Məhkəmə qərarları › İş №2-1(118)-1001/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1001/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1001/2021 21.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi almaq üçün onun İddiaçı adına 1962-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 yanvar 1955-ci ildə Kəlbəcər rayonunun Kəlbəcər kəndində anadan olmuş, valideyləri ona “Məlahət“ adı vermişlər. 1962-ci ildə birinci sinifə gedərkən atasının istəyi ilə adı dəyişdirilib “Hədiyyə qoymuşdur”. Cari ilin yanvar ayında şəxsiyyət vərəqəsi olmaq üçün Sumqayıt Asan xidmətinə müraciət etmişdir. Şəxsiyyətinin təsdiqi üçün ondan Doğum haqqında şəhadətnamə tələb etmişlər. Bildirdi ki, doğum haqqında şəhadətnaməmi naməlum şəraitdə itirmiş, odur ki, doğum haqqında şəhadətnaməmin dublikatını almaq üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə yazılı müraciət etmişdir. 01 aprel 2021-ci ildə 05/Q-81/62 saylı cavabda bildirdilər ki, Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 13 saylı 24.01.1955-ci il tarixli doğum haqqında akt qeydində uşaq adı “Məlahət” kimi qeyd edilmiş, 1962-ci ildə Məlahət adının Hədiyyə adı ilə dəyişdirilməsi haqqında Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş akt tapılmamış, lakin 08.09.1978-ci il tarixdə verilmiş İV JQ №705345 nömrəli SSRİ vətəndaşı olması haqqında verilən pasportda ad Hədiyyə getmişdir. Hədiyyə adı ilə 1982-ci ildə ADU-nu bitirmiş, 25 yanvar 1990-cı ildə Nigahın bağlanması haqqında şəhadətnamədə adı Hədiyyə qeyd olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsi iddia tələbinə münasibət bildirməmişdir ki, lakin məhkəmə iclaslarına onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə iş materialları təqdim edilmişdir. Həmin materiallara: Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli, 05/Q-81/62 saylı imtina məktubu, İV-ЖГ №705345 nömrəli SSSRİ pasportun surəti, AR Ədliyyə Nazirliyi X1 reyestri xidməti tərəfindən verilmiş 0.06.2021-ci il tarixli, 05/2-4240/13 nömrəli məktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İddia mümkün iddia olmasına baxmayaraq əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xəlilova X2 rayonunun Kəlbəcər kəndində anadan olmuş, valideyləri ona “Məlahət“ adı vermişlər. İddiaçının bildirdiyinə görə 1962-ci ildə birinci sinifə gedərkən atasının istəyi ilə adı dəyişdirilib “Hədiyyə” qoyulmuşdur. Hal-hazırda iddiaçı 1962-ci il tarixdə ona verilmiş doğum haqqında şahadətnaməsinin dublikatını almaq fikrindədir, lakin Sumqayıt şəhər qeydiyyat şöbəsi iddiaçının təqdim etdiyi sənədlər arasında ziddiyyət olduğundan onun tələbinin təmin edilməsindən imtina edir. Belə ki, Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 13 saylı 24.01.1955-ci il tarixli doğum haqqında akt qeydində uşaq adı “Məlahət” kimi qeyd edilmiş, 1962-ci ildə Məlahət adının Hədiyyə adı ilə dəyişdirilməsi haqqında Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş akt tapılmamışdır. Məhkəmə tərəfindən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müvafiq sorğu göndərilmiş və cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Məlahət Xəlilovanın soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. M.Xəlilovanın 24.01.1955-ci ildə Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçiriləkən onun adının dəyişdirilməsinə dair hər hansı məlumatın olmadığı müəyyən edilmişdir. Həmçinin qeydiyyat orqanlarında X1 qeydiyyatına dair verilən ilkin şəhadətnamələrin surətləri X1 reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır. Həmin məktuba əlavə edilmiş Doğum aktı qeydi vərəqinin sürətindən müəyyən olunur ki, iddiaçının doğum tarixi və adı “24.01.1955-ci il təvəllüdlü X3” kimi qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Qanunvericiliyin tələbləri baxımından doğum haqqında şəhadətnamənin dublikatı hüquq sahibinə verilir. Hazırki, iddia tələbi üzrə müraciət edən şəxsin Məlahət olub olmasını müəyyən etmək mümkün olmur. Bundan başqa o da nəzərə alınmalıdır ki, İddiaçı doğum qeydi barədə X1 avtomatlatlaşdırılmış qeydiyyat informasiya sistemində hər hansı bir məlumat mövcud deyil. Ona görədə adına doğum qeydi mövcud olmayan şəxsə doğum haqqında şəhadətnamənin dublikatının verilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi almaq üçün onun İddiaçı adına 1962-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi almaq üçün onun İddiaçı adına 1962-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar