Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-986/2020 01.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, iddiaçının vəkili X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X31rşı "Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 43/2 nömrəli qərarı ilə ona ayrılmış 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2003-cü il tarixli ərizə ilə Mingəçevir Bələdiyyəsinə müraciət edərək, atası X2 yaşadığı və istifadəsində olan 30 ha həyətyanı sahədən 1950-ci ildən istifadə etdiyini, özünün ailəli olduğunu və bir övladının olduğunu, yaşadığı mənzilin onlar üçün darısqallıq etdiyini bildirmiş və atasının razılığına əsasən mənzil şəraitini yaxşılaşdırmaq üçün istifadələrində olan həmin həyətyanı sahənin bir hissəsinin, yəni 700 kv.m-ninona fərdi mənzil tikintisi üçün sənədləşdirilməsini xahiş etmişdir. İddiaçının atası Mingəçevir şəhəri R.Məmmədov küçəsi 8 nömrəli evdə yaşayan X10 xx.xx.2003-cü il tarixli ərizə ilə Mingəçevir Bələdiyyəsinə müraciət edərək, 1950-ci illərdən Mingəçevir şəhərində məskunlaşdığını, həmin illərdən hal-hazırda yaşadığı və istifadə etdiyi 30 ha torpaq sahəsindən istifadə etdiyini, övladlarının böyüyüb, ailə qurmalarını, mənzil şəraitinin hamısının bir yerdə yaşamasına imkan vermədiyini, odur ki, hal-hazırda ailəsinin istifadəsində olan 30 ha torpaq sahəsindən oğlu İddiaçı fərdi mənzil tikintisi üçün həmin sahədən 700 kv.m torpaq sahəsi ayrılmasına etiraz etmədiyini bildirmişdir. X9 iqtisadi inkişaf məsələləri daimi komissiyası Bələdiyyə sədrinin adına xx.xx.2003-cü il tarixli rəy verərək bildirmişdir ki, ərizələrdə qeyd olunan sahəyə baxış keçirildi və müəyyən olundu ki, İddiaçı atası X10 uzun illərdir ki, həmin ərazidən həyətyanı sahə kimi istifadə edir, 1 nömrəli MİS-dən alınan arayışa əsasən, həmin ünvanda 20 nəfər qeydiyyatdadır, mənzil şəraitini yaxşılaşdırmaq üçün İddiaçı atasının uzun illərdən bəri istifadə etdiyi həyətyanı sahəsindən mənzil tikintisi üçün 700 kv.m torpaq sahəsi ayrılmasına şərait olduğu müəyyənləşdirildi, komissiya göstərilən torpaq sahəsinin ayrılmasını məqsədə uyğun hesab edir. X41 Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi Mingəçevir Bələdiyyəsinə xx.xx.2003-cü il tarixli 57 nömrəli məktub verərək bildirmişdir ki, R.Məmmədov küçəsi 8 nömrəli evdə yaşayan İddiaçı fərdi mənzil tikintisi üçün atası X2 razılıq ərizəsinə əsasən, uzun illər istifadəsində olan həyətyanı ərazisindən (R.Məmmədov küçəsi 8-dən) 700 kv.m torpaq sahəsi ayrılmasına həmin şöbə etiraz etmir. Eyni zamanda, Mingəçevir şəhərinin baş memarı tərəfindən "İddiaçı fərdi yaşayış evi və həyətyanı sahə üçün ayrılmış torpaq sahəsinin cizgisi" tərtib edilmişdir. Bundan sonra Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən, R.Məmmədov küçəsi 8-də yaşayan X2 həyətyanı torpaq sahəsi kimi istifadəsində olan 0,30 ha torpaq sahəsindən onun razılığına əsasən, fərdi mənzil tikintisi üçün oğlu İddiaçı istifadəsinə 0,07 ha (700 kv.m) torpaq sahəsi ayrılması qərara alınmış, İddiaçı bildirilmişdir ki, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə aldıqdan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçdikdən sonra onun ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Mİngəçevir şəhəri R.Məmmədov küçəsində yerləşən 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, qanunvericiliklə müəyyən olunmuş qaydada və sənədlər əlavə edilməklə ərizə ilə müraciət edəcəyi təqdirdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi məsələsinə baxıla bilər. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən, X2 həyətyanı torpaq sahəsi kimi istifadəsində olan 0,30 ha torpaq sahəsindən onun razılığına əsasən, fərdi mənzil tikintisi üçün 0,07 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmin vaxtdan 0,07 ha torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsinin 4 tərəfi hasardır. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının istifadəsinə verilmiş 0,07 ha torpaq sahəsi (faktiki 0,0820 ha) JN-1395A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də bələdiyyə mülkiyyətinə aid olan zəbt torpaq sahəsi kimi əks olunmuş, eyni zamanda, 22888 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Həmin torpaq sahəsi üzərində heç bir subyektin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Üçüncü şəxs Mingəçevir Bələdiyyəsi xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının istifadəsinə ayrılmış 0,07 ha torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət sənədi almaq istəyirsə, o, bələdiyyəyə ərizə ilə müraciət edərək alqı-satqı yolu ilə torpağa mülkiyyət sənədi ala bilər. Üçüncü şəxs Mingəçevir Bələdiyyəsi xx.xx.2020-ci il tarixli digər məktubunda bildirmişdir ki, iddiaçı istifadəsində olan 0,07 ha torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün Mingəçevir Bələdiyyəsinə torpağın miqdarına dair nəzərdə tutulmuş ödəniş etməlidir. Həmin 0,07 ha torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Bələdiyyəyə ödənilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarından görünür ki, X2 həyətyanı torpaq sahəsi kimi istifadəsində olan 0,30 ha torpaq sahəsindən onun razılığına əsasən, fərdi mənzil tikintisi üçün 0,07 ha torpaq sahəsi İddiaçı istifadəsinə ayrılmışdır. - İşdə olan, JN-1395D kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, X41 Hakimiyyətinin xx.xx.2004cü il tarixli 293 nömrəli qərarına əsasən, Mingəçevir şəhərində yerləşən 0,25 ha torpaq sahəsi X10, X22, X12, X6, X7, X5, X8, X3, İddiaçı, X17, X23, Məmmədov Rövşən Yusif oğlu, X27, X33, X34, X11, X13, X39, X43, X14 mülkiyyətinə verilmişdir. - İşdə olan, cavabdeh xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının istifadəsinə verilmiş 0,07 ha torpaq sahəsi həm JN-1395A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də, həm də 22888 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda bələdiyyə mülkiyyəti kimi göstərilmiş və həmin torpaq sahəsi üzərində heç bir subyektin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, sözügedən 0,07 ha torpaq sahəsi X10 və onun ailə üzvlərinin (19 nəfər) adlarına tərtib olunmuş JN-1395A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən mülkiyyətə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinə aid deyildir və şəhadətnamədə bələdiyyəyə mülkiyyətinə aid olan zəbt torpaq sahəsi kimi əks olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İşdən göründüyü kimi, iddiaçının tələbi 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı həmin tələbini göstərilən torpaq sahəsinin Mingəçevir Bələdiyyəsi tərəfindən ona satılması ilə əsaslandırır. Müəyyən edildi ki, X41 Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarına əsasən, Mingəçevir şəhərində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi X10, X22, X12, X6, X7, X5, X8, X3, İddiaçı, X17, X23, Məmmədov Rövşən Yusif oğlu, X27, X33, X34, X11, X13, X39, X43, X14 mülkiyyətinə verilmiş və onların adına JN-1395D kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qərarına əsasən, JN-1395D kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" X22, X12, X6, X7, X5, X8, X3, İddiaçı, X17, X23, Məmmədov Rövşən Yusif oğlu, X27, X33, X34, X11, X13, X39, X24, X40 münasibətdə ləğv edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, qeyd olunan 0,25 ha həyətyanı torpaq sahəsi X41 Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə yalnız X2 adına rəsmiləşdirildiyinə görə sadalanan digər şəxslərin adlarının şəhadətnaməyə daxil edilməsinin hüquqi əsası olmamışdır. Cavabdehə sorğu edilərək alınmış xx.xx.2020-ci il tarixli arayışdan, eləcə də ona əlavə edilmiş sxemdən, həmçinin X2 adına olan **********03-10301 nömrəli "Fərdi yaşayış evinin texniki pasport"undan müəyyən edildi ki, İddiaçı iddia ərizəsində göstərilən 0,07 ha torpaq sahəsi JN-1395D kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə X2 mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsi ilə qonşu olsa da, üst-üstə düşmür və Mingəçevir Bələdiyyəsinin mülkiyyətindədir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.3.1-ci maddəsində deyilir ki, xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına haqqı ödənilməklə verilir. Sadalanan normalardan görünür ki, bələdiyyə torpağı fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə verilərkən həmin torpaq sahəsinin haqqı bələdiyyəyə ödənilməlidir. İddiaçı torpağın dəyərini 2003-cü ildə Mingəçevir Bələdiyyəsinə ödədiyini bildirsə də, bunu təsdiq edən qəbzin mövcud olmadığını bildirdi. O, məhkəməyə vəsatət verərək, torpağın dəyərinin Bələdiyyəyə ödənilməsi barədə sənədin Bələdiyyədə saxlanılan sənədlərin arasında ola biləcəyini ehtimal etdiyini bildirdi və bunu araşdırmaq üçün torpaq sahəsinin ayrılması zamanı toplanmış bütün sənədlərin tələb olunmasını xahiş etdi. Həmin vəsatət təmin edilərək bütün sənədlər tələb edildi və alındı. Lakin həmin sənədlərin arasında torpağın dəyərinin iddiaçı tərəfindən Bələdiyyəyə ödənilməsini təsdiq edən qəbz, yaxud digər sənəd aşkar edilmədi. Göründüyü kimi, Mingəçevir Bələdiyyəsi 0,07 ha torpaq sahəsinin İddiaçı ayrılması barədə qərar versə də, iddiaçı həmin torpaq sahəsinin dəyərini Bələdiyyəyə ödəmədiyinə görə, faktiki olaraq alqı-satqı başa çatdırılmamış və torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yaranmamışdır. Belə olan halda isə, iddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlı deyil. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X31rşı "Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 43/2 nömrəli qərarı ilə ona ayrılmış 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-986/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-986/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver