Məhkəmə qərarları › İş №2-1(116)-997/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-997/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-997/2020 30.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X19rşı “ünvan 1 mənzil 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması və adlarına hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X19rşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “ünvan 1 mənzil 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması və adlarına hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun illər ünvan 2 4/8, mənzil 2 ünvanında yaşayırlar. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 293 nömrəli qərarı ilə həmin ünvandakı mübahisəli torpaq sahəsi X15, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 birgə mülkiyyətinə verilmişdir. Bundan sonra həmin şəxslərə JN-1488A, KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanaraq verilmişdir. Lakin sonradan məhkəmə mübahisəsi nəticəsində iddiaçıların adlarına verilmiş şəhadətnamə ləğv edilmişdir. İddiaçılar həyətyanı torpaq sahəsinə dair onların hüquqlarının qeydiyyata alınaraq adlarına çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmişlər. Lakin cavabdeh orqan əvvəllər onların adlarına qeydə alınmış həmin torpaq sahəsinə dair JN-1488A nömrəli şəhadətnamənin Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(051)-1090/2008 nömrəli Qətnaməsinə əsasən ləğv edildiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçı X7 və onun ailə üzvlərinin sözügedən 0.06 hektar torpaq sahəsi ilə bağlı məhkəməyə iddia tələbi ilə müraciət etmələri əsassızdır. Belə ki, həmin torpaq sahəsinə dair DT və XK-nın Mingəçevir Şöbəsi tərəfindən verilmiş JN-1488A nömrəli torpağın mülkiyyətə verilməsinə dair tərtib olunmuş şəhadətnamə ləğv edilmişdir. Məlumat üçün cavabdeh orqan bildirir ki, ünvan 4 mənzil 2 ünvanında yerləşən mənzil xx.xx.1997-ci il tarixində, 2246 reyestr nömrəsi ilə X5 adına özəlləşdirmə əsasında qeydiyyata alınmış, daha sonra Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(051)-1090/2008 nömrəli qətnaməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən həmin mənzil xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə X8 (40/56 hissə), X9 (4/56 hissə), Mehdizadə Rövşən Qafar oğlunun (1/56 hissə), X10 (1/56 hissə), X11 (1/56 hissə), X1 (1/56 hissə), X2 (4/56 hissə), X14 (1/56 hissə), X6 (1/56 hissə), X12 (1/56 hissə) və X4 (1/56 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmçinin mənzilin yerləşdiyi 0.06 hektar torpaq sahəsinə dair DT və XK-nın Mingəçevir Şöbəsi tərəfindən JN-1488A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmasına baxmayaraq Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(051)-1090/2008 nömrəli qətnaməsinə əsasən həmin şəhadətnamə ləğv edilmişdir. Ümumiyyətlə mənzillərin yerləşdiyi yaşayış evləri Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçılar məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 1 mənzil 2 ünvanında yerləşən mənzil X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 860060 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X16 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-1488A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi X15 və onun ailə üzvlərinin (hazırkı iş üzrə iddiaçılar X13, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5) mülkiyyətinə verilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1090/2008 nömrəli xx.xx.2008-ci il tarixli Qətnaməsi ilə həmin iş üzrə iddiaçı X8 həmin iş üzrə cavabdehlər X17 və qeyrilərinə qarşı Mingəçevir şəhəri, N.Rəfibəyli küç., 4/8 saylı evin 2-ci mənzilinə dair mirasın qəbul edilmə müddətinin uzadılması, miras əmlakda payların müəyyən edilməsi, miras əmlakın açıq hərracdan satılması, satış pulunun paylara mütənasib şəkildə bölünməsinə dair iddia tələbi qismən təmin edilmişdir. Həmin Qətnamə ilə Mingəçevir şəhəri, N.Rəfibəyli küç., 4/8 saylı evin 2-ci mənzilinə dair tərtib edilmiş Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli şəhadətnamə hüquqi əsas olmadan verildiyinə görə ləğv edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2009-cu il tarixli 2(107)-171/2009 nömrəli Qətanaməsi ilə təmin olunmamış və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1090/2008 nömrəli xx.xx.2008-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Mingəçevir Şəhər Mingəçevir Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 1085 saylı məktubundan görünür ki, ünvan 5 mənzil 2 saylı ünvanda yerləşən 599,5 kv metr torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, əvəzsiz olaraq yaşayış evinin mülkiyyətçilərinin mülkiyyətinə verilməli olan torpaq sahəsi olmaqla dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-950/2020 nömrəli qərarında (əsaslandırma hissəsində) qeyd olunmuşdur ki, işdən görünür ki, iddiaçının hüquqi marağı evinin yerləşdiyi torpaq sahəsinə hüquqlarının rəsmiləşdirilməsi ilə bağlıdır. Bu məqsədlə o, bələdiyyəyə qarşı iddia qaldıraraq evinin yerləşdiyi torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, apelyasiya instansiyası məhkəməsi həmin qərarı dəyişdirilmədən qüvvədə saxlamışdır. Hər iki məhkəmə instansiyası bu nəticəyə gələrkən mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının qərarı ilə ləğv edilmişdir. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən ona əsaslanmışdır ki, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması iş materiallarında olan sübutlarla ziddiyyət təşkil edir, məhkəmələr isə torpağın bələdiyyə və ya dövlət mülkiyyətində olması ilə bağlı ətraflı araşdırma aparmamışlar. Təkrar apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alan apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mübahisəli torpaq sahəsinin statusunun müəyyənləşdirilməsi ilə bağlı sorğu edilmiş, buna cavab olaraq Xidmətin xx xxxxxx 2019cu il tarixli arayışında bildirilmişdir ki, Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi, 4/8 saylı ev dövlət vəsaiti hesabına tikilmiş həyətyanı torpaq sahəsi olan evlərdəndir. Torpaq sahəsi evin mülkiyyətçisi tərəfindən qanunsuz istifadə edilən torpaq deyildir. Lakin, bununla belə torpağın mülkiyyətə verilməsinə dair JN-1488A nömrəli şəhadətnamənin qanuni olmasını demək olmaz. Çünki, şəhadətnamədə mülkiyyətçi kimi yalnız evin mülkiyyətçilərinin adları qeyd oluna bilər. Bunu isə aidiyyəti sahə üzrə mütəxəssis və ya ekspert araşdıra bilər. Torpaq sahəsinin mülkiyyət növünə gəldikdə isə həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, əvəzsiz olaraq yaşayış evinin mülkiyyətçilərinin mülkiyyətinə verilməli olan torpaq sahəsi olmaqla dövlət mülkiyyətindədir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətindədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatın idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin dördüncü və beşinci hissələrinə müvafiq olaraq fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 25-ci maddəsinin ikinci hissəsinə görə, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Belə olan halda, iddiaçı arzuladığı məqsədə çatmaq üçün, yəni evinin yerləşdiyi torpaq sahəsinə hüququnu rəsmiləşdirmək üçün yuxarıda qeyd edilən Qanuna əsasən mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən və iddiaya inzibati məhkəmədə baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X19rşı “ünvan 1 mənzil 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması və adlarına hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar