Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-998/2021 15.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı "üçüncü şəxslər X1 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı "üçüncü şəxslər X1 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 12.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan ünvan 1 ünvanından üçüncü şəxslər X1 və X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarın surəti inzibati məhkəmə icraatının iştirakçılarına göndərilərək onlara 25.10.2021-ci ildə çatdırılmışdır. Həmin qərarın qanuni qüvvəyə minməsindən əvvəl iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə 23.11.2021-ci il tarixli ərizə ilə müraciət edərək, hal-hazırda borcun bağlandığını bildirmiş, bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə uyğun olaraq, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı hallara görə bu qənaətə gəldi ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə, şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti işin icraatına xitam verilməsini xahiş etdiyinə görə məhkəmənin 24.11.2021-ci il tarixli məktubu ilə Cavabdehnə bu barədə məlumat verildi və ondan iddiaçının iddiadan imtina etməsinə razı olub-olmaması soruşuldu. Cavabdeh məhkəməyə göndərdiyi 03.12.2021-ci il tarixli cavab məktubunda işin icraatına xitam verilməsinə etirazının olmamasını bildirdi. Ona görə də məhkəmə hesab edir ki, işin icraatına xitam verilməsinə mane olan hal yoxdur. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı keçirilmədən qəbul olundu. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı "üçüncü şəxslər X1 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati iş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-998/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-998/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver