Məhkəmə qərarları › İş №2-1(118)-1002/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1002/2021

19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1002/2021 19.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən,Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 105 saylı ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı 12.09.2000-ci il tarixli 06 saylı qərarla Dəvəçi (Şabran) rayon Aqrar İslahat Komissiyasının iddiaçıya verdiyi “Torpağın mülkiyyətə verilməsi barədə” JN-30401004 saylı şəhadətnamədə göstərilən torpağın kordiantlarının naturadakı torpağın koordinatları ilə uyğunlaşdıırlması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2005-ci il tarixli JN-3146A kod 30401004 nömrəli torpağın mülkiyətə verilməsinə dair şəhadətnamədəki yanlışlığın aradan qaldırılması, X1 0,05 ha torpaq sahəsi ilə bağlı DƏDRX-dən verilmiş 01.09.2014cü il tarixli, RX seriyalı ******* saylı çıxarış ləğv olunması və Məmmədov Vidadi ilə İsbatova Nigar arasında 05.09.2014-cü il tarixli AN-1 N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 287 saylı torpaqla bağlı ona yeni eskiz verilməsi, eskiz əsasında DƏDRX-dən ona həmin torpaqla bağlı çıxarış verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 12.09.2000-ci il tarixli 06 saylı qərarla Dəvəçi (Şabran) rayon Aqrar İslahat Komissiyasının iddiaçıya verdiyi “Torpağın mülkiyyətə verilməsi barədə” JN- 30401004 saylı şəhadətnamədə göstərilən torpağın kordiantlarının naturadakı torpağın koordinatları ilə uyğunlaşdıırlması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran (Dəvəçi) rayon X14 X11 şəhərində fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması barədəki 07.04.1992-ci il tarixli qərarı ilə İddiaçı 29.07.1992-ci il tarixli 57 saylı sərəncamla 12-ci məhəllə 287 saylı yer fərdi mənzil tikintisi üçün verilmişdir. Həmin sərəncamla X1 12-ci məhəllədə 286-cı yer 12 avqust tarixli 72 saylı sərəncamla, X6 12-ci məhəllədə 288 saylı yer fərdi mənzil tikintisi üçün verilmişdir. Şabran rayon Dövlət Arxivindən verilmiş 03 saylı 29.01.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, arxivdə olan Şabran rayon İcra Hakimiyyətinin Şabran rayon üzrə nümayəndəliyinin sərəncamlar kitabına baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı 29.07.1992-ci il tarixli 57 saylı sərəncamla 12-ci məhəllədə 287 saylı yejr fərdi mənzil tikintisi üçün verilmişdir. Onun torpağı ilə sərhəd qonşuları aşağıdakılardır: X1 12-ci məhəllə 286-cı yer 12.08.1992-ci il tarixli 72 saylı sərəncamla, X6 12- ci məhəllə 288-ci yer fərdi mənzil tikintisi üçün verilmişdir. Torpaq istifadəsinə verildiyi vaxtdan iddiaçı həmin torpaq sahəsini hasara almış, evin bünövrəsini qoymuş, 5 daş qaldırmışam, lakin maddi imkanım olmadığı üçün axıradək evi tikə bilməmişdir. Dəvəçi (Şabran) rayonu Aqrar İslahat Komissiyasının 12.09.2000-ci ii tarixli 06 saylı qərarı ilə ona Torpağın mülkiyyətə verilməsi barədə JN-3146A kod 30401004 saylı şəhadətnamə verilmişdir. O, cavabdeh idarəyə müraciət edərək 0,05 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması xahiş etdikdə ona bildirilmişdir ki, texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış zamanı təhkim edilmiş JN-3146A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də qeyd edilən torpaq sahəsinin yerləşmə vəziyyəti və faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bu səbəbdən o hesab edir ki, həmin şəhadətnamədə edilmiş nöqsanlar aradan qaldırılmalıdır. Onun tərəfindən Şabran rayon Məhkəməsində torpaq sahəsinin naturada müəyyən edilməsi və torpağın boşaldılmasına dair iddia qaldırılmışdır. Məhkəmə tərəfindən onun iddiası rədd edilərək qarşılıqlı iddiası təmin edilmişdir. Hazırda həmin mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq mümkün hesab etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış zamanı təqdim edilmiş JN-3146A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməmdə qeyd edilən torpaq sahəsinin yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluğun aşkar edildiyi və həmin ərazinin mübahisəli olduğu müəyyən edilmişdir. Bu səbədən onun müraciətinin icrası mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş : -Dəvəçi rayon XDS Rəyasət Heyətinin 20.08.1992-ci il tarixli 10 npmrəli iclasının protokolundan görünür ki, X9 Dəvəçi şəhərinin 12 ci məhəlləsidən ev tikintisi üçün 286 nömrəli 500 kv m həyətyanı torpaq sahəsi verilmişdir. -05 sentyabr 2014-cü il tarixli AN-0449632 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə satıcı X2 alıcı X7 0.05 ha torpaq sahəsinin satılması barəsindədir. -Cavabdeh tərəfindən verilmiş 11 mart 2002-ci il tarixli imtina məktubundan görünür ki, xidmətin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış zamanı təqdim etdiyiniz JN-3146A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilən torpaq sahəsinin yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluğun aşkar edildiyi və həmin ərazinin mübahisəli olduğu müəyyən edilmişdir. - JN-3146A KOD 30401004 seriyalı torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki,həmin şəhadətnamə ayrılmış Dəvəçi rayon Aqrar islahat komosiyyasının 12.09.2000-ci il tarixli 06 saylı qərarı ilə X3 ayrılmış 0.05 ha torpaq sahəsi barəsindədir. -Şabran rayon Məhkəməsinin 2(031)-36/2021 nömrəli 09.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X8 və qeyrilərinı qarşı torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi, X4 qarşılıqlı iddiasının təmin edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat nömrəsi ********** olan 29 yanvar 2020-ci il tarixli çıxarışa əsasən X5 mülkiyyətində olan 500 kv m torpaq sahəsindən cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qız çıxarılması və sözügedən torpaq sahəsinin boşaldılması qət edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə təsdiq edilmişdir və həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin yerquruluşu planı və koordinatları torpaq sahəsinin faktiki yerləşmə yerinə uyğun situasiya planıdır. Hazırki vəziyyətdə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə yeri müəyyən edilməmiş, yəni onun faktiki istifadfəsində torpaq sahəsi mövcud deyildir. Belə olan halda cavabdeh inzibati orqanın tələb olunan öhdəliyin qoyulması qanunauyğun deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı 12.09.2000-ci il tarixli 06 saylı qərarla Dəvəçi (Şabran) rayon Aqrar İslahat Komissiyasının iddiaçıya verdiyi “Torpağın mülkiyyətə verilməsi barədə” JN- 30401004 saylı şəhadətnamədə göstərilən torpağın kordiantlarının naturadakı torpağın koordinatları ilə uyğunlaşdıırlması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar