Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-995/2020 06.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxxxxxx" ASC-yə qarşı "fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Zaqatala rayonu Çökək kəndində İddiaçı məxsus olan fərdi yaşayış evi vardır. İddiaçı cavabdeh "xxxxxxxx" ASC-yə ərizə ilə müraciət edərək həmin fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiçıya məxsus tikinti obyektinin elektrik enerjisi ilə təchiz edilməsi həmin ərazidə "xxxxxxxx" ASC-yə məxsus 0,4 kv-luq şəbəkənin olmaması səbəbindən mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, cavabdehin həmin ərazidə "xxxxxxxx" ASC-yə məxsus 0,4 kv-luq şəbəkənin olmaması ilə bağlı imtinası əsassızdır. Belə ki, həmin evin yaxınlığında yaşayan qonşuların qoşulduğu şəbəkə onun yaşadığı ərazidən təxminən 300 metr maşın yolu məsafəsində yerləşir. Cavabdeh xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi həmin ərazidə "xxxxxxxx" ASC-yə məxsus 0,4 kv-luq şəbəkənin olmaması səbəbindən mümkün olmamışdır. Belə ki, həmin fərdi yaşayış evi mövcud transformator məntəqəsindən1243 metr, mövcud şəbəkədən isə 485 metr uzaq məsafədə yerləşir. Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 KV-luq şəbəkədən) texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası"nın 1.2.6-cı bəndinə əsasən, mövcud 0,4 kv-luq şəbəkə - tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kv-luq transformatorun olduğu elektrik şəbəkəsidir. Bundan başqa, iddiaçının iddia ərizəsində qeyd etdiyi qonşuları X12 və X8 adında "xxxxxxxx" ASC-nin bazasında hər hansı abonent yoxdur. Həmin ərazidə yaşayan və "xxxxxxxx" ASC-nin bazasında abonent kimi qeydiyyatda olan X3, X4, X7 və X10 isə şəbəkəyə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli qərarından əvvəl qoşulmuşlar. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli etirazından görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi həmin ərazidə "xxxxxxxx" ASC-yə məxsus 0,4 kv-luq şəbəkənin olmaması səbəbindən mümkün olmamışdır. Belə ki, həmin fərdi yaşayış evi mövcud transformator məntəqəsindən 1243 metr, mövcud şəbəkədən isə 485 metr uzaq məsafədə yerləşir. Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 KV-luq şəbəkədən) texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası"nın 1.2.6-cı bəndinə əsasən mövcud 0,4 kv-luq şəbəkə - tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kv-luq transformatorun olduğu elektrik şəbəkəsidir. Bundan başqa, iddiaçının iddia ərizəsində qeyd etdiyi qonşuları X12 və X8 adında "xxxxxxxx" ASC-nin bazasında hər hansı abonent yoxdur. Həmin ərazidə yaşayan və "xxxxxxxx" ASCnin bazasında abonent kimi qeydiyyatda olan X3, X4, X7 və X10 isə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli qərarından əvvəl şəbəkəyə qoşulmuşlar. - İşdə olan, Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi ilə ən yaxın məsafədə yerləşən X5 məxsus ******* kodlu 10/0,4 kv-luq 160 kva-lıq KTM arasındakı optimal tras üzrə məsafənin 1243 metr, mövcud 0,4 kv-luq şəbəkə ilə isə 485 metr oluduğu müəyyən edilmişdir. Bu baxımdan, fərdi yaşayış evi ilə mövcud 10/0,4 kV-luq transformator arasındakı məsafə 400 metrdən çox olduğu üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 KV-luq şəbəkədən) texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası"nın tələblərinə uyğun fərdi yaşayış evinin enerji təchizatını həyata keçirmək mümkün deyil. Lakin Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın 1.6 və 1.7-ci bəndlərinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən fərdi yaşayış evinin enerji təchizatı üçün texniki şərtin verilməsi təmin edilməli və həmin Qaydaların 1.11-ci bəndinə əsasən, sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirikdikdən və qoşulma haqqı enerji təchizatı müəssisəsinin bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti enerji təchizatı şəbəkəsinə 3 (üç) iş günü ərzində qoşulur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İşdən göründüyü kimi, iddiaçı iddia ərizəsində özünə məxsus olan fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsində iddiaçının şəbəkəyə qoşulma üçün hər hansı məbləği ödəməyə razı olub-olmaması göstərilmədiyinə görə, məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə iddianı dəqiqləşdiriıməsi iddiaçıya təklif edilmiş, o, məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli ərizədə bildirmişdir ki, evə elektrik enerjisinin sərfiyyat sayğacının qoyulması üçün dövlət rüsumunu ödəməyə razıdır. Bundan sonra şifahi məhkəmə baxışı zamanı iddiaçı tələbini dəqiqləşdirərək bildirdi ki, o, 160 manat qoşulma haqqını ödəməyə razıdır, cavabdehin tərtib etdiyi texniki şərtə uyğun isə ödəniş etməyə razı deyil. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi həmin ərazidə "xxxxxxxx" ASC-yə məxsus 0,4 kv-luq şəbəkənin olmaması səbəbindən mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası"nın 1.2.5-ci bəndinə görə, qoşulma haqqı – ETM tərəfindən layihə sənədlərinin hazırlanmasına, ETŞ-nin gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Qaydanın 1.10-cu bəndinə uyğun olaraq müəyyən etdiyi vahid məbləğdir. Həmin Qaydanın 1.2.6-cı bəndinə əsasən, mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən, bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən, sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulması ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin edilməlidir. Həmin Qaydanın 1.10-cu bəndinə görə, qoşulma haqqının məbləğini sifarişçilərin tələb olunan elektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının 24 (iyirmi dörd) gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən edilir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən, qoşulma nöqtəsi tikinti obyektlərinəən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın 1.11-ci bəndinə görə, sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirildikdən və qoşulma haqqı ETM-in bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin ETŞ-yə qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti ETŞ-yə 3 (üç) iş günü ərzində qoşulur. Sadalanan normalardan görünür ki, fərdi yaşayış evinin elektrik şəbəkəsinə qoşulması zamanı məişət abonentinin ödəyəcəyi məbləğ evlə 0,4 kV-luq transformatorun arasında olan məsafədən asılıdır. Həmin məsafə 400 metrdən çox olmadıqda məişət abonenti yalnız 160 manat qoşulma haqqı, məsafə 400 metrdən çox olduqda isə, enerji təchizatı müəssisəsi tərəfindən verilmiş texniki şərtdə göstərilən məbləğdə qoşulma haqqı ödəməlidir. İddiaçı evi ilə 0,4 kV-luq transformatorun arasında olan məsafə 400 metrdən artıq olduğuna görə iddiaçı öz evinin elektrik şəbəkəsinə qoşulması üçün enerji təchizatı müəssisəsi tərəfindən verilmiş texniki şərtdə göstərilən məbləğdə qoşulma haqqı ödəməlidir. O, isə bununla razı deyil və onun iddiası texniki şərt olmadan evin şəbəkəyə qoşulmasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.35-ci bəndinə görə, enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədəvə ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X2 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Həmin normaya uyğun olaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinə sorğu edilərək alınmış xx.xx.2020-ci il tarixli məktubda da iddiaçının evi ilə mövcud 10/0,4 kV-luq transformator arasındakı məsafə 400 metrdən çox olduğu üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 KV-luq şəbəkədən) texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası"nın tələblərinə uyğun fərdi yaşayış evinin enerji təchizatını həyata keçirilməsinin mümkün olmaması, lakin sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirikdikdən və qoşulma haqqı enerji təchizatı müəssisəsinin bank hesabına ödənildikdən sonra evin enerji təchizatı şəbəkəsinə qoşulmasının mümkün olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçıya məxsus fərdi yaşayış evi ilə transformator arasındakı məsafə 400 metrdən çox olduğu üçün iddiaçı texniki şərt olmadan evin şəbəkəyə qoşulmasını tələb etməkdə haqlı deyildir. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxxxxxx" ASC-yə qarşı "fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-995/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-995/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver