Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-997/2021 28.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə X1 iştirakı ilə, İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “3706.63 manat borcun tutulması barədə qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqindən silinməsinin cavabdehə tapşırılması” barədə iddia tələbinə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “inzibati şikayətin təmin edilməməsi haqqında **********835600 saylı qərarın ləğv edilməsi və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 04.02.2021-ci il tarixli **********938700 saylı qərarı ilə hesablanmış 3706.63 manat borcun şəxsi hesab vərəqindən silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 03.06.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım edilmiş, iddiaçı 22.07.2021-ci il tarixdə dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim edərək “3706.63 manat borcun tutulması barədə qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqindən silinməsinin cavabdehə tapşırılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27.07.2021-ci il tarixli qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi 14.09.2021-ci il tarixdə məhkəməyə vəsatət verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh vəsatətini 2097,49 manat əsas vergi borcunun azladılaraq həmin məbləğdə əsas vergi borcunun və 867.21 manat faiz borcunun vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməsi və hazırda mübahisə predmetinin mövcud olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında cavabdeh inzibati orqanın nümayəndəsi vəsatətlə eyni məzmunlu izahat verərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati işə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsindən çıxarış, - 30.08.2021-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********109000 №-li qərar, - cavabdeh inzibati orqan tərəfindən Şəki rayonu icra və probasiya şöbəsinə ünvanlanmış qərarın geri qaytarılması barədə 03.09.2021-ci il tarixli məktub. Əsaslandırma hissəsi : Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Buna baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat təqdim etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İşdə olan, 30.08.2021-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********109000 №-li qərardan görünür ki, müvafiq qərarın 3.2-ci bəndində verginin azaldılmış məbləği və ya sığorta haqqı qrafasında 2907.49 manat göstərilmişdir. İşdə olan, İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, 30.08.2021-ci il tarixdə iddiaçının borc məbləği hesablanarkən qalıq borc məbləği 2907.49 manat, fazi borc məbləği isə 799.47 manat azaldılaraq müvafiq qeydiyyat aparılmışdır. İşdə olan, cavabdeh inzibati orqan tərəfindən Şəki rayonu icra və probasiya şöbəsinə ünvanlanmış qərarın geri qaytarılması barədə 03.09.2021-ci il tarixli məktubdan görünür ki, tələbin icraya yönəldilməsi barədə 04.02.2021-ci il tarixli qərar geri çağırılmışdır. Beləliklə, iş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən 10.06.2020-ci ildə ona 2019-cu il üzrə hesablanamış 2907.49 manat fiziki şəxsin gəlir vergisinin və 799.47 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsinə nail olmaqdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, müvafiq iddia tələbi məhkəmənin icraatında olduğu müddətdə cavabdeh inzibati orqan öz təşəbbüsü ilə iddiaçının tələbini təmin etmiş və hesablanmış 2907.49 manat vergi və 799.47 manat faiz borcunu onun ümumi borcundan azaltmaqla faktiki olaraq 3706.63 manat borcu silmiş, həmçinin tələbin icraya yönəldilməsi barədə 04.02.2021-ci il tarixli qərarın Şəki rayonu icra və probasiya şöbəsindən geri qaytarılması üçün aidiyyəti üzrə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “3706.63 manat borcun tutulması barədə qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqindən silinməsinin cavabdehə tapşırılması” barədə iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-997/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-997/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver