nümayəndəliyində torpaq islahatı zamanı vətəndaşların xüsusi mülkiyyətinə verilmiş əkin torpaq sahələrinə dair subyektlərin sonrakı siyahısında aşağıdakılar göstərilmişdir: X37, X27, X32, X38, X33. İş materiallarında olan məhkəmənin müvafiq sorğusu ilə alınmış Zaqatala RİH başçısının Zəyəm kənd İƏD üzrə Nümayəndəliyinin 23 iyun 2025-ci il tarixli 5-82-40/2- 42/2025 saylı məktubunda aşağıdakılar qeyd olunmuşdur: - X11 adlı şəxs X1 ərə gəldikdən sonra, yəni 2007-ci ildən 2019-cu ilədək qeydiyyatda olmaqla həmin kənddə yaşamış və əri X10 təsərrüfatına yazılmışdır. Sorğu məktubunda adı qeyd olunan X11 adlı şəxsin adı Nümayəndəliyin təsərrüfatbaşına uçot kitabında adı qeyd olunmuş 22 avqust 1959-cu il təvəllüdlü İddiaçı təsərrüfatında qeyd olunmamış və həmin təsərrüfatda X11 adlı şəxs yaşamamışdır. 2007-ci ildə X17 ilə aralarında bağlanmış olan nikah 2019-cu ildə pozulmuşdur. Bu səbəbdən də, X19 2019-cu ildən sonra ərazidə yaşamır və hal-hazırda hansı ünvanda qeydiyyatda olması Nümayəndəliyə məlum deyil. Nümayəndəlikdə olan məlumatlara əsasən X19 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayır. Hazırkı məhkəmə icraatında tədqiq edilmiş müvafiq yazılı sübutlarla təsdiqini tapır ki, aqrar islahat aparılan, eləcə də ondan əvvəlki və sonrakı dövrlərdə X11 adlı şəxs Zaqatala rayonu Zəyəm kənd sakini İddiaçı ailə tərkibi kimi təsərrüfatında olmamışdır. Həmin təsərrüfatda adıgedən X13 gəldikdə isə onun həm soyadı və ata adı fərqlidir, yəni başqa şəxsdir, həm də müvafiq təsərrüfata 2007-ci ildə qeydiyyata alınması, orada 12 il yaşadıqdan sonra Bakı şəhərinə köçməsi məlum olur. Bu sübutlar arxiv qurumundan arxiv arayışı, kənd İƏDN-nin məktubu, aqrar islahat üzrə ilkin siyahıdan ibarətdir və qeyrimötəbərliyi barədə hər hansı xüsusat müəyyən edilmədiyindən, onlar mötəbər sübut kimi qiymətləndirilir. Göründüyü kimi, Zaqatala rayonu Zəyəm kənd sakini X6 təsərrüfatında aqrar islahat aparılan dövrdə təsərrüfatına daxil olan ailə üzvü qismində X4 adı heç bir hüquqi əsas olmadan, formal göstərilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı müraciəti üzrə onun və ailə üzvlərinin ərazidə aparılmış aqrar islahat çərçivəsində onlara ayrılmış torpaq sahələrinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatından aqrar islahat üzrə müvafiq siyahıda həmin şəxsin təsərrüfatında adı göstərilən X11 adlı şəxsin şəxsiyyətini təsdiqləyən və digər sənədlərin olmaması səbəbindən imtina olunması qanuni sayıla bilməz, belə imtina formal mülahizələrə söykənmiş kimi qiymətləndirilir. Məlum olduğu kimi, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Prosessual qanunvericiliyin qeyd olunan müddəasının tələbi baxımından məhkəmənin təşəbbüsü ilə aidiyyəti səlahiyyətli qurum kimi DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsindən müvafiq mübahisə ilə bağlı bütün xüsusatların araşdırılması istiqaməti üzrə suallar qoyulmaqla mütəxəssis rəyi tələb olunmuşdur. Məhkəmənin müvafiq müraciəti ilə alınmış DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: - Zaqatala Rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə İddiaçı ayrılmış A450864 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,4860 ha kənd təsərrüfatı təyinatlı əkin ərazisinin naturada ölçüləri 0,4860 ha olmaqla DWG və TEKUİS məlumat bazasında eyni ərazidə işlənilmişdir və başqa mülkiyyətçilərin xüsusi mülkiyyətinə verilən torpaq sahələrinin hüdudları daxilində yerləşmir, torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş “yerquruluşu planı – 1”də göstərilmişdir; - Zaqatala Rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə İddiaçı ayrılmış A450747 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,4548 ha kənd təsərrüfatı təyinatlı əkin ərazisinin naturada ölçüləri 0,4548 ha olmaqla TEKUİS məlumat bazasında işlənilən ərazi ilə eynilik təşkil etmir və iddiaçının naturada istifadə etdiyi 0,4548 ha torpaq sahəsi başqa mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşir. Ancaq DWG-də göstərilən ölçülərlə iddiaçının naturada istifadəsində olan torpaq sahəsinin ölçüləri və cizgisi üst-üstə düşür. Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş “yerquruluşu planı – 2”də göstərilmişdir; - Zaqatala Rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə İddiaçı ayrılmış A323758 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,1956 ha kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinin naturada ölçüsü 0,1956 ha olmaqla DWG və TEKUİS məlumat bazasında üst-üstə düşür və başqa mülkiyyətçilərin xüsusi mülkiyyətnə verilən torpaq sahələrinin hüdudları daxilində yerləşmir, Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş “yerquruluşu planı – 3”də göstərilmişdir; - İddia olunan (naturada ölçülmüş) torpaq sahələrinin DTXK Zaqatala rayon şöbəsi tərəfindən tərtib olunmuş A323758, A450747 və A450864 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində göstərilən torpaq sahələri ilə (hər birinə münasibətdə ayrıayrılıqda) üst-üstə düşüb-düşməməsi (kənarlaşma varsa hansı hissədə və ölçüdə olması göstərilməklə) tərtib edilmiş “yerquruluşu planı – 1”, “yerquruluşu planı – 2”, “yerquruluşu planı – 3”də göstərilmişdir. Məhkəmə icraatında tədqiq edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçı və ailə üzvlərinə ayrılmış və hazırkı mübahisənin obyekti kimi çıxış edən üç hissədən ibarət 1,17 ha torpaq sahəsinin “yerquruluşu planı – 1”də göstərilən 0,4860 ha ölçüdə olan hissəsinin yerləşmə vəziyyəti ilkin islahat xəritəsi və TEKUİS məlumat bazasına əsasən eynilik təşkil edir və başqa mülkiyyətçilərin xüsusi mülkiyyətnə verilən torpaq sahələrinin hüdudları daxilində yerləşmir. “Yerquruluşu planı – 2”də göstərilən 0,4548 ha ölçüdə olan hissəsinin yerləşmə vəziyyəti isə ilkin islahat xəritəsi ilə eynilik təşkil edir, başqa mülkiyyətçilərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Torpaq sahəsinin “yerquruluşu planı – 3”də əks olunmuş 0,2303 ha hissəsinə gəldikdə isə məhkəmə vurğulayır ki, həmin torpaq sahəsi iddiaçının naturada istifadəsində olan 0,3802 ha sahənin hüdudları daxilindədir, lakin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə koordinatlar fərdi yaşayış evi və köməkçi tikililər olan hissəni əhatə etmir. Belə olan halda, məhkəmənin qənaətinə görə müvafiq torpaq sahəsi hüdudları daxilində mübahisəli hal olmadığından, cavabdeh inzibati orqan aidiyyəti səlahiyyətli qurum kimi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının müddəalarına uyğun olaraq dürüstləşdirmə aparmalı, torpaq sahəsinin planı və ölçüsü sənədinin korrdinatlarını sahənin faktiki vəziyyətinə uyğunlaşdırmalıdır. Bu məsələdə iddiaçının hüquqi marağı məhz ona məxsus fərdi yaşayış evi və köməkçi tikililər yerləşən sahəyə hüququnun qeydiyyata alınmasıdır. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdeh iddiaçının ailə üzvləri ilə birlikdə müvafiq torpaq sahələrinə ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır, belə imtina qanuni qiymətləndirilə bilməz və bir mülkiyyətçi kimi iddiaçının və onun ailə üzvlərinin hüquqlarının pozulmasına səbəb olan haldır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Zaqatala rayonu, Zəyəm kəndində yerləşən, A450747 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 4548 kv.m, A450864 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 4860 kv.m və A323758 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2303,61 kv.m torpaq sahələri üzərində X4 adı mülkiyyətçilər sırasına daxil edilmədən İddiaçı və ailə üzvləri olan X7, X10, X14, Əminova (Bubuşova) Fatimat Rəsul qızının ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Zaqatala rayonu, Zəyəm kəndində yerləşən, A450747 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 4548 kv.m, A450864 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 4860 kv.m və A323758 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2303,61 kv.m torpaq sahələri üzərində X4 adı mülkiyyətçilər sırasına daxil edilmədən İddiaçı və ailə üzvləri olan X7, X10, X14, Əminova (Bubuşova) Fatimat Rəsul qızının ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X29
Məhkəmə qərarları › İş №2-1(116)-973/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-973/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver