Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-975/2020 24.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh1nə qarşı “Ağsu rayonunun Xasıdərə kəndinin qazlaşdırılmasına dair qərar qəbul edilməsi, Ağsu rayonunun Nüydü-Nuran kəndlərinə qaz kəmərinin çəkilişi ilə bağlı layihənin tərtibatı zamanı Xasıdərə kəndinin bu layihəyə daxil edilməməsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətinə cəlb edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçının Ağsu rayonun Xasıdərə kəndi ərazisində 1971-ci ildən tikilmiş ümumi sahəsi 49.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi var və xx.xx.2009-cu ildən etibarən qeyd olunan daşınmaz əmlaklar iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən Regionların Sosial-X3 uyğun olaraq əvvəllər təbii qazla təmin olunan və hal-hazırda təbii qaz olmayan və ya ümumiyyətlə qazlaşdırılmamış yaşayış məntəqələrinin qazlaşdırılması layihəsi üzrə Ağsu rayonunun Xasıdərə kəndi ərazisindən keçməklə Nüydü-Nuran kəndləri istiqamətinə 2019-cu ilin əvvəlindən başlayaraq magistral qaz-boru kəməri çəkilmiş, lakin Xasıdərə kəndinin qazlaşdırılması təmin edilməmişdir. İddiaçı qeyd edir ki, Nüydü-Nuran kəndlərinə qaz-boru kəmərinin çəkilişi zamanı atası X4 xahişi ilə kəmərin Xasıdərə kəndindən keçən hissəsində ərazidən 600-800 metr aralıda qoşulma açarı (ventel) podratçı təşkilat tərəfindən qoyulmuşdur. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan Ağsu rayon Xasıdərə kəndinin qazlaşdırılmasının iqtisadi cəhətdən səmərəli olmadığı üçün qazlaşdırma planında hal-hazırda nəzərdə tutulmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı Cavabdeh1nə qarşı Ağsu rayonunun Xasıdərə kəndinin qazlaşdırılmasına dair qərar qəbul edilməsi, Ağsu rayonunun Nüydü-Nuran kəndlərinə qaz kəmərinin çəklişi ilə bağlı layihənin tərtibatı zamanı Xasıdərə kəndinin bu lahiyyəyə daxil edilməməsinin səbələrinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bunula əlaqədar bildirilir ki, qazlaşma proqramına daxil olan hər bir yaşayış məntəqəsi üçün ayrı-ayrılıqda lahiyə smeta sənədi hazırlanır və müvafiq qaydada dövlət ekspertizalarından keçirilir. Ağsu rayonunun Xasıdərə kəndi istisna olunmaqla rayonun bütün kəndləri müvafiq qaydada qazlaşdırılmışdır. Xasıdərə kəndinin qazlaşdırılması ilə əlaqədar bildiririk ki, həmin kənddə 3 yaşayış evi müəyyən olunmuş və həmin evlərdən ikisinin yarım sökülü vəziyyətdə olması, həmçinin həmin evlərdə yaşayış olmadığı müəyyən olunmuşdur. Bundan əlavə həmin yaşayış evləri ilə qaz xəttinin qoşulma nöqtəsi (yəni mənbə) arasında olan məsafə 4 (dörd) km müəyyən olunmuşdur. Belə olduğu təqdirdə həmin yaşayış məntəqəsinin qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilmişdir. Eyni zamanda bildirilir ki, Qazlaşma tədbirləri “Azərbaycan Respublikası regionlarının 2019- 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Cavabdeh1 İB-yə ayrılan maliyyə vəsaiti çərçivəsində mərhələli şəkildə həyata keçirilir. İllik qazlaşma proqramı ayrılan maliyyə vəsaiti çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə formalaşır, təsdiq olunduqdan sonra isə Cavabdeh1 İB tərəfindən icra olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara cavabdehin xx.xx.2020-ci il tarixli **********59 nömrəli məktubu, 264626 nömrəli xx.xx.2009-cu il tarixli müqavilənin surəti, MH seriyalı ******* nömrəli çıxarışın surəti, Cavabdeh1 İB-nin xx.xx.2019-cu il tarixli məktubunun surəti, Ağsu Regional qaz istismarı İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunun surəti, cavabdehin xx.xx.2020-ci il tarixli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəməyə gəirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tələb üzrə iddiaçı tərəfindən bütün sənədlər təqdim olunmuş, onun tərəfindən tələbi yazılı qaydada əsaslandırılmış, cavabdehin etirazına münasibət bildirilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı Ağsu rayonu, Xasıdərə kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsini X1 xx.xx.2009-cu il tarixində almış və onun həmin evə və torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2009-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır. İddiaçı cavabdehə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək, mülkiyyətində olan evin qazlaşdırılması məqsədi ilə Xasıdərə kəndinə kəmərin çəkilməsini xahiş etmişdir. Cavabdeh bundan xasıdərə kəndinin qazlaşdırılmasının iqtisadi cəhətdən səmərəli olmadığı üçün imtina etmişdir. Bundan sonra hazırki tələblə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim olunan cavabdehin etirazından müəyyən olunur ki, Ağsu rayonunun Xasıdərə kəndi istisna olunmaqla rayonun bütün kəndləri müvafiq qaydada qazlaşdırılmışdır. Xasıdərə kəndinin qazlaşdırılması ilə əlaqədar bildiririk ki, həmin kənddə 3 yaşayış evi müəyyən olunmuş və həmin evlərdən ikisinin yarım sökülü vəziyyətdə olması, həmçinin həmin evlərdə yaşayış olmadığı müəyyən olunmuşdur. Bundan əlavə həmin yaşayış evləri ilə qaz xəttinin qoşulma nöqtəsi (yəni mənbə) arasında olan məsafə 4 (dörd) km müəyyən olunmuşdur. Belə olduğu təqdirdə həmin yaşayış məntəqəsinin qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. (1-ci hissə); Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (3-cü hissə); Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır. Bu tariflər: paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin hesablanmasının və təyin edilməsinin metod və prinsiplərini; müxtəlif kateqoriyalı istehlakçılar üçün hər bir kubmetr verilən qazın tariflərini və onların təyin edilməsi metodlarını özündə əks etdirir. Tariflər qaz paylanması münasibətləri üzrə energetika müqavilələrinin müddəalarına uyğun olmalı və kütləvi şəkildə yayılmalıdır. (4-cü hissə) Əgər xüsusi hallarda bu maddənin 3-cü və 4-cü hissələrindən irəli gələn qaz təchizatı üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən istehlakçı ilə tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər. Qaz paylayıcısı hər belə sazişin surətini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. (5ci hissə) İddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.2.9-cu bəndində Qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi tədbirinin icraçısı Dövlət Neft Şirkəti müəyyən edilmişdir. “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin x xxxx 2018-ci il tarixli sərəncamında qeyd edilmişdir ki, son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılmışdır. Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılmış və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilmişdir. Sərəncamın 1-ci bəndinə əsasən 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100,0 (yüz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılmışdır. (siyahı əlavə olunur). Siyahıda Ağsu rayonun Nuran kəndi qeyd olunmuşdur. 2018-ci ilin sözügüdən sərəncamından sonra Ağsu rayonunun kəndlərinin qazlaşdırılması ilə bağlı hər hansı sərəncam verilməmişdir. Dövlət proqramında qazlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulsa da, hazırki halda iddiaçının fərdi yaşayış evinin yerləşdiyi kəndin qazlaşdırlması ilə bağlı icraçıya dövlət büdcəsindən vəsait ayrılmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 5-ci hissəsində də qeyd olunduğu kimi əgər xüsusi hallarda bu maddənin 3-cü və 4-cü hissələrindən irəli gələn qaz təchizatı üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən istehlakçı ilə tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər. Cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin yerləşdiyi yaşayış məntəqəsinin qazlaşdırılması texnikiiqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilmişdir. Həmçinin Qazlaşma tədbirləri “Azərbaycan Respublikası regionlarının 2019-2023cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Cavabdeh1 İB-yə ayrılan maliyyə vəsaiti çərçivəsində mərhələli şəkildə həyata keçirilir. İllik qazlaşma proqramı ayrılan maliyyə vəsaiti çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə formalaşır, təsdiq olunduqdan sonra isə Cavabdeh1 İB tərəfindən icra olunur. Göründüyü kimi iddiaçının fərdi yaşayış evinin yerləşdiyi yaşayış məntəqəsinin qazlaşdırılması üçün maliyyə vəsaiti ayrılmamışdır. Məhkəmə qeyd edir ki, yanlız iddiaçıya məxsus və yaşayış olmayan evin qazlaşdırılması üçün kəndə qaz kəmərinin çəkilməsi iddiaçının hüquqları və dövlətin üzərinə götürdüyü öhdəliklərin uzlaşması baxımından qeyri-mütənasibdir. Hazırki halda qazlaşdırma ilə bağlı dövlətin siyasətini həyata keçirən cavabdeh inzibati orqanın da iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuşdur. Nəzərə almaq lazımdır ki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazılığa da əməl olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh1nə qarşı “Ağsu rayonunun Xasıdərə kəndinin qazlaşdırılmasına dair qərar qəbul edilməsi, Ağsu rayonunun Nüydü-Nuran kəndlərinə qaz kəmərinin çəkilişi ilə bağlı layihənin tərtibatı zamanı Xasıdərə kəndinin bu layihəyə daxil edilməməsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətinə cəlb edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-975/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-975/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver