Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1/2020 04.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X11, X2, onun nümayəndəsi və vəkili X1 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu X7rşı “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin hərrac keçirmədən satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu X7rşı “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülərini müəyyən etməklə hərrac keçirilmədən onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ailə vəziyyətini və xüsusi kateqoriyalı olduğunu nəzərə alaraq subay oğullarının mənzil şəraitinin yaxşılaşdırılması üçün bu torpağın“X6 edilməsi” haqqında Qanunun 16-cı maddəsinə əsasən hərrac keçirilmədən, ölçülərinin yenidən dəqiqləşdirilməsilə ona verilməsini Abşeron rayon X13 həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı izahat verərək bildirmişdir ki, o, Sumqayıt İnzibati-İqtsadi məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2-1(85) 214/2015 saylı qərarı əsasında müvafiq olaraq istifadə etdiyi 0.08 ha ərazini yerli bələdiyyə sənədlərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsü təsdiqləndiqlənmiş və uyğun olaraq RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Lakin bütün bunlara baxmayaraq qonşusu olan X8 uzun illərdir ki, onun mülkiyyətində olan 0.08 ha torpaq sahəsini qanunsuz yollardan istifadə etməklə, zorakılıqla zəbt etməyə çalışmış və buna qismən də olsa faktiki nail olmuşdur. Belə ki, o ona məxsus mülkiyyətində olan ərazinin 0.03 ha hissəsini Ariz Qaydarov adlı birisinə xx xxxxxx 2014-cü il tarixli etibarnamə əsasında saxta sənədlər təqdim etməklə 6500 manata satmışdır. Və ona məxsus torpağı öz adından qanunsuz satdığı üçün Sumqayıt İnzibati- İqtsadi məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2-1(85) 214/2015 saylı qərarından ləğv etdirmək sevdasına düşmüş və qardaşı Şahalının adından apellyasiya şikyəti vermişdir. Təmin olunmadıqda Ali Məhkəməyə üz tutmuşlar. Və kassasiya şikayətində də yenidən Şahin Dostəliyevin adından şikayət verilmişdir ( halbuki, qardaşı Şahalının apellyasiya şikayəti təmin olunmamışdırsa yalnız onun səlahiyyəti çatır ki, kassasiya şikayəti versin) Lakin buradada Şahin növbəti saxtakarlığını “texniki səhv” adı altında işə keçirmiş və əsassız olaraq Ali Məhkəmədə şikayətini qismən təmin etdirmişdir.X14 Məhkəməsi onun 2015-ci ildə təqdim etdiyi iddiaya maraqlı və 3-cü tərəfin iştirakını təmin etməklə yenidən baxır.Və bu məhkəməyə etibarnamə əsasında ona məxsus torpağı Ariz Qaydarova satdığına görə onu da maraqlı şəxs kimi Şahin Dostəliyev və Ariz məhkəməyə cəlb edilmişlər. Onların məhkəmədən əsas tələbi də budur ki, guya onun mülkiyyətində olmuş 0.08 ha torpaq sahəsi Ş.Dostəliyevə məxsus olubmuş. Baxmayaraq ki, iddiaçı subyektiv hüququnun olması ilə bağlı məhkəməyə heç bir sübutedici fakt təqdim etməmişlər. Bildirdi ki, Ş.Dostəliyevin, nə də Ariz Qaydarovun onun 2000-ci illərin əvvələrindən istifadəsində olmuş bu yerə aidiyyatı olmamalıdır. Və bu yerin əldə edilməsi üçün xx xxx 2005-ci ildən Yerli bələdiyyəyə rəsmi ərizə ilə müraciət etmiş və 2007-ci ildən bu 0.08 ha ərazi Bələdiyyə tərəfindən bütün sənədlərlə birlikdə ona rəsmən verilmişdir. Qonşusu olan Ş.Dostəliyev də 2006-cı ildə qonşuluqda yerli Bələdiyyədən 0.08 ha sahə almışdır. Lakin, o vaxtdan onun istifadəsində olmuş bu əraziyə iddialı çıxış edərək guya ona məxsus olduğunu və əlində sənəd olduğunu bildirmişdir. Zorakılıla heç nəyə əhəmiyyət vermədən ona verilən 0.08 ha sahənin 0.033 ha-nı zorakılıqla yaxın adamı olan və hazırda 3-cü tərəf kimi çıxış edən Ariz Qaydarova öz mülkiyyəti kimi savadı olmayan şəxsə aldadaraq qanunsuz satmış və bircə saxta etibarnamə verməklə 6500 manat pulunu alıb mənimsəmişdir. Hesab edir ki, özünə aid olmayan bir ərazini öz mülkiyyəti kimi təqdim etməklə digərinə qanunsuz satması və pulunu mənimsəməsi birbaşa cinayət məsuliyyəti yaradır. Eləcə də Ş.Dostəliyev özünə məxsus olmayan və hazırda mübahisələndirilən yerin yanında qanunsuz zəbt etdiyi 0.02 ha torpaq sahəsini də Gürcüstan vətəndaşı olan Natiq Yaqubov adlı birisinə xx.xx.2020-ci il tarixində 20 illiyinəbaş etibarnamənin əsasında sataraq dələduzluq cinayəti törətmişdir.Ariz Qaydarov da 2016-cı ildə bu yerdə özünə heç bir icazəsi olmayan qanunsuz ev tikmişdir. Baxmayaraq ki o ora ona məxsus olan ərazidə ev tikməyin mənasız olduğunu bildirsə də o qoçu dəstənin köməkliyilə özü bənna olduğu üçün heç bir çağırışa məhəl qoymadan ev tikintisini davam etdirmiş və yaşamağa başlamışdır. Göründüyü kimi, Bəldiyyə sədri heç bir sübutedici fakta, sənədə, şahid ifadəsinə əsaslanmadan Almazovun guya 2012-ci ildən guya bu torpaqda ev tikib yaşamasını yazır. Halbuki, Ş.Dostəliyev tərəfindən bu yerin ona məxsusluğu bildirlərək xx xxxxxx 2014-cü ildə etibarnamə əsasında satılmış, lakin o bu torpağı sənədləşdirə bilmədikdə 2016-cı ildə zorakılıqla ev tikib yaşamağa başlamışdır. Bu barədə qonşuların tərtib etdikləri xx xxxx 2020-ci il tarixli AKT təqdim edilir. Digər tərəfdən Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən 2014-cü ilin 14 iyul tarixli məktubudan göründüyü kimi, qeyd edilir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən ərazi İddiaçı istifadəsində olmuşdur, başqa heç bir tikili müəyyən edilməmişdir. Deməli hər üç rəsmi sənəd təsdiq edir ki, 2015-ci ilədək mübahisələndirilən ərazidə heç bir yaşayış evi mövcud olmamışdır. Deməli nəticəyə gəlirik ki, qarşı tərəf hakimin sorğusuna bu formada cavab almaqla həmin mübahisələndirilən yerdə tikilmiş evin altındakı torpaq sahəsinin bələdiyyə tərəfindən onlara satılmasına hakimin qərarı vasitəsilə nail olsunlar. Digər tərəfdən, xx xxxxx 2015-ci il tarixli məhkəməyə təqdim etdiyi“iddia tələbinin dəqiqləşməsilə” bağlı Ərizədə göstərmişdir ki, 0.08 ha torpaq sahəsinin satılması öhdəliyi cavabdeh X10 üzərinə qoyulması barədə qəbul edilsin. Ona görə də hesab edir ki, ya Ş.Dostəliyevin, ya da Ariz Almazovun onun mülkiyyətinə 2015-ci ildə məhkəmə qaydasında verilmiş qərarından sonra onların burada zorakılıqla ev tikməsi qanunsuz olmuş və heç bir mülki və ya hüquqi əhəmiyyətə malik deyildir. Onlar yaxşı bilirdilər ki, bu yer onun mülkiyyətinə verilib. Onlara dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq yenə də qanunsuz olaraq 2016-ci ildə ev tikib indi də yaşayırlar.Bildirdi ki, onun hazırda 3 övladı var. Həyat yoldaşı Laçın rayonundan olan məcburi köçkündür. Uşaqlar da məcburi kökçün statusu var. O, isə 20 ildir ki, bu qəsəbədə yaşayır. Ona görə də ailə vəziyyətini və xüsusi kateqoriyalı olduğunu nəzərə alaraq subay oğullarının mənzil şəraitinin yaxşılaşdırılması üçün bu torpağın“X6 edilməsi” haqqında Qanunun 16-cı maddəsinə əsasən hərrac keçirilmədən, ölçülərinin yenidən dəqiqləşdirilməsilə ona verilməsini Abşeron rayon X13 həvalə edilməsi barədə qərar qəbul etməsini xahiş edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmənin xx.xx.2020-ci ildə keçirilən şifahi baxışı iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X15 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Əsədov X20 rayonu X7rşı “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0,08 ha torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.X10 xx.xx.2005-ci il tarixli 11 saylı Qərarı ilə X5 0,08 ha həyətyanı torpaq sahəsi satılmış və qanuni əsaslarla müvafiq sənədlər tərtib edilmişdir. Həmin torpaq sahəsini İddiaçı zəbt etdiyinə görə Abşeron rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 188-ci maddəsi ilə 400 manat cərimə cəzasına məhkum edilmişdir. İddiaçı apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş həmin hökm qüvvədə qalmışdır.Həmin torpaq sahəsinin 0,03 ha-dan ibarət hissəsini Şahin Dostəliyev həyətyanı torpaq sahəsi kimi 2011-ci ildə ona qeyri-rəsmi satmış və o orada 2012-ci ildə ev tikərək hal- hazıradək ailəsi ilə birgə orada yaşayır.Hazırda İddiaçı Şahin Doatəliyev tərəfindən ona 0,03 ha qeyrirəsmi satılmış torpaq sahəsi də daxil olmaqla 0,08 ha torpaq sahəsinin ona satılmasını tələb edir. Yuxarıda göstərdiyi əsaslarla iddia tələbi əsassızdır: tələb edilən torpaq sahəsi Şahin Dostəliyevə satılmış torpaq sahəsidir, digər əsas da odur ki, həmin torpaq sahəsində o fərdi- yaşayış evi tikmişdir. X6 edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda boş torpaq sahələrinin satılması nəzərdə tutulmuşdur.Eyni zamanda bildirdi ki, İddiaçı iddia tələbini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2014-cü il tarixli məktubuna əsaslanmışdır. Həmin məktubda qeyd olunur ki, “...0,08 ha torpaq sahəsi boşdur və İddiaçı istifadəsindədir”. Lakin həmin məktub hər-hansı bir araşdırmaya əsaslanmamış və yerində müayinə aparılmamışdır, yuxarıda qeyd etdiyi kimi həmin 0,08 ha torpaq sahəsi Dostəliyev Şahinə satılmış torpaq sahəsidir və onun 0,03 ha-dan ibarət hissəsini Dostəliyev Şahin ona satmışdır və o, 2012-ci ildə həmin torpaq sahəsində ev tikib ailəsi ilə birgə yaşayır. Belə olan halda digər şəxsin (Ş.Dostəliyevin) mülkiyyətinə satılmış və üzərində yaşayış evi olan torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Hətta onun ev tikdiyi torpaq sahəsi Şahin Dostəliyevin mülkiyyətinə satılmış torpağı olmasa belə, orada göstərdiyi kimi ev və yaşayış olması ilə əlaqədar Bələdiyyəin üzərinə torpaq sahəsinin satılması barədə öhdəlik qoyula bilməz. Məhkəmə iclasında iştrak edən digər üçüncü şəxs X2 nümayəndəsi və vəkili X3 izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2014-cü ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mübahisə predmeti olan 0,08 ha torpaq sahəsinin hərrac keçirilmədən onun adına satılması öhdəliyinin X10 üzərinə qoyulmasın xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Qeyd olunan qərardan bir müddət sonra təmsil etdiyi şəxs qərardan apellayasiya və kasassiya şikayətləri vermiş və nəticədə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Sonradan təmsil etdiyi şəxs məhkəməyə 3-cü şəxs qismində işə cəlb edilmişdir. Qeyd olunan torpaq sahəsi X10 xx xxxxxxx 2006-cı il tarixli 11 saylı qərarı ilə Şahin Dostəliyeva ayrılmışdır. Lakin İddiaçı tərəfindən həmin torpaq sahəsi zəbt edildiyi üçün onun barəsində cinayət işi başlanılaraq Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə 400 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və zəbt etdiyi torpaq sahəsindən çıxarılmasına dair X4 mülki iddiası təmin edilmişdir. Hökm qanuni qüvvəsini aldıqdan sonra İddiaçı mübahisəli torpaq sahəsindən çıxarılmışdır. Sonradan həmin torpaq sahəsi iş üzrə digər 3-cü şəxs olan Ariz Almazova etibarnamə ilə satılmış və hal hazırda həmin torpaq sahəsində Ariz ailəsi ilə birlikdə yaşayır. Lakin bütün bunlara baxmayaraq İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq hərrac keçirilmədən torpaq sahəsinin onun adına keçirilməsini xahiş etmiş və istəyinə nail olmuşdur. Qeyd olunan qərarın əsasında həmin torpaq sahəsinə öz adına mülkiyyət hüququna dair şəhadətnamə almışdır. Hal hazırda həmin şəhadətnamənin verilməsi üçün əsas olmuş qərar yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Qeyd olunanları nəzərə alaraq 3-cü şəxsin vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə üçüncü şəxs X9 vəkilinin verdiyi izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Abşeron rayon Məhkəməsinin 1-170/2007 saylı xx xxxxxxx 2007-ci il tarixli hökmü,DTXK-nin Abşeron rayon şöbəsinin 643 saylı xx xxxxxxx 2006-cı il tarixli rəyi,Abşeron rayon Dövlət Arxivinin F-218 saylı xx.xx.2018-ci il tarixli məktub,ƏMDK-nin Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyester Xidmətinin xx xxx 2019-cu il tarixli rəyi,Abşeron rayonu X10 65 saylı xx xxxxx 2020-ci il tarixli məktubu və digər sənədlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə masən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarım isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri özəlləşdirilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və va icarəçilərinə, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlükverilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı xx.xx.2014-cü ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mübahisə predmeti olan 0,08 ha torpaq sahəsinin hərrac keçirilmədən onun adına satılması öhdəliyinin X10 üzərinə qoyulmasın xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Qeyd olunan qərardan bir müddət sonra hazır ki, iş üzrə 3-cü şəxs qismində işə cəlb olunmuş Ariz Almazov və Dostalıyev Şahin narazı qalaraq apellayasiya və kasassiya şikayətləri vermişlər və nəticədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərarı ləğv edilmişdir.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan qərarı qüvvədə olduğu zaman İddiaçı öz adına DƏDRX-dən mülkiyyət hüququna dair çıxarış almışdır. Məhkəmənin sonrakı gedişatı zamanı Ariz Almazov və Dostalıyev Şahin 3-cü şəxs qismində işə cəlb edilmişdirlər. Bundan başqa oda müəyyən edilmişdir ki, X10 xx xxxxxxx 2006-cı il tarixli 11 saylı qərarı ilə Şahin Dostəliyeva 0.08 ha torpaq sahəsi ayrılmış və o, etibarnamə əsasında həmin torpaq sahəsini Ariz Almazova satmışdır.Hal hazırda Şahin Dostəliyeva X10 xx xxxxxxx 2006-cı il tarixli 11 saylı qərarı ilə ayrılmış torpaq sahəsində Ariz Almazov ailəsi ilə birlikdə yaşayır. Dostəliyev Şahinin məhkəmədə bildirdiyinə görə ona məxsus olan həmin torpaq sahəsi İddiaçı tərəfindən zəbt edildiyi üçün sonuncu Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə 400 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və cinayət işi üzrə zərərçəkmiş şəxs olan Şahin Dostəliyevin mülki iddiası təmin edilərək İddiaçı zəbt etdiyi torpaq sahəsindən çıxarılması qərarı verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində 3-cü şəxslərin verdiyi apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılarkən müvafiq mütəxəssiz rəyi alınmışdır. Həmin rəydə qeyd olunmuşdur ki,Şahin Dostəliyeva ayrılmış torpaq sahəsinin koordinatları ilə İddiaçı ayrlmış torpaq sahəsinin koordinatları üst-üstə düşmür.İş üzrə 3-cü şəxs olan Şahin Dostəliyev iddia edir ki, ona Aşağı Güzdək bələdiyyəsi tərəfindən yalnız bir torpaq sahəsi ayrılıb ki, həmin torpaq sahəsinin İddiaçı tərəfindən zəbt olunması məhkəmə hökmü ilə təstiq olunub və sonradan həmin torpaq sahəsinə mülkiyyət çıxarışı alınıb. Məhkəmə işin faktiki hallarını araşdıraraq qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbinin məzmunu cavabdeh təşkilat olan X10 öz mülkiyyətində olan torpaq sahəsinin “X6 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən hərrac keçirilmədən iddiaçının mülkiyyətinə keçirilməsindən ibarətdir. İlk öncə nəzərə alınmalıdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 67/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən təyin edilmiş və DƏDRX-in mütəxəssisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəy inzibati mübahisəyə mahiyyəti üzrə baxılması ilə əlaqədar deyil, Şahin Dostəliyev tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə əlaqədar olmuşdur. Bundan başqa oda nəzərə alınmalıdır ki, hazır ki, iddia tələbi üzrə cavabdeh qismində Şahid Dostəliyev deyil, inzibati orqan olan Aşağı Güzdək bələdiyyəsidir və iddianın növü məcburetmədir. Bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “X6 edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bundan başqa nəzərə alınmalıdır ki, Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsədə Azərbaycan Respublikası Konstituisyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa məxsusdur və “X6 edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, İddiaçı tərəfindən ayrılması tələb olunan torpaq sahəsinə Şahin Dostəliyev iddialı olduğuna görə həmin torpaq sahəsinin hərrac keçirilmədən satılması məqsədə uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təstiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" ƏSASNAMƏ-nin1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqlarının ölçüsü müvafiq inzibati ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla bələdiyyə tərəfindən "X6 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-8.0.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. "X6 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək hədlər daxilində bələdiyələr tərəfindən müəyyən edilir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" ƏSASNAMƏ-nin 10-cu bəndinə əsasən X6 edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “X6 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "X6 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır. Həmin Əsasnamənin 25-1-ci bəndinə əsasən mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa ikinci dəfə həmin məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər. "X6 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmiun Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə İnzibati Prosessual Məcəllənin 33.1-ci Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu X7rşı “ “X6 edilməsi” haqqında Qanunun 16-cı maddəsinə əsasən hərrac keçirilmədən, ölçülərinin yenidən dəqiqləşdirilməsilə ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” iddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1/2020
04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver