Məhkəmə qərarları › İş №2-1(116)-994/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-994/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-994/2022 05.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması, cavabdeh inzibati orqanların dəqiqləşdirilməsi, cavabdeh inzibati orqana edilmiş anoloji müraciətin təmin olunmasından imtina edilməsi ilə bağlı sübutun təqdim edilməsi təklif edilmişdir. İddiaçı, məhkəmənin hüquqi yardımına müvafiq olaraq cavabdeh orqanı dəyişərək Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qeyd etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-994/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş, cavabdeh orqanın dəyişdirildiyi iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmənin hüquqi yardımından sonra iddiaçı, Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddia tələbinin “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Belə ki, iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət etməsi, müraciətinin cavabdeh orqan tərəfindən təmin edilməməsi və ya cavabsız saxlanılması müəyyən edilmir. İddiaçının məhkəməyə ünvanladığı sənədlərdən məlum olur ki, o, məhkəmənin hüquqi yardımından sonra hazırkı cavabdehə müraciət etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı məhkəməyə iddia ərizəsi təqdim edənədək anoloji müraciət əsasında cavabdeh orqanda ümumiyyətlə araşdırma aparılmamış və cavabdeh orqanın hər hansı hərəkəti (hərəkətsizliyi) ilə onun hüquqları və qanunla qorunan maraqları pozulmamışdır. Odur ki, məhkəmə iddia tələbinin xüsusi mümkünlük şərtinə cavab verməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah edilir ki, cavabdeh orqan tərəfindən müraciəti təmin edilmədiyi və ya cavabsız saxlanıldığı halda hazırkı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar