Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-99/2024 20.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X3” publik hüquqi şəxsinin Şəki Ərazi torpaq Müsabiqə və hərrac komissiyasının qarşı “X3” publik hüquqi şəxsinin Şəki Ərazi torpaq Müsabiqə və hərrac komissiyasının Qax rayonu Qaxbaş bələdiyyəsinin mülkiyyətinə aid 0.0743 ha torpaq sahəsinin satılmasına dair torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2023-cü il tarixli iclasının 27 nömrəli protokolunun və 002631 nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin 002631№-li şəhadətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili 20 fevral 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X3” publik hüquqi şəxsinin Şəki Ərazi torpaq Müsabiqə və hərrac komissiyasının Qax rayonu Qaxbaş bələdiyyəsinin mülkiyyətinə aid 0.0743 ha torpaq sahəsinin satılmasına dair torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2023-cü il tarixli iclasının 27 nömrəli protokolunun və 002631 nömrəli şəhadətnamənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, ona S. Rustaveli adına Kolxozun 21 fevral 1995-ci il tarixli əmr əsasında 0.20 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin 0.02 hektar hissəsi iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 107939 №-li çıxarışı ilə rəsmiləşdirilmişdir. Daha sonra 21 fevral 1995-ci il tarixli əmr əsasında İddiaçı verilmiş torpaq sahəsi iddiaçı ümumiyyətlə məlumatlandırılmadan hərraca çıxarılmışdır və 12 yanvar 2023-cü il tarixdə 0,0743 ha torpaq sahəsi “Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 002631№-li Şəhadətnamə əsasında X1. 21 fevral 1995-ci il tarixli əmr əsasında İddiaçı ayrılmış 0.20 ha torpaq sahəsinin 12 yanvar 2023-cü il tarixdə keçirilmiş hərrac əsasında X2 iddiaçının mülkiyyət hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxarmışdır. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. 3017002970 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, 0.02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. HTM seriyalı 002631 nömrəli “X3” publik hüquqi şəxsinin Şəhadətnaməsinin surəti.
3. X3” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 27 saylı protokolunun surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,iddiaçının vəkilinin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının vəkili məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı “X3” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 27 saylı protokolunun ləğvi və onun əsasında müsabiqənin qalibinə verilmiş 002631 nömrəli Şəhadətnamənin ləğvinə nail olmaqdır.İddiaçı hesab edir ki,cavabdeh inzibati orqan tərəfindən ona bildiriş göndərilmədən hərrac keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, torpaq qanunvericiliyinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və dövlət və ya bələdiyyə torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) üzərində mülkiyyət (icarə) hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların :
2. Torpaq müsabiqələrinin və hərraclarının predmeti sərhədləri və hüquqi rejimi müəyyənləşdirilmiş torpaq sahələri üzərində mülkiyyət və ya icarə hüquqlarıdır. ...
3. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üzdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir.
14. Hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına (bundan sonra - hərrac predmetinə) daha çox alqı-satqı qiyməti və ya icarə haqqı (bundan sonra - qiymət) verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur.
15. Qalibin müəyyən olunduğu gün hərracın nəticələri hərrac komissiyası üzvlərinin və qalibin imza etdiyi protokolla rəsmiləşdirilir.
18. Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi torpaq müsabiqələrinin və hərraclarının predmeti sərhədləri və hüquqi rejimi müəyyənləşdirilmiş torpaq sahələri üzərində mülkiyyət və ya icarə hüquqlarıdır.Yekun protokol bu hərracın nəticələrini rəsmiləşdirən sənəddir.Şəhadətnamə isə şəxsin qalibliyini təsdiq etməklə ona konkret müddət çərçivəsində müqavilə bağlamaq hüququnu yaratmış olur. Bələdiyyə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və hərrac vasitəsilə satışına dair müraciət edir.Bununla da bələdiyyənin inzibati fəaliyyəti başa çatmış olur.Qeyd olunan normaların məzmunundan müəyyən edilir ki,yuxarıda qeyd olunan hərrac prosesi mülki hüquqi qaydada tənzimlənməklə həmin prosesin nəticəsində yaranmış mübahisələrə də mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Oxşar tələblə bağlı mübahisəyə mülki qaydada baxılmalı olmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2950/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarında göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). Həmin Qərarının 6.2-ci bəndinə əsasən, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı nəzərə alınmalıdır. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaya inzibati mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh “X3” publik hüquqi şəxsinin Şəki Ərazi torpaq Müsabiqə və hərrac komissiyasının qarşı “cavabdehin Qax rayonu Qaxbaş bələdiyyəsinin mülkiyyətinə aid 0.0743 ha torpaq sahəsinin satılmasına dair torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2023-cü il tarixli iclasının 27 nömrəli protokolunun və 002631 nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə