Məhkəmə qərarları › İş №2-1(116)-989/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-989/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-989/2023 27.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinə qarşı “Şəki şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N998-ci il tarixli M/V 023638 nömrəli “Müharibə veteranı” vəsiqəsinin” dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N998-ci il tarixli M/V 023638 nömrəli “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək “Müdafiə Nazirliyinin cavabdehlər sırasından çıxarılmasını və cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin üzərinə Şəki şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N998-ci il tarixli M/V 023638 nömrəli “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, N992-ci il tarixdə Şəki RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə xidmətə başlamış və xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixinədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N996-cı il tarixdə qanuni əsaslarla Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmışdır. İddiaçıya veteran vəsiqəsi verilmiş və veteranlar üçün nəzərdə tutulmuş sosial müavinəti almışdır. İddiaçı ona verilən veteran vəsiqəsini itirdiyi üçün təkrar verilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmiş və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.202N-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddia tələbinin ikinci hissəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissə komandirinin aprel N992-dekabr N994-cü il tarixli əmrlərində hərbi hissəyə daxil olmağı və xidməti barədə məlumat aşkar olunmadığından ona “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin, hərbi qulluqçulara N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Cavabdeh etiraz məktubunda yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.N992-ci ildən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Hərbi biletin 7-ci səhifəsində qeyd olunur ki, xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixə qədər Ağdam cəbhəsində gedən döyüşlərdə N nömrəli hərbi hissədə iştirak etmişdir. Hərbi biletin 3-cü səhifəsində qeyd olunmuşdur ki, xx.xx.N996-cı il tarixdə ordu sıralarından tərxis olunmuşdur. - Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışında qeyd edilir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N973-cü il təvəllüdlü İddiaçı Mülayim oğlunun xx.xx.N992-ci il tarixdə Şəki RHK-dan çağırılması, komandirin xx.xx.N992-ci il tarixli əmrində şəxsi heyətin siyahısına daxii edilməsi və Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən komandirinin xx.xx.N996-cı tarixli N92 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N973-cü il təvəllüdlü, 3-cü MAT-nin hərbi qulluqçusu, pulemyotçu, sıravi İddiaçı Mülahim oğlu ordu sıralarından azad edildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N92 nömrəli əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün RHKnın sərəncamına göndərilmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin apreldekabr N992-ci il, yanvar-dekabr N993-cü il və yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Mülahim oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.202N-ci il tarixli məktubunda qeyd edilir ki, döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994- cü il tarixli əmrlərində arxiv sənədlərində iddiaçının hərbi hissəyə daxil olması və xidməti barədə məlumat aşkar olunmadığına görə ona “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.202N-ci il tarixli məktubuna əlavə edilən iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.N992-ci ildən xx.xx.N992-ci ildədək N nömrəli hərbi hissədə, xx.xx.N992-ci ildən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı, xx.xx.N996-cı il tarixdə ordu sıralarından tərxis olunmuşdur. - Cavabdehin xx.xx.202N-ci il tarixli məktubuna əlavə edilmiş N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından arxiv çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Şəki RHK tərəfindən hərbi xidmətə çağırılmış iddiaçı xx.xx.N992-ci il tarixdən N nömrəli hərbi hissədə xidmətə başlamış, Müdafiə nazirinin N4N saylı xx.xx.N996-cı il tarixli əmrinə əsasən hərbi hissə komandirinin N92 saylı xx.xx.N996-cı il tarixli əmri ilə ordu sıralarından azad olunmuşdur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, N973-cü il təvəllüdlü Şəki rayon sakini İddiaçı Şəki ŞHK tərəfindən xx.xx.N998-ci il tarixli MA/ 023638 saylı “Müharibə veteranı” vəsiqəsi və adı verilmişdir. - DSMF-in 2 saylı Şəki-Zaqatala regional filialı tərəfindən göndərilmiş sorğuya cavab məktubundan görünür ki, N973-cü il təvəllüdlü Şəki rayon sakini İddiaçı keçmiş müavinət proqramının məlumat bazasına əsasən, xx.xx.2007-ci il tarixdən xx.xx.2N4-cü il tarixədək bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinət almışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. ... Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. ... İş materiallarında olan görünür ki, iddiaçı, xx.xx.N992-ci ildən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixə qədər Ağdam cəbhəsində gedən döyüşlərdə N nömrəli hərbi hissədə iştirak etmiş, xx.xx.N996-cı il tarixdə ordu sıralarından tərxis olunmuş, ona Şəki ŞHK tərəfindən xx.xx.N998-ci il tarixli MA/ 023638 saylı “Müharibə veteranı” vəsiqəsi verilmiş və xx.xx.2007-ci il tarixdən xx.xx.2N4-cü il tarixədək bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinət almışdır. Beləliklə, iddiaçıya xx.xx.N998-ci ildə müharibə veteranı adı və vəsiqəsinin verilməsi öz təsdiqini tapır. İş materiallarında iddiaçının müharibə veteranı statusunun və vəsiqəsinin ləğv edilməsi ilə bağlı hər hansı mötəbər sübut yoxdur. Müharibə veteranı adı və vəsiqəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi komissiya tərəfindən yoxlanılaraq həmin komissiyanın üzvləri tərəfindən protokol tərtib edilərək verilir. Əgər bu status xüsusi yaradılmış komissiya tərəfındən verilirsə, o zaman həmin status xüsusi yaradılmış komissiyanın qərarı və tərtib edilmiş protokolu əsasında ləğv edilməlidir. İstər “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda, istərsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamədə verilmiş müharibə veteranı adının və vəsiqəsinin ləğv edilməsi ilə bağlı müddəalar mövcud deyil. Bununla belə, inzibati icraatın ümumi qaydalarına və prinsiplərinə əsasən əlverişli inzibati akt da ləğv edilə bilər. Hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Hazırkı iş üzrə iddiaçıya verilmiş “Müharibə veteranı” adı və vəsiqəsi ləğv edilmədiyindən cavabdeh orqan yararsız vəziyyətə düşmüş xx.xx.N998-ci il tarixli MA/ 023638 saylı “Müharibə veteranı” vəsiqəsinin dublikatının iddiaçıya verilməsindən imtina etməkdə haqlı olmamışdır. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı, ona “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh orqan sözügedən sənədin verilməsindən imtinasının zəruri edən şərtləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin üzərinə Şəki şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N998-ci il tarixli M/V 023638 nömrəli “Müharibə veteranı” vəsiqəsinin” dublikatının İddiaçı verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar