Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-978/2024 27.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçıların vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X7, X1 və X2 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin (JN-252 F, kod ********) qismən ləğv edilməsinə, adları qanunsuz olaraq işlənmiş X1 və X2 adlarının siyahıdan çıxarılmasına, 1998-ci il-də Ağdaş rayon AİK-i sədrinin imzası və möhürü ilə təsdiqlənmiş “Ağdaş RİHB-nın Dəhnəxəlil k.ə.n üzrə islahat ilə əlaqədar Dəhnəxəlil kəndində torpaq torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı” adlı sənədə əsasən 242 saylı təsərrüfatın qaytanlanmış kitab üzrə 0.10 ha, faktiki istifadədə olan mülkiyyətinə verilməli olan torpaq sahəsi 0.28 ha torpaq sahəsinin həmin vaxt təsərrüfatın üzvləri kimi adları qeyd olunmuş 1966-cı il doğumlu X12 özü ailə başçısı olmaqla, 1969-cu il doğumlu arvadı X3 və 1995-ci il doğumlu İddiaçı2 mülkiyyətinə verilməsi və adlarının müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X7, X1 və X2 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin (JN-252 F, kod ********) qismən ləğv edilməsi, adları qanunsuz olaraq işlənmiş X1 və X2 adlarının siyahıdan çıxarılmasına, 1998-ci il-də Ağdaş rayon AİK-i sədrinin imzası və möhürü ilə təsdiqlənmiş “Ağdaş RİHB-nın Dəhnəxəlil k.ə.n üzrə islahat ilə əlaqədar Dəhnəxəlil kəndində torpaq torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı” adlı sənədə əsasən 242 saylı təsərrüfatın qaytanlanmış kitab üzrə 0.10 ha, faktiki istifadədə olan mülkiyyətinə verilməli olan torpaq sahəsi 0.28 ha torpaq sahəsinin həmin vaxt təsərrüfatın üzvləri kimi adları qeyd olunmuş 1966-cı il doğumlu X12 özü ailə başçısı olmaqla, 1969-cu il doğumlu arvadı X3 və 1995-ci il doğumlu İddiaçı2 mülkiyyətinə verilməsi və adlarının müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-978/2024 nömrəli qərardadı ilə X8 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçıların cavabdeh orqana ilkin müraciətində yuxarıda qeyd olunan tələblə müarciət etmiş, cavabdeh tərəfindən tələb icra olunmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya münasibətində bildirmişdir ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən torpaq sahəsinə dair verilmiş JN-252F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ağdaş rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmişdir. Şəhadətnamə tərtib edilən zaman hüquq subyektlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçıya bildirilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq başqa-başqa subyektlərin mülkiyyətində olan sənəddə hər hansı bir düzəlişin və ya hər hansı hüquq sahibinin ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
2. 06.03.1996-cı il tarixli nikahın bağlanması haqqında akt qeydinin surəti,
3. xx.xx.1999-cu il tarixli boşanmaz haqqında akt qeydinin surəti,
4. 24.03.1996-cı il tarixli doğum haqqında akt qeydinin surəti,
5. 08.11.1999-cu il tarixli nikahın bağlanması haqqında akt qeydinin surəti,
6. 20.06.2002-cı il tarixli doğum haqqında akt qeydinin surəti,
7. 02.11.2001-cı il tarixli doğum haqqında akt qeydinin surəti,
8. 17.01.2006-cı il tarixli ölüm haqqında akt qeydinin surəti,
9. Torpağın mülkiyyət hüququna dair JN 0070 nömrəli Dövlət Aktının surəti,
10. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X17 filialının xx.xx.2022ci il tarixli 129 nömrəli arayışının surəti,
11. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X17 filialının xx.xx.2022ci il tarixli 70 nömrəli məktubu,
12. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-134/2024 nömrəli məktubuna əlavə olunmuş, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarına əsasən verilmiş JN252F nömrəli Şəhadətnamənin surətindən və Ağdaş rayonu Dəhnəxəlil kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısından görünür ki, X9 və ailə üzvləri ilə birlikdə torpaq sahəsinin verilməsi barədə məlumat qeyd olunmuşdur.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsini və iş materiallarını araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddiaçıların cavabdeh orqana ilkin müraciətindən görünür ki, onların iddia tələbi aşağıdakı hissələrdən ibarətdir.
1. X12,X1 və X2 adına verilmiş JN-252 F kod 90306018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsi;
2. Həmin şəxslərin adlarının subyektlər siyahısından çıxarılması;
3. İddia olunan torpaq sahəsinin qaytanlanmış kitaba əsasən ümumi birgə mülkiyyətə verilməsi; İddia tələbindən və iş materiallarından göründüyü kimi iddia olunan torpaq sahəsi JN-252 F kod 90306018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X12 və digərlərinin mülkiyyətinə verilmişdir.İddiaçılardan İddiaçı1 mərhum X12 ilə nikahda olmuş,tərəflər arasında nikah xx.xx.1999-cu il tarixində pozulmuşdur.Bundan sonra mərhum M.Cavadov xx.xx.1999-cu il tarixində X5 ilə nikaha daxil olmuşdur.Mübahisələndirilən Şəhadətnamə də sonuncuların adına qeydə alınmışdır.İddiaçı tərəfindən qeyd olunan Şəhadətnamə mübahisələndirilməmişdir. Həmin Şəhadətnamənin iddiaçılara məlum olma tarixi konkret müəyyən olunmasa da,iddia olunan torpaq sahəsinin üçüncü şəxslərin istifadəsində olması barədə məlumatsız olması mümkün deyildir.Belə ki mülki qaydada da bu barədə hər hansı mübahisə olduğuna dair məlumat təqdim edilməmişdir. İddia tələbinin ikinci hissəsi də birinci hissəsi ilə bağlıdır.Nəticə etibarı ilə iddiaçılar üçüncü şəxslərin adlarının torpaq sahəsinin mülkiyyətə verilməsinə dair subyektlər siyahısı və mülkiyyət sənədini mübahisələndirirlər.İddia həmin hissədə mümkün olmadığından,iddia olunan torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüququ qüvvədə olduğundan iddiaçıların mülkiyyət hüququnun qeydə alınması iddiası da özlüyündə mümkün tələb deyildir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də, mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe. İddia ərizəsində iddiaçı sözügedən torpaq sahəsinin rəsmi sənədlə mülkiyyətində olmasını bildirsə də, ərizəyə müvafiq hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Həmçinin iddiaçı sözügedən torpaq sahəsinin onun faktiki istifadəsində (mülkiyyətində) olduğunu bildirir. Belə olan halda iddiaçı, sözügedən torpaq sahəsinə dair hüquqi sənədlərin tərtib edilib-edilməməsindən məlumatlı olmalı, müvafiq sənədlər tərtib edilmədiyi halda isə yuxarıda qeyd edildiyi kimi cavabdeh orqanın hərəkətlərini mübahisələndirməli idi. İddiaçılar 25 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X11: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X7, X1 və X2 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin (JN-252 F, kod ********) qismən ləğv edilməsiə, adları qanunsuz olaraq işlənmiş X1 və X2 adlarının siyahıdan çıxarılmasına, 1998-ci il-də Ağdaş rayon AİK-i sədrinin imzası və möhürü ilə təsdiqlənmiş “Ağdaş RİHB-nın Dəhnəxəlil k.ə.n üzrə islahat ilə əlaqədar Dəhnəxəlil kəndində torpaq torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı” adlı sənədə əsasən 242 saylı təsərrüfatın qaytanlanmış kitab üzrə 0.10 ha, faktiki istifadədə olan mülkiyyətinə verilməli olan torpaq sahəsi 0.28 ha torpaq sahəsinin həmin vaxt təsərrüfatın üzvləri kimi adları qeyd olunmuş 1966-cı il doğumlu X12 özü ailə başçısı olmaqla, 1969-cu il doğumlu arvadı X3 və 1995-ci il doğumlu İddiaçı2 mülkiyyətinə verilməsi və adlarının müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün hesab edilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə