Məhkəmə qərarları › İş №2-1(116)-986/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-986/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-986/2023 24.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçı X2 cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “əlillik dərəcəsindən imtina edilməsi barədə verilmiş qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı “əlillik dərəcəsindən imtina edilməsi barədə verilmiş qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci il tarixdə Kəlbəcər rayonunun Keşdək kəndində anadan olmuşdur. Onun əvvəllər təyin olunmuş əlillik dərəcəsinin müddəti bitdiyi üçün pensiya ödənişi dayandırılmışdır. Dəfələrlə müraciət etsə də ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsinə dair verilmiş qərarın əsasları və səbəbləri ona məlum deyil. Verilmiş imtina cavabında imtinanın səbəbi kimi əlavə müalicəyə ehtiyacının olması və müalicə müddətinin yetərli olmaması qeyd edilir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Oğuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M60- M79 - Yumşaq toxumaların xəstəlikləri => M65-M68 - Sinovial qişaların və vətərlərin zədələnməsi => M65 - Sinovitlər...; Diaqnozun mətni: M 65.2 Keçirilmiş cərrahi əməliyyatdan s.v. M 25.5 Onynaqda ağrı .Ağrı sindromu. M 24.6 Oynağın ankilozu . İ 67.4 Hipertenziv ensefalopatiya.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 01,12.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: C4-5,C5-6,L2-3,L3-4,L4-5 fəqərəarası çoxsaylı protruziyaları. Preduklopatiya kökcük ağrı sindromu ilə , Hər iki əlin tendovaginiti, Onurğanın yayılmış osteoxandrozu.şmorl yırtığı, Onurğanın osteoxandrozu, Torakogen skalioz. Fəqərəarası diskin digər dəqiqləşdirilməmiş zədələnməsi, Sağ orta sinirinin ağır dərəcəli,sol orta sinirin orta ağırlıqlı kapsul kanal sindromu. Arterial hipertenziya İİ dərəcə. Hipertenziv ensefalopatiya. Sağ orta sinirinin ağır dərəcəli,sol orta sinirin orta ağırlıqlı kapsul kanal sindromu. Arterial hipertenziya İİ dərəcə. Hipertenziv ensefalopatiya. Müalicəyə tabe olmayan daimi ağrı. Hər iki əlin tendovaginiti, keçirilmiş cərrahi əməliyyatlardan sonrakı vəziyyət. Əmək qabiliyyətinin azalması və ya itirilməsi; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçı X2 əlillik vəziyyətinə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə əliliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İş materiallarında olan müayinə olunan şəxsin malumatlarından görünür ki, X3 xx.xx.2016-cı il tarixdə müayinə edilmiş, ona Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M60- M79 - Yumşaq toxumaların xəstəlikləri => M65-M68 - Sinovial qişaların və vətərlərin zədələnməsi => M65 - Sinovitlər...; Diaqnozun mətni: M 65.2 Keçirilmiş cərrahi əməliyyatdan s.v. M 25.5 Onynaqda ağrı .Ağrı sindromu. M 24.6 Oynağın ankilozu . İ 67.4 Hipertenziv ensefalopatiya.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022ci il tarixdə təkrar müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan xx.xx.2023-cü il tarixli T 438/2023 saylı ekspert rəyindən görünür ki, Vətəndaş F.M.Qəhrəmanova əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “C4-5, C5-6, L2-3, L3-4, L4-5 fəqərəarası çoxsaylı protruziyaları, preduklopatiya kökcük ağrı sindromu ilə, hər iki əlin tendovaginiti, onurğanın yayılmış osteoxondrozu, Şmorl yırtığı, onurğanın osteoxondrozu, torakogen skalioz, fəqərəarası diskin digər dəqiqləşdirilməmiş zədələnməsi, sağ orta sinirin ağır dərəcəli, sol orta sinirin orta ağırlıqlı kapsul kanal sindromu, arterial hipertenziya İİ dərəcə, hipertenziv ensefalopatiya, müalicəyə tabe olmayan daimi ağrı, hər iki əlin tendovaginiti, keçirilmiş cərrahİ əməliyyatlardan sonrakı vəziyyət, əmək qabiliyyətinin azalması və ya itirilməsi” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. “Oğuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 03 oktyabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki,iddiaçı yenidən xəstəxanaya müraciət etmişdir.Tibbi sənədləri yetərsiz olduğundan və stasionar müalicəsi az olduğundan Qəbələ HMK-ya göndərilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli qərarla iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmiş, bunu əlavə müalicəyə ehtiyacın olması ilə əsaslandırmışdır. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na əsasən bu Meyarlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina dəlili “əlavə müalicəyə ehtiyacın olması.Xəstənin müalicə müddətinin yetərli olmaması” ilə bağlı olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2016-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əlillik təyin olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə təkrar müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması, müalicə müddəti yetərli olmadığı üçün imtina edilmişdir. Məhkəmənin sorğusu əsasında “Oğuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 03 oktyabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki,iddiaçının tibbi sənədləri yetərsiz olduğundan və stasionar müalicəsi az olduğundan Qəbələ HMK-ya göndərilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə-tibbi ekspertiza nəticəsində iddiaçının təsdiq olunmuş diaqnoz həmin “Meyarlar”da göstərilən əlillik əlaməti müəyyənləşdirən xəstəliklərlə eyniyyət təşkil etmir. Yuxarıda sadalananlara və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının sağlamlıq vəziyyəti əyani olaraq müayinə edilmiş ,cavabdeh tərəfindən imtina əsası kimi qeyd olunan “əlavə müalicəyə ehtiyacın olması” öz təsdiqini tapmışdır. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “əlillik dərəcəsindən imtina edilməsi barədə verilmiş qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar