Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-993/2020 24.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1975-ci-ci ildə X10 texnikumuna daxil olaraq, 1978-ci ildə hidromeliorasiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx xxxxx 1978-ci il tarixli qərarı ilə iddiaçıya texnik-hidrotexnik ixtisası verilmişdir. Əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması barədə DSMF-nin Mincəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etsə də, məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinadən əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçı imtinanı əsassız hesab etmiş və məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin iddiaya münasibəti: İddiaçı 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Onun əmək kitabçası və hərbi xidmətdə olduğu dövr ilə birlikdə 22 il 02 ay 13 gün sosial sığorta stajı vardır. Əyani təhsil illəri xx.xx.1975-ci ildən xx.xx.1978-ci il tarixədək ( 02 il 04 ay ) Əmək və X6 Nazirinin xx.xx.2020-ci tarixli **********2 nömrəli məktubuna əsasən əyani təhsil illərinin Sosial sığorta stajına hesablanması məqsədə uyğun hesab edilməmişdir. İddiaçı (22 il 02 ay 13 gün + 02 il 04 ay əyani təhsil illəri = 24 il 06 ay 13 gün). X12 İdarəsində işlədiyi son illərdə xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək olan dövrdə şəhərdə qaz olmadığına görə ona heç bir əmək haqqı hesablanmamışdır. Ona görədə onun ümumi iş stajından 01 il 03 ay çıxılır (24 il 06 ay 13 gündən- 01 il 03 ay = 23 il 03 ay 13 gün cəmi sosial sığorta stajı vardır) Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli iddiaçıya göndərilən imtina məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığından xx.xx.1975-ci ildən xx.xx.1978-ci il tarixədək X10 texnikumunda əyani təhsil aldığınız dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. (xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək işləmişdir) İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixdə yaranmışdır. 25 il Sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli 654 saylı qərarı ilə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Onun əmək kitabçası, diplomu və hərbi xidmətdə olduğu dövr ilə birlikdə 24 il 06 ay 13 gün sosial sığorta stajı vardır. X4 işlədiyi son illərdə xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək olan dövrdə ona heç bir əmək haqqı hesablanmamışdır və öz hesabına məzuniyyətdə olmuşdur. Ona görədə onun ümumi iş stajından 01 il 03.ay çıxılır (24 il 06 ay 13 gündən -01 il 03 ay = 23 il 03 ay 13 gün cəmi sosial sığorta stajı vardır) Mübahisəsiz Sosial sığorta stajı 23 il 03 ay 13 gün, kapitala çevirdikdə 16309.35 manat pensiya kapitalı, mübahisəli Sosial sığorta staj 01 il 03 ay, kapitala çevirdikdə 876.84 manat pensiya kapitalı. İddiaçı pensiya hüqüqu xx.xx.2018-ci il tarixdə yaranmışdır və həmin vaxtı minimum pensiya 116.27 manat təşkil etmişdir və 16742.88 manat pensiya kapitalı tələb olunur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2018-ci il tarixli 57/2334 nömrəli və xx.xx.2020-ci il tarixli **********6 imtina məktubu, AT seriyalı 003474 diplomun təsdiqlənmiş surəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli ********** nömrəli və xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubları aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixinə qədər X10 Texnikumunda əyani təhsil alması AT seriyalı 003474 nömrəli diplomun təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. İş materiallarında olan, iddiaçının xx.xx.1978-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək müxtəlif idarə və müəssisələrdə işləmişdir. İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixdə yaranmışdır. Onun əmək kitabçası, diplomu və hərbi xidmətdə olduğu dövr ilə birlikdə 24 il 06 ay 13 gün sosial sığorta stajı vardır. Cavabdeh tərəfindən iddiaçının23 il 03 ay 13 günmübahisələndirilməyən iş stajının olduğunu qəbul edir. X5 İdarəsində işlədiyi son illərdə xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək olan dövrdə ona heç bir əmək haqqı hesablanmadığı və öz hesabına məzuniyyətdə olduğu üçün cavabdeh həmin 01 il 03 ay müddəti qəbul etmir. Mübahisəli müddət isə iddiaçının sosial sığorta stajına daxil edilsə, onun qanunvericiliklə nəzərdə tutulmuş minimum kapitalı tamamlanır. Mübahisəsiz Sosial sığorta stajı 23 il 03 ay 13 gün, kapitala çevirdikdə 16309.35 manat pensiya kapitalı, mübahisəli sosial sığorta staj 01 il 03 ay, kapitala çevirdikdə 876.84 manat pensiya kapitalı. İddiaçının pensiya hüqüqu xx.xx.2018-ci il tarixdə yaranmışdır və həmin vaxtı minimum pensiya 116.27 manat təşkil etmişdir və 16742.88 manat pensiya kapitalı tələb olunur. (16309.35+876.84=17186.19) xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının mübahisələndirilən sosial sığorta stajı ilə bağlı məhkəmə qeyd edir ki, x xxxxxx 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Belə ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X13) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajısığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinəəsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Sosial sığorta haqqının ödənilməsinə münasibətdə qeyd edilməlidir ki, xx xxxx 1999-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin: -252-ci maddəsinəəsasən, bütün işçilər hökmən dövlət sosial sığortası iləəhatə olunmalıdırlar.; -253-cü maddəsinəəsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. xx xxxx 1999-cu il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 304-cü maddəsinəəsasən, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdəəvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. (...) -306-cı maddəsinin 2-ci bəndinəəsasən, işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Göründüyü kimi maddələrin tələblərinə əsasən əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsində aşağıdakılar müəyyən olunmuşdur: -birinci hissəsinəəsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdəəmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -üçüncü hissəsinəəsasən, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinəəsasən,ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və tərəflərin qarşılıqlı razılığı ilə verilir.İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. “X7” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Mingəçevir şəhər filialının üzərinə İddiaçı hüququ yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-993/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-993/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver