Məhkəmə qərarları › İş №2-1(118)-1000/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1000/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1000/2023 04.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı iclasının gündəlikdə duran torpaq sahələrinin mülkiyyətə ayrılması barədə 17, 18, 19, 22, 23, 24, 25 nömrəli qərarlarının (aktlarının) ləğv olunması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddia qaldıraraq “Sumqayıt bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı iclasının gündəlikdə duran torpaq sahələrinin mülkiyyətə ayrılması barədə 17, 18, 19, 22, 23, 24, 25 nömrəli qərarlarının (aktlarının) ləğv olunması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələrin, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Hənin qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Qanunun 8-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq Sumqayıt bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı iclas protokolunda göstərilən bələdiyyə aktlarına (qərarlarına) inzibati nəzarət icraatı qaydasında baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə iclasının 17, 18, 19, 22, 23, 24, 25 nömrəli aktları ilə (qərarları ilə) torpaq sahələrinin mülkiyyətə verilməsi barədə qərar qəbul edilmişdir. Lakin bələdiyyə tərəfindən bu zaman bazar qiymətinin nəzərə alınıb- alınmaması qərarda qeyd olunmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 10.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətdə olan torpaq sahələrinin (ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla) hərrac və müsabiqə vasitəsilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət) bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. ‘Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-ci maddəsinə uyğun olaraq Sumqayıt bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı iclasının gündəlikdə duran torpaq sahələrinin mülkiyyətə ayrılması barədə 17, 18, 19, 22, 23, 24, 25 nömrəli qərarlarının müzakirəyə çıxarılaraq ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 05/1344 saylı məktubla müraciət edilmişdir. Buna baxmayaraq Sumqayıt bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 11 saylı iclas protoklunun 4-cü qərarı ilə ləğv təklifi təmin etməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qərarın 10.1-ci maddəsinə əsasən bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. İddiaçı Sumqayıt bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı iclasının gündəlikdə duran torpaq sahələrinin mülkiyyətə ayrılması barədə 17, 18, 19, 22, 23, 24, 25 nömrəli qərarlarının (aktlarının) ləğv olunmasını istəyir. Göründüyü kimi iddiaçı eyni zamanda bir neçə müstəqil iddia tələbi irəli sürmüşdür. Məhkəmə hesab edir ki, belə olan halda iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamlıdır. İddiaçıya izah edilsin ki, iddia tələbləri dəqiqləşdirildikdən sonra, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar