Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-996/2025 22.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 17 saylı Yevlax ərazi idarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun X12 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mərhum X12 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı (həmçinin digər iddiaçının nümayəndəsi) İddiaçı2 xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “fərdi yaşayış evinə mülkiyyət hüququnun X12 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 17 saylı Yevlax ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X9 adına olmuşdur. O, həmin əmlakı X3 alqı-satqı yolu ilə satın almışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddia olunan evin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 899 kv.m olmuşdur və X9 adına 2494 saylı Qeydiyyat vəsiqəsi ilə 2005-ci ildə rəsmiləşdirilmişdir. Evə aid Texniki Pasport və evdə olanların qeydiyyat kitabçası qeyd etdiklərimi sübut etməkdədir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli, 1MK-4903/05 saylı Qətnaməsi ilə mərhum X12 xx.xx.2005-ci ildə verilən yuxarıda qeyd etdiyimiz Qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Bundan sonra isə evin torpaq sahəsinin 899 kv.m hissəsinin 375 kv.m hissəsi mərhum Adil Cəlilovun varislərindən X6 adına rəsmiləşdirilmiş, qalan 522 kv.m hissə isə qeydə alınmamış, üzərindəki tikili də qeydiyyatsız qalmışdır.Hazırda həmin 522 kv.m torpaq sahəsi və üzərində yerləşən tikili İddiaçı2 və İddiaçı1 istifadəsində və sahibliyindədir.Qeyd edilən fakt Ağdaş Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(014)-31/2013 saylı Qətnaməsi ilə təsdiqini tapmaqdadır. Onlar vərəsə olaraq Ağdaş şəhəri H.Əliyev pr ev 66 ünvnda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin mərhum iddiaçının adına olması barədə elektron arayışın verilməi barədə cavabdehə müraciət etsələr də tələblərindən imtina edilmişdir və bu səbbədən məhkəməyə müraciət etməli olmuşdurlar. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evinə dair çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. İddiaçının nəzərinə çatdırılmışdır ki, sözügedən fərdi yaşayış evinin sənədləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə üzrə imtina olunması barədə qərar qəbul edilmişdir. İddiaçının ərizəsinə əlavə etdiyi xx.xx.2005-ci il tarixli, 2494 nömrəli Qeydiyyat vəsiqəsi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1MK- 4903/05 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Bundan başqa, Ağdaş şəhərində torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinə dair tərtib edilmiş adlı siyahıda qeyd olunan fərdi yaşayış evinin torpaq sahəsinin X9, İddiaçı1, X7, X4 və X5 qanuni istifadəsində olması qeyd edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-C-0025-8/2024 nömrəli imtina məktubu və 3-21-3-35/2-4579/2023 nömrəli xx.xx.2023-cü il tarixli bildirişi;
2. Ağdaş şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 4322 nömrəli arayışı;
3. Ağdaş rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli 637 nömrəli məktubu;
4. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli, 1MK-4903/05 saylı Qətnaməsi;
5. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(014)-31/2013 saylı Qətnaməsi;
6. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və ona əlavə edilən sənədlər;
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 17 saylı yevlax ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçıların hüquqi marağı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun X12 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdehin imtinasını xx.xx.2005-ci il tarixli, 2494 nömrəli Qeydiyyat vəsiqəsinin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1MK-4903/05 saylı qətnaməsinə əsasən ləğv edilməsi ilə əsaslandırır. İşdə olan Ağdaş rayon dövlət notariat kontorunun 14 noyabr 1964-cü il tarixli, 3746 reyestr saylı Tamara İsayevə ilə Əziz Əliyev arasında rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin və 491 saylı torpaq qeydinin surətlərindən məlum olur ki, X2 şəhəri, Tehram küçəsi 2-də (sonralar Lenin küçəsi 62, hazırda H. Əliyev prospekti 66) yerləşməklə özünə məxsus 899 kv.m həyətyanı torpaq sahəsində yerləşən, 57,6 kv.m yaşayış sahəsi olan bir mərtəbəli üç otaqlı yaşayış evini 1800 manata X1. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2005-ci il tarixli, 2494 nömrəli Qeydiyyat vəsiqəsi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1MK-4903/05 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Daha sonra Ağdaş Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(014)-31/2013 saylı Qətnaməsinə əsasən X6 ünvan 4 ünvanda yerləşən 375 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ tanınması və həmin torpaq sahəsi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınması qət edilmişdir.Mülki mühakimə icraatında aşağıdakılar müəyyən edilmişdir : ünvan 5 ünvanda bir və iki otaqlı yaşayış otaqları olmaqla iki ailə həyətyanı sahəni iki hissəyə bölərək yaşayırlar. İddiaçı X6 həyətyanı torpaq sahəsi 375 kv.metr, cavabdeh X9 həyətyanı torpaq sahəsi isə 522 kv.metr olmuşdur. Ağdaş şəhərində həyətyanı torpaq sahələrinə görə şəhadətnamələr işlənən zaman yerquruluşu mütəxəssisləri tərəfindən onlara məlum olmayan səbəblərdən hər iki torpaq sahəsinə görə vətəndaşların adına sənəd işlənməmişdir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı X6 17 mart 1983-cü ildə ölmüş atası X16 1964-cü ilin noyabr ayında Ağdaş şəhəri, Telman küçəsi 2 saylı (sonralar Lenin küçəsi 62 olmuş, hazırda isə H. Əliyev prospekti 66 saylı) ünvanda X8 məxsus 899 kv.m həyətyanı torpaq sahəsində yerləşən, 57,6 kv.m yaşayış sahəsi olan üç otaqlı yaşayış evini aldıqdan sonra həmin vaxtdan hazırda mübahisə olunan torpaq sahəsində yaşamağa başlamışdır. Evin mülkiyyətçisi olmuş Tamara İsayevəyə 899 kv.metr həyətyanı torpaq sahəsi həmin ünvanda 491 saylı torpaq qeydi sənədinə əsasən 1954-cü ilin may ayında müddətsiz istifadə üçün ayrılmışdır. İddiaçı və cavabdeh 1964-cü ildən bu vaxtadək həmin torpaq sahəsində olan yaşayış evində fasiləsiz olaraq yaşamışlar. İddiaçının yaşadığı evin yerləşdiyi 375 kv.metr torpaq sahəsi 50 ilə yaxındır ki, onun faktiki qanuni istifadəsində və sahibliyindədir. Həmin həyətyanı torpaq sahəsinin bir hissəsi, yəni 522 kv.metr hissəsi isə təxminən 1976-cı ildən cavabdeh X9 və ailə üzvlərinin faktiki istifadəsində və sahibliyindədir. Onlardan başqa, onunla birlikdə həmin torpaq sahəsində yaşamış və 27 sentyabr 2004-cü ildə vəfat etmiş bacısı X11 da həmin torpağın istifadəçisi və sahibi olmuşdur. Beləliklə müəyyən edilir ki, ünvan 5 ünvanda bir və iki otaqlı yaşayış otaqları olmaqla iki ailə həyətyanı sahəni iki hissəyə bölərək yaşayırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia təmin olunmalı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə (yəni bölünən evin iddiaçıların istifadəsində olan torpaq sahəsində yerləşən hissəsinin) mülkiyyət hüququnun X12 məxsus olması barədə elektron arayışın iddiaçılara verilməsi cavabdehə həvalə edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 21 iyun 2023-cü il tarixli 202 nömrəli (2 nömrəli əlavə) “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 üzərinə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə (yəni bölünən evin iddiaçıların istifadəsində olan torpaq sahəsində yerləşən hissəsinə) mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə elektron arayışın iddiaçılara verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə