Məhkəmə qərarları › İş №2-1(118)-1000/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1000/2020

18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1000/2020 18.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçı “xxxxxxxxxxxxx” MMC-nin direktoru X5 (Sumqayıt şəhər hüquq məsləhətxanasının vəkili, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 23/5, mənzil 5-də yaşayan), Cavabdehin nümayəndəsi X6 (2 saylı X3 hüquqşünas işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxx” MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********198962 saylı və xx.xx.2020-ci il tarixli **********98990 saylı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı «xxxxxxxxxxxxx” MMCcavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2020-ci il tarixli **********198962 saylı və xx.xx.2020-ci il tarixli **********98990 saylı qərarlarının ləğv edilməsi və həmin qərarlar əsasında hesabkanmış vergi borcunun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçi MMC-nin direktoru V.Qarayev iddia tələbinin dəqiqlədirilməsi barədə izahat verərək xx.xx.2020-ci il tarixli **********198962 saylı və xx.xx.2020-ci il tarixli **********98990 saylı qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin direktoru X9 iddia tələbini müdafiə edərək izah etdi ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli Aktı ilə 2016-2018-ci il tarixədək olan dövr üzrə əlavə dəyər vergisi və mənfəət üzrə şirkətin fəaliyyətinin yoxlamasını aparmış və buna dair guya təqdim elilmiş hesabatlarda göstərilən məbləğlər azaldılmaqla vergidən yayınma halının mövcudluğuna dair akt tərtib olunmuşdur. Həmin aktda əsasən xx xxxxx 2020 və xx xxxxx 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” Qərarlar qəbul edilmiş və tələbnamə verilərək 87310,35 manat əlavə vergi borcu və 68856,16 manat maliyyə sanksiyası, cəmi 156166,51 manat vergi borcu hesablanmışdır. Həmin rəyin tamamilə əsassız olduğuna və vergi orqanının yeganə istinad mənbəyi kimi səyyar vergi yoxlaması zamanı mütəxəssis rəyinə əsaslandığına görə həmin rəy etibarsız hesab olunmalıdır. Cavabdehin xx.xx.2018-ci il tarixli qərarına əsasən “xxxxxxxxxxxxx” MMC-də səyyar vergi yoxlaması aparılmış və nəticəsi xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. 1 ildən artıq müddətdə davam edən yoxlama zamanı Azərbaycan Republikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə xx.xx.2019-cu il tarixli məktubla müraciət olunmuş, lakin birliyin mütəxəssisləri tərəfindən rəy verilməsindən imtina olunmuşdur. Bundan sonra “X15 və Hüquq Şirkəti” MMC-ə xx.xx.2019-cu il tarixli məktubla müraciət olunmuş və cəmiyyətin mütəxəssis və ekspertləri tərəfindən xx xxxxxx 2020-ci ii tarixli 104/105 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən cəmiyyətin istehsal həcmi nəzəri hesablama yolu ilə müəssisənin istifadə etdiyi elektrik enerjisinə və satılmış məhsulun maya dəyərinə əsasən təxmini və təqribi hesablama əsasında aparılmış və cəmiyyətin istehsal həcmi müəyyən edilmişdir. Ekspert rəyi ilə heç çür razılaşmaq mümkün deyildir. Ekspert və yoxlayıcılar icarəyə götürülən obyektdə olan elektrik sayğacından kimlərin istifadə etdiyi barədə heç bir şey bilmədən istifadə olunan elektrik enerjisinə görə sərfiyyatın hamısı “xxxxxxxxxxxxx” MMC-nin adına yazmışlar. Halbuki, həmin sayğacdan əlavə “xxxxxxxxxxxxx” müəssisəsi də istifadə etmiş və özünün də nəzarət sayğacı olmuş və istifadə olunan elektrik enerjisinə görə sərfiyyat “Texno Crosher" müəssisə tərəfindən hesablanaraq “xxxxxxxxxxxxx” MMCyə ödənilmişdir. Həmin ödəniş sənədlərinin surətləri məktubla Vergilər Nazirliyinə təqdim edilmişdir. “xxxxxxxxxxxxx” MMC vergi ödəyicisi kimi qeydiyyatdan xx.xx.2016-cı ildə keçməyinə baxmayaraq ekspert rəyində xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə olan məlumatlardan istifadə olunduğu göstərilmişdir. Ancaq ekspertlər və yoxlayıcılar, istehsal üçün lazım olan xammalın nə vaxt alındığını müəyyən etməmişlər. 2016-cı ilin mart-aprel aylarında 61098,85 manat dəyərində xammal idxal edilmiş və mart ayında istehsal olmamış, aprel ayında isə 9403,34 manatlıq xammal istehsala sərf edilərək 30497 manat dəyərində məhsul istehsal edilmiş və 2016-cı ilin 01 may tarixinə 51694,9 manat məbləğində xammal qalığı qalmışdır. Ekspertlər isə elektrik enerjisinin sərfiyyatına görə təkcə 2016-cı iln aprel ayına görə manatlıq məhsul istehsal edildiyi ehtimalı olduğunu rəydə göstərmişlər. Yuxanda gödtərdiklərim sonrakı aylarda da təkrarlanır. Ekspert rəyində məhsulun satış dəyəri ilə bu məhsulun istehsalına sərf edilən elektrik enerjisi müqayisə edilərkən ziddiyyət və uyğunsuzluq olduğu göstərilmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etmədi və izah etdi ki, cavabdeh vergi orqanının xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçı MMC-də xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.2018-ci il tarixli tələbnamə verilmişdir. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq rezin məlumatların istehsalı ilə məşğul olmuşdur. Yoxlama zamanı rezin məmulatlarının istehsalı sexində rezin məmulatlarının real bazar qiymətlərini və istehsal olunmuş məhsulların həcmini (sayını) məqsədilə bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğundan xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün aylar üzrə müəssisə tərəfindən istehsal olunmuş rezin məmulatlarının real bazar qiymətlərini müəyyənləşdirmək məqsədi ilə ekspert rəyinin verilməsi, istehsal olunmuş məhsulların həcmini (sayını) müəyyənləşdirmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi məqsədilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə xx.xx.2019cu il tarixli məktubla müraciət olunmuşdur. xx.xx.2019-cu il tarixli "Ekspertizanın təyin edilməsi haqqında” qərarla və “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarla mütəxəssis və ekspert qismində X12 və X7 yoxlamaya cəlb edilmişlər. Lakin mütəxəssis və ekspertlər X12 və X7 tərəfindən uzun müddət hesablamalar aparılmasına, vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli məktublarla müraciət edilməsinə baxmayaraq, müvafiq rəylər verilməsindən imtina edilmişdir. Qeyd edilənlərlə əlaqədar xx.xx.2016-cı il tarixdən 01,10.2019-cu il tarixədək olan dövr üçün aylar üzrə müəssisə tərəfindən istehsal olunmuş rezin məmulatlarının real bazar qiymətlərini müəyyənləşdirmək məqsədi ilə ekspert rəyinin verilməsi, istehsal olunmuş məhsulların həcmini (sayını) müəyyənləşdirmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi məqsədilə “X15 və Hüquq Şirkəti" MMC-yə xx.xx.2019-cu il tarixli məktubla nömrəli məktubla müraciət olunmuş və xx.xx.2019-cu il tarixli "Ekspertizanın təyin edilməsi haqqında” qərarla və “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarla mütəxəssis və ekspert qismində X11, X14, Quliyev Emin Rövşən oğlu yoxlamaya cəlb edilmişlər. X14 və X1 tərəfindən xx.xx.2020-ci il tarixli ekspert rəyi verilmişdir. Vergi ödəyicisi tərəfindən elektrik enerjisinin tək “xxxxxxxxxxxxx” MMC tərəfindən deyil, başqa müəssisə (“xxxxxxxxxxxxx” MMC) tərəfindən də istifadə edildiyi bildirilmişdir. Halbuki, yoxlama zamanı müəssisənin direktoru X4 xx.xx.2020- ci il tarixdə alınmış izahatda istifadə edilmiş elektrik enerjisinin yalnız istehsal və ofis binasının qızdırılması məqsədilə istifadə edildiyi bildirilmişdir. mütəxəssislər tərəfindən müəyyən edilmişdir ki, 2016-cı ilin mart ayından 2018-ci ilin iyul ayınadək olan dövr ərzondə MMC tərəfindən istifadə edilmiş elektrik enerjisinin 476731 kVt/saat olduğu qeyd edilmişdir. Məhsulun satış dəyəri ilə bu məhsulun istehsalına sərf edilən elektrik enerjisi müqayisə edildikdə ziddyyət və uyğunsuzluqlar aşkar edilmişdir. Göstərilənlərlə bağlı cavabdehn nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -xx.xx.2018-ci il tarixli qərardan görünür ki, 2 saylı ƏVD tərəfindən “xxxxxxxxxxxxx” MMC-də 2016-cı ilin fevral ayından 2018-ci ilin sentyabr ayındaək olan dövrün yoxlanılması üçün növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. -xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, “xxxxxxxxxxxxx” MMC-də 2016-2017-ci illər üzrə mənfəət vergisi, fevral 2016-cı il – sentyabr 2018-ci illər üzrə əlavə dəyər vergisi, 2016-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, l rüb 2016-lll rüb 2018-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi, 2016- 2017-ci illər üzrə əmlak vergisi yoxlanılmışdır. -xx.xx.2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üçün aylar üzrə rezin məlumatlarının istehsalı sexində oistehsal edilmiş məhsulların real topdansatış bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmişdir. -xx.xx.2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üçün aylar üzrə rezin məlumatlarının istehsalı sexində oistehsal edilmiş məhsulların real topdansatış bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınmışdır. -“Prime Leqal” Ekspertiza və Hüquq şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəyindn görünür ki, satılmış məhsulun dəyərinə və bu məhsulun istehsalkına sərf edilmiş elektrik enerjisinə əsasəan 1 kvt/saat elektrik enerjisi sərf edilməklə 4.12 manat dəyərində məhsul istehsal edilməsi ehtimal edilir. Həmin məbləğ və ayrı-ayrı aylarda istifadə edilmiş elektrik enerjisinəzərə alınmaqla təqribi bə təxmini hesablama yolu ilə hazıtda fəaliyyəti dayabdırılmış “xxxxxxxxxxxxx” MMC-də 2016-cı ilin mart ayından 2018-ci ilin iyul ayınadək olan dövr ərzində (elektrik enerjisi sərfiyyatı həmin dövrü əhatə etdiyinə görə) istehsal edilməsi məhsulun həcmi müəssisə satış qiyməti ilə 1972361.62 manat müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı ilə təqdim edilmiş satış və elektrik enerji sərfiyyatı məlumatlarına əsasən nəzəri heablama yolu il müəyyən edilmiş məhsulun ümumi dəyəri ilə satış sənədlərində qeyd edilən müəssis satış dəyəri üzləşdirildikdə məhsul dövriyyəsinin 367401.39 manat (1972631.62 – 1604960.23) əskik göstərildiyi müəyyən edilmişdir. Topdansatış qiyməti ilə bu fərq 433533.64 manat, pərakəndə satış qiyməti ilə isə 520240.37 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli **********198962 saylı qərardan görünür ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli qərara düzəliş edərək iddiaçı “xxxxxxxxxxxxx” MMCyə 2016-cı ilin mənfəət vergisi 11265.23 manat, 2017-cı ilin mənfəət vergisi 2720.68 manat, 2016-cı ilin əlavə dəyər vergisi 60832.20 manat, 2017-ci ilin əlavə dəyər vergisi 14691.05 manat olmaqla, cəmi 89509.68 manat əlavə vergi borcu və 68856.16 manat maliyyə sanksiyası hesablanmışdır. -xx.xx.2020-ci il tarixli **********198990 saylı qərardan görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixli qərara düzəliş edərək iddiaçı “xxxxxxxxxxxxx” MMC-yə 2016-cı ilin mənfəət vergisi 11265.23 manat, 2017-cı ilin mənfəət vergisi 2720.68 manat, 2016-cı ilin əlavə dəyər vergisi 60832.20 manat, 2017-ci ilin əlavə dəyər vergisi 14691.05 manat olmaqla, cəmi 89509.68 manat əlavə vergi borcu və 14461.14 manat maliyyə sanksiyası hesablamışdır. Məhkəmə iclasında ifadə verən “Prime Leqal” Ekspertiza və Hüquq şirkətinin direktoru X11 və ekspert X1 xx.xx.2020-ci il tarixli rəyi müdafiə etdilər və izah etdilər ki, “xxxxxxxxxxxxxx” MMC_də istehsal sahəsindəki avadanlıqlar aşkar edilmədiyinə, xronometraj sayım aparmaq mümkün olmadığına görə, istehsal həcmi nəzəri hesablama yolu ilə müəssisələrin istifadə etdiyi elektrik enerjisinə və satılmış məhsulun dəyərinə əsasən təxmini və təqribi hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Məhkəmə hesab edir ki, elektrik enerjisinin sərfiyyatının mənbəyi bəlli olan məlumat hesab edilməklə vergi hesablanması üçün istifadə edilməsi kifayət qədər əsaslı hesab edilə bilməz, vergi orqanı tərəfindən bu hala əsasən vergi ödəyicisinin vergidən yayınma ehtimalını düşünməyə imkan verən hər hansı əsas yaranmışdırsa, vergi orqanının ağlabatan müddət ərzində həmin halı araşdırmaq, aşkar olunmuş vergi pozuntularını aktlaşdırmaq və qanunla müəyyən olunmuş müvafiq tədbirlər görmək imkanı olmuşdur. Qanunvericilikdə vergidən yayınmanın aşkar olunması üçün vergi orqanına kifayət qədər geniş səlahiyyətlər və imkanlar verildiyi halda, vergi orqanının vergi ödəyicisinin elektrik enerjisinin sərfiyyatına əsasən hər hansı əlavə araşdırma aparılmadan vergi hesablaması ağlabatan deyil, habelə hesablanmış vergilərin əsaslığını şübhə altına alır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.. 67.1-ci maddəsinin sonrakı müddəalarında vergi ödəyicisinin gəlirləri və xərclərinin hesablanmasının mümkün variantları müəyyən edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 67.2-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsinin meyarları müəyyən edilmişdir. Vergilər Məcəlləsinin 67.14-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cü maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Cavabdeh iddiaçı üçün əlavə vergi hesablayarkən Vergilər Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl etməmişdir. Cavabdeh iddiaçının vergi məsuliyyətə cəlb edilməsini istehsal prosesində sərf edilmiş enerji sərfiyyatına görə mütəxəssis rəyinə əsasən hesablamışdır. Cavabdeh yalnız mütəxəssis rəyinə əsasən iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmişdir. Məhkəmə qeyd edir ki, istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sadəcə olaraq yalnız mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji sərfiyyatı əsasında deyil, konkret avadanlığın iş görmə gücünə görə məhsulun istehsal həcmi hesablanmaqla əlavə vergi məbləğinin müəyyən edilməsi düzgün olardı. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə vergi məbləğinin müəyyən edilməsi digər əlaqəli sübutlarla yanaşı mütəxəssis rəyi ilə də müəyyən edilə bilər. Lakin hazırkı vəziyyətdə vergilərin hesablanması barədə yalnız mütəxəssis rəyinin mövcudluğu iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “xxxxxxxxxxxxx” MMC-nin barəsində çıxardığı xx.xx.2020-ci il tarixli **********198962 saylı və xx.xx.2020-ci il tarixli **********98990 saylı qərarlar ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “xxxxxxxxxxxxx” MMC-nin barəsində çıxardığı xx.xx.2020-ci il tarixli **********198962 saylı və xx.xx.2020-ci il tarixli **********98990 saylı qərarları ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar