Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-99/2023 20.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-3259A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin döngə nöqtələrinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “alqı-satqı müqaviləsinə əsasən satın aldığı 0,05 ha torpaq sahəsinin verilməsinə əsas olan JN- 3259A saylı KOD 90301004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin döngə nöqtələrinin koordinatlarına faktiki istifadə etdiyi torpaq sahəsinin mövcud vəziyyətinə uyğun olaraq elektron xəritə bazasına (DWJ) işlənməklə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1087/2022 nömrəli qərardadı ilə Ağdaş bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri, X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “JN-3259A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin döngə nöqtələrinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, ünvan 1 ünvanında yaşayan X3 AR-sı DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən 20 may 2006-cı il tarixdə verilmiş JN 3259A saylı KOD 90301004 olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Ağdaş Rayon AİK-nın xx.xx.2006-cı il tarixli qərarı ilə ayrılmış 0,05 ha torpaq sahəsini xx.xx.2007ci il tarixli alqı-satqı müqaviləsinə əsasən notarial qaydada satın almışdır. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi onun istifadəsində və sahibliyindədir, orada fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı, qeyd olunan torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı analoji iş üzrə Ağdaş şəhəri, Ü.Hacıbəyov küçəsinin 1-ci dalanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 27.01,2022-ci il tarixli, ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə elektron xəritə bazasında (DWJ) göstərilən və Ağdaş rayon Notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-135 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-3259A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Naturada sənədləşdirilməsi nəzərdə tutulan həyətyanı torpaq sahəsi şəhadətnamədə göstərilən torpaq sahəsindən hava yolu ilə 794 metr məsafədə bələdiyyə torpaqlarına aid ərazidə yerləşir. JN-3259A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsi ünvan 3 ünvanda yerləşən vətəndaş X9, digər hissəsi isə ünvan 4 ünvanda yerləşən vətəndaş X7 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür ki, bu da iddiaçının həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında ziddiyyət təşkil etdiyindən mümkün deyildir. İddia olunan torpaq sahəsi ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsinin aralarında kifayət qədər uyğunsuzluqlar mövcuddur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-3259A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağdaş RAİK-nın xx.xx.2006-cı il tarixli 01 nömrəli qərarı ilə X5 0,05 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2007-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, X8 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş JN 3259A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,05 ha torpaq sahəsini iddiaçıya satılmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli **********83 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada sənədləşdirmək istədiyi torpaq sahəsi elektron məlumat bazasında mövcud olan “X6 X10”nə əsasən, təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Ağdaş bələdiyyəsidir. Torpaq sahəsinin istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. JN 3259A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi **********73 və **********59 reyestr nömrəli çıxarışlarla mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. - Ağdaş bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 42 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağdaş bələdiyyəsinin 8 nömrəli baş kitabının 1308 şəxsi hesab nömrəsində 500 kv.m ölçüdə torpaq sahəsi əvvəllər X4 adına olmuşdur. Sonradan isə Ağdaş rayon Orta Qəsil kənd sakini İddiaçı 2007-ci il tarixdə Ağdaş rayon X12 tərəfindən alqı-satqı olduğuna görə Ağdaş bələdiyyəsinin baş kitabında İddiaçı 500 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində 84 kv.m əmlakı olmaqla həmin evdə ailəsi ilə birgə yaşayır. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi əvvəllər X4 mülkiyyətində və istifadəsində olmuş torpaq sahəsidir. Torpaq sahəsinin üzərindəki tikilinin vətəndaş İddiaçı dediyinə görə təməli 2010-cu ildə başlanılıb, 2015-ci ildə yaşayış evinin tikintisi başa çatmış və həmin evdə hal-hazırda İddiaçı yaşayır. X2 şəhər Məşəd küçəsi 4/10 nömrəli evdə yaşamaqla istifadəsində Bələdiyyənin baş kitabında 1545 kv.m həyətyanı torpaq sahəsi və 74 kv.m əmlak vardır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi və üçüncü şəxslər iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr ... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, Ağdaş RAİK-nın xx.xx.2006-cı il tarixli 01 nömrəli qərarı ilə X5, 05 ha torpaq sahəsi ayrılmış və JN-3259A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. xx.xx.2007-ci il tarixdə X1 torpaq sahəsini iddiaçıya satmışdır. İddiaçı, xx.xx.2007-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə istinad etməklə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdehin etirazının başlıca dəlili iddia olunan torpaq sahəsinin JN-3259A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsindən 794 metr məsafədə bələdiyyə torpaqlarına aid ərazidə yerləşməsi, JN-3259A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsinin isə ünvan 3 ünvanda yerləşən vətəndaş X9, digər hissəsi isə ünvan 4 ünvanda yerləşən vətəndaş X7 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin əvvəllər X4 mülkiyyətində və istifadəsində olmuş torpaq sahəsi ilə eyni ərazidə olub-olmaması araşdırılmış, Ağdaş bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 42 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Ağdaş bələdiyyəsinin 8 nömrəli baş kitabının 1308 şəxsi hesab nömrəsində 500 kv.m ölçüdə torpaq sahəsi əvvəllər X4 adına olmuşdur. Sonradan isə alqı-satqı müqaviləsi əsasında Ağdaş bələdiyyəsinin baş kitabında İddiaçı 500 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində 84 kv.m əmlakı qeydə alınmışdır. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi əvvəllər X4 mülkiyyətində və istifadəsində olmuş torpaq sahəsidir. Göründüyü kimi X4 mülkiyyətində olmuş JN-3259A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsidir və həmin şəhadətnamənin cizgisinin fərqli əraziyə düşməsi texniki məsələ olub iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmamalıdır. Digər tərəfdən sözügedən Şəhadətnamənin ünvan 3 və ünvan 4 ünvanda yerləşən torpaq sahələri ilə üst-üstə düşməsi onu göstərir ki, ümumiyyətlə şəhadətnamənin cizgisi düzgün tərtib edilməmişdir. Yəni, JN-3259A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin faktiki cizgisi belə digər mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X6 X10nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X6 X10ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından iddiaçının texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, iddiaçı, JN-3259A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əsas döngə nöqtələrinin koordinatlarına uyğun düzəliş edilməklə faktiki istifadə vəziyyətinə uyğun qeydiyyatın aparılmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə dair məlumatların təqdim edilməsi üçün Ağdaş şəhər İƏD üzrə nümayəndəliyə sorğu verilmiş, lakin eyni məzmunlu sorğu Ağdaş bələdiyyəsi tərəfindən ətraflı cavablandırıldığından həmin sorğunun cavabının alınmasına lüzum qalmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə JN-3259A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin döngə nöqtələrinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.