Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-998/2024 05.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi tərəfindən iddiaçıya dəymiş maddi zayanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayonu icra və probasiya şöbəsinin Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-501/2018 nömrəli xx/xx-2018-ci il tarixli Qərarının xx.xx.2018-ci il tarixdə icraatına götürülməsiə baxmayaraq (Müdafiə Nazirliyinə qarşı heç bir məcburetmə tədbiri görmədiyindən) hal hazıradək icra etdirə bilməməsi və bunun müqabilində iddiaçıya dəymiş maddi ziyanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi tərəfindən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli məhkəmə yardım məktubu göndərilərək izah olunmuşdur ki, iddia tələbinə cavab verməli orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi deyildir.Qeyd olunanlara münasibət bildiriməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. İddiaçı məktuba münasibət bildirərək cavabdehin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi olduğunu, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.[128] 87.2. Bu Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmayan digər icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən şikayət, müvafiq hərəkətin edildiyi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edildiyi) vaxtdan 10 gün müddətində icra məmurunun olduğu yerin məhkəməsinə verilir. 87.3. İcra hərəkətinin yerinə yetirilməsi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edilməsi) vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. 87.4. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 11. İcra məmurlarının məsuliyyəti və onların fəaliyyətinə nəzarət İcra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli 26-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerli icra və probasiya qurumlarının Nümunəvi Əsasnaməsi”nə əsasən : 1.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) icra və probasiya şöbələri, probasiya idarələri və şöbələri, icra idarələri və şöbələri (bundan sonra – qurum) Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını , azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan müvafiq cəzaların icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən, habelə probasiya nəzarətini həyata keçirən yerli struktur qurumlarıdır. 1.2. Qurum öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsini, Cinayət Məcəlləsini, Cəzaların İcrası Məcəlləsini, Cinayət-Prosessual Məcəlləsini, İnzibati Xətalar Məcəlləsini, “İcra haqqında”, “İcra məmurları haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra - Nazirlik) kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur. 2.1. Qurumun fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. məhkəmələrin mülki, kommersiya, inzibati mübahisələrə və inzibati xətalara dair işlər üzrə qərarlarının, habelə cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan aidiyyəti cəzaların, mülki iddianın və vurulmuş ziyanın ödənilməsi hissəsində hökmlərin, məhkəmə əmrlərinin icrasını təmin edir; 2.1.2. qanunla icrası icra məmurlarına həvalə edilmiş digər icra sənədlərinin icrasını təmin edir; 2.1.3. qanunla müəyyən edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təmin edir; 2.1.4. Azərbaycan Respublikasının müvafiq məhkəmələrinin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir; 2.1.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. 5.8.24. xidməti fəaliyyətlə bağlı Nazirliyin rəhbərliyinin, İcra baş idarəsi və Probasiya xidməti rəislərinin tapşırıqlarını yerinə yetirir; Yuxarıda qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin cavabdeh inzibati orqan deyil,Baş idarə Bakı şəhəri Səbail rayonu icra və probasiya şöbəsinin hərəkət və hərəkətsiziliyinə münasibətdə öhdəlik daşımır. Şərh olunanlara əsasən hesab edirəm ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçının nəzərinə çatdırılır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi tərəfindən iddiaçıya dəymiş maddi zayanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-998/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-998/2024
05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver