Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1000/2024 09.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X16 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Qusar Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar şəhər Sovetinin(XDS İcraiyyə Komitəsinin) xx.xx.1989-cu il tarixli 102 nömrəli qərarının, X11 adına verilmiş köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli 269 reyestr nömrəli qeydiyyat vəsiqəsinin və X4 adına verilmiş köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli, 270 reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilmələri”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, anası X11 adına mülkiyyət hüququ ilə ünvan 1 ünvanda yerləşən 60 kv.m sahəsi olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0397 ha həyətyanı torpaq sahəsi olmuş, anası xx.xx.2005-ci ildə vəfat etmiş və həmin mülk vərəsəlik qaydasında xx.xx.2022-ci il tarixdə ididaçının mülkiyyətinə keçmişdir. Son günlərdə aldığı məlumatlar əsasında ona məlum olmuşdur ki, mərhum atası, xx.xx.1984cü il tarixdə vəfat etmiş X1 adında xx.xx.1950-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə vərəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən Qusar şəhəri, Stalin(indiki Heydər Əliyev) küçəsində yerləşən tikintinin ümumi 217,97 kv.m, həyətyanı sahəsi 624,23 kv.m olan 56 saylı fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış evi sonradan qeyri-qanuni yollarla ünvanları 72 və 74 olmaqla iki hissəyə ayrılmış, bir hissəsi anası Sayaxanımın adına, digər hissəsi Zeynəbin adına rəsmiləşdirilmişdir. Reyestr xidmətindən əldə etdiyi məlumata görə Qusar şəhər Sovetinin xx.xx.1989cu il tarixli, 102 nömrəli qərarına əsasən köhnə reyestr kitablarında mart 2004-cü il tarixli texniki pasport və xx.xx.1989-cu il tarixli, 269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0397 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən X11 adina xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli **********93-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Qeyd olunan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0397 ha həyətyanı torpaq sahəsinə Qusar rayon notariat kontorunun xx.xx.2022-ci il tarixli, 2V-846 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrindən iddiaçının adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan əlavə, Qusar şəhər Sovetinin 25. 08.1989-cu il tarixli, 102 nömrəli qərarına əsasən köhnə reyestr kitablarında xx.xx.1989-cu il tarixli, 270 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanda yerlaşen fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0078 ha həyətyanı torpaq sahəsinə həyətyanı torpaq sahəsinə dövlət reyestrindən X4 adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12- 10301 reyestr nömrəli çıxarış işlənmiş və sonradan həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə Qusar rayon notariat kontorunun xx.xx.2016 cı il tarixli, 2V-06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrinden X7 adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. X12 yuxarıda qeyd olunan fərdi yaşayış evini Qusar rayon notariat kontorunun xx.xx.2016-cı il tarixli, 49-98 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirmiş, dövlət reyestrindən X2 (fərdi yaşayış evi tam) və X5 (0.01154 ha torpaq sahəsi tam) adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********3 1-1 0301 reyestr nömrəli çıxarış işlənmişdir. Qusar rayon notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən yuxarıda qeyd olunan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən X8inin (fərdi yaşayış evi tam) və X9 (0.01154 ha torpaq sahəsi tam) adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmiş, sonradan X12 adına olan 0.0115 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4- 435 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş, xx.xx.2023-c il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X2 mülkiyyət hüququ tanınmışdır. Cavabda qeyd olunur ki, yeni ünvan verilən zaman Qusar şəhəri, Stalin (indiki Heydər Əliyev) küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evinə 72 və 74 ünvanları verilmişdir. Göründüyü kimi mərhum atası, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X1 xx.xx.1950-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə vərəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport’a əsasən qanuni sahibliyində olmuş Qusar şəhəri, Stalin(indiki Heydər Əliyev) küçəsində yerləşən tikintinin ümumi 217,97 kv.m, həyətyanı sahəsi 624,23 kv.m olan 56 saylı fərdi yaşayış evi heç bir əsas olmadan qanunsuz şəkildə digər şəxslərin adına rəsmiləşdirilmişdir. Tərəfindən həmin fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qusar Notariat Ofisinə müracət edilmiş, notariat tərəfindən şəhadətnamənin verilməsindən imtina edilmiş və bu barədə mərhumun adına mülkiyyət hüququnu təsdiq edən sənədin olmadığı bildirilmişdir. Nəticədə iddiaçının vərəsəlik və gözlənilən mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.8."Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında'' Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar nəzərdə tutulmuşdur. Sadalanan hüquq normalarının mahiyyətindən aydın olur ki, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən verilən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar ayrılmış torpaq sahəsi və üzərində yerləşən tikililərlə bağlı mülkiyyət hüququnun yaranması üçün şəxslərə DƏDRX-nə müraciət etmək hüququ verməklə yanaşı hüquq subyektinə mülkiyyət hüququnun yaranmasınadək həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ qazandırır. Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli Qərarında da xüsusilə göstərilmişdir ki, "daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Mərhuma məxsus olmuş mübahisəli yaşayış evini qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətimə keçirmək istəyir. Bununla bağlı aidiyyatı üzrə notariat orqanına ərizə ilə müraciət etmişdir. Mübahisəli yaşayış evi mülkiyyət kimi dövlət qeydiyyatına alınmasa da onun sahib olduğu sahiblik və istifadə hüquqları, o cümlədən, fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququ mənə keçmişdir. Bununla da nədə ifadə olunmasından və harada yerləşməsindən asılı olmayaraq ondan qalan və miras kütləsinə daxil olan bütün əmlakları, tələbləri, hüquqları və vəzifələri qəbul etmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Qusar şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 102 nömrəli qərarı;, xx.xx.1989-cu il tarixli, 269 reyestr nömrəli qeydiyyat vəsiqəsi, X11 adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli **********93- 10301 reyestr nömrəli çıxarış, Qusar rayon notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli. 2V-846 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə: Həmin şəhadətnaməyə əsasən mənim adıma verilmiş dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış; Köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli, 270 reyestr nömrəli qeydiyyat vəsiqəsi; ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0078 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən X5 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarış, Həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair Qusar rayon notariat kontoru tərəfindən verilmiş xx.xx.2016 cı il tarixli, 2V-06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; Həmin şəhadətnaməyə əsasən dövlət reyestrindən X7 adına verilmiş 21.01,2016-cı il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış; X12 ilə X6 arasında Qusar rayon notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli, 49-98 reyestr nömrəli bağışlanma müqaviləsi; Dövlət reyestrindən X2 (fərdi yaşayış evi tam) və X5 (0.01154 ha torpaq sahəsi tam) adına verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********3 1-1 0301 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarış; Qusar rayon notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2V-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən X2 (fərdi yaşayış evi tam) və X9 (0.01154 ha torpaq sahəsi tam) adına verilmiş xx.xx.2018- ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış; X12 ilə X6 arasında 0.0115 ha torpaq sahəsinə dair Qusar rayon notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4-435 reyestr nömrəli bağışlanma müqaviləsi; Dövlət reyestrindən X2 adına verilmiş xx.xx.2023- ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışın etibarsız sayılması; xx.xx.1984-cü il tarixdə vəfat etmiş X1 xx.xx.1950-ci il tarixli "Şəxsi mülkiyyət hüququ ilə vərəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən qanuni sahibliyində olmuş Qusar şəhəri, Stalin (indiki Heydər Əliyev) küçəsində yerləşən ümumi tikint sahəsi 217,97 kv.m, həyətyanı sahəsi 624,23 kv.m olan 56 saylı fərdi yaşayış evinin ondan qalan miras kütləsinə daxil edilməsi, həmin miras əmlakın tərəfimdən qəbulu faktının müəyyən edilməsi, həmin miras əmlak üzərindəvərəsəlik hüququmun tanınması, həmin miras əmlaka dair adıma vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Qusar Notariat Ofisinə həvalə edilməsi, həmin fərdi yaşayış evinin mənə təhvil verilməsi, X2 fərdi yaşayış evindən və yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılması üçün qanuni əsaslar vardır və bu ardıcıl şəkildə əvvəlcə inzibati və sonra isə ümumi məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdirlər. Məhkəmə iclasında iddiaçı tərəfə hüquqi yardım edilərək izah edilmişdir ki, iddianın ikinci hissəsi birinci hissəsindən asılıdır, inzibati aktın etibarsızlığı əsasları fərqlidir, qərarın etibarsızlığını deyil, ləğvini tələb edə bilər. Bu halda iddia müddətinin ötürülməsi məsələsi müzakirə olunmalıdır. Lakin iddaçının vəkili hesab etmişdir ki, inzibati aktın özü qüsurludur, bir inzibati akt qüvvədə olduğu halda verilə bilməzdi. Qeyd edilənlərə əsasən iddia tələbinə baxılmasını məhkəmədən xahiş etmişdirlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikadı Vəkillər Kollegiyası Bakı şəhəri 7 saylı Bürosunun vəkiliVəkil mərhum Gərəyxanov ibrahimxəlil Əlifxan oğluna məxsus olmuş Qusar şəhəri, Stalin (indiki Heydər Əliyev) küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evinin hansı əsasla (əsaslarla) digər şəxslərin adlarına rəsmiləşdirilməsi, 72 və 74 olmaqla yenidən ünvanlaşdırmanın hansı əsaslarla aparılması, Qusar şəhəri, Stalin (indiki Heydər Əliyev) küçəsi, 74 saylı fərdi yaşayış evinin hazırda kimə məxsus (mülkiyyətində) olması barədə rəsmi məlumatın, o cümlədən, qey olunan hallarla bağlı mövcud olan bütün sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin verilməsi ilə bağlı sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nudrliyi yanında Əmlak Məsələrinin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 25 may 2023-cü il tarixli, 120 və 121 nömrəli məktublarla müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-8503/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: "Bildiririk ki, Qusar şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 102 nömrəli qərarına əsasən köhnə reyestr kitablarında mart 2004-cü il tarixli texniki pasport və xx.xx.1989-cu il tarixli, 269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0397 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən X11 adına xx.xx.2018-cı ıl tarixli, ********** qeydiyyat nömrəli **********93- 10301 reyestr nömrəli çıxarış işlənmişdir. Əlavə olaraq qeyd edirik ki, yuxanda qeyd olunan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0397 ha həyətyanı torpaq sahəsinə Qusar rayon notariat kontorunun xx.xx.2022-ci il tarixli, 2V-846 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrindən İddiaçı adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan əlavə, Qusar şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 102 nömrəli qərarına əsasən köhnə reyestr kitablarında xx.xx.1989-cu il tarixli, 270 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0078 ha həyətyanı torpaq sahəsinə həyətyanı torpaq sahəsinə dövlət reyestrindən X4 adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli çıxarış işlənmiş və sonradan həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə Qusar rayon notariat kontorunun 09.01,2016-cı il tarixli, 2V-06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrindən X9 adına 21.01,2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. X12 yuxarıda qeyd olunan fərdi yaşayış evini Qusar rayon notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-98 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirmiş, dövlət reyethndən X3 (fərdi yaşayış evi tam) və X4 (0.01154 ha torpaq sahəsi tam) adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********31-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Əlavə olaraq bildiririk ki, Qusar rayon notariat kontorunun xx.xx.2018-ci il tarixi' 2V- 102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən yuxarıda qeyd olunan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən X3 (fərdi yaşayış evi tam) və X10 (0.01154 ha torpaq sahəsi tam) adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmiş, sonradan X12 adına olan 0.0115 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun xx.xx.2018-ci İİ tarixli, 4Ə-435 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş, xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3 mülkiyyət hüququ tanınmışdır. Qeyd edirik ki, yeni ünvan verilən zaman Qusar şəhəri, Stalin (indiki Heydər Əliyev) küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evinə 72 və 74 ünvanları verilmişdir." “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Qusar şəhər Sovetinin (XDS İcraiyyə Komitəsinin) xx.xx.1989-cu il tarixli 102 nömrəli qərarının, X11 adına verilmiş köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli 269 reyestr nömrəli qeydiyyat vəsiqəsinin və X4 adına verilmiş köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli, 270 reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilmələrini istəyir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı qərarın etibarsızlığını deyil, ləğvini tələb edə bilər. Məhkəmədə iddiaçıya hüquqi yardım edilsə də o iddianın təmin edilməsini, işə baxılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, İnzibati İcraat haqqında Qanuna əsasən: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Lakin mübahisələndirilən inzibati aktın etibarsızlığının müəyyən edən əsaslar isə hazırkı işdə müəyyən edilmir. İddiaçı tərəfin göstərdiyi dəlillər inzibati aktın ləğvi üçün əsas ola bilər. Lakin bu halada iddia müddəti tətbiqinin tətbiq edilməsi nəzərə alınmalıdır. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması İnzibati İcraat haqqında Qanuna əsasən 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi qanunvericiliklə inzibati aktın etibarsızlığı və ləğvi əsasları xüsusi olaraq müəyyən edilmişdir, hazırkı işdə inzibati aktın etibarsızlığını müəyyən edən heç bir hüquqi əsas mövcud deyil. Bundan əlavə tələbin ikinci hissəsində iddiaçı qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsini istəyir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeydiyyat vəsiqələrinin verilməsinin əsasını iddiaçı tərəfindən mübahisələndirilən qərar təşkil etdiyinə görə, həmin qərar məhkəmə qaydasında ləğv edildiyi halda, qeyd edilən qərar əsasında aparılmış dövlət reystrində qeydiyyatın silinməsi səlahiyyətli inzibati orqandan tələb edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1000/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1000/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver