Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1003/2020 20.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-in 4 saylı X6rşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə ipoteka predmeti kimi yüklü edilmiş Abşeron rayonu Masazır qəsəbəsi, İ.Bayramov küçəsi 8-də yerləşən evə dair ipotekaqoyan X2 adına verilmiş RX seriyalı ******* nömrəli xx xxxxxx 2014-cü il tarixli çıxarışın ləğv edilməsi və bununla bağlı həmin evin üzərində qoyulan yüklülüyün götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-in 4 saylı X6rşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə ipoteka predmeti kimi yüklü edilmiş Abşeron rayonu masazır qəsəbəsi, İ.Bayramov küçəsi 8-də yerləşən evə dair ipotekaqoyan X2 adına verilmiş RX seriyalı ******* nömrəli xx xxxxxx 2014-cü il tarixli çıxarışın ləğv edilməsi və bununla bağlı həmin evin üzərində qoyulan yüklülüyün götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, Abşeron rayon məhkəməsinin xx.xx.2017-cı il tarixli 2(012)- 870/2017saylı qətnaməsi ilə mənim ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB-na qarşı iddia tələbi təmin edilməklə bankla X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələri etibarsız hesab edilmişdir. Həmin qətnamədən ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir.Ləğv edilmiş «xxxxxxxxxxxxx» ASC tərəfindən kassasiya şikayəti verilmiş. Ali Məhkəmənin hakimi Ələsgər Əliyev xx xxxxxxxx 2018-ci ildə işə baxaraq qətnaməni ləğv etmiş və ışı yenidən apellyasia məhkəməsinə göndərmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Abşeron rayon məhkəsnin qətnaməsini dəyişdirmədən saxlamışdır.Lakin yenə də ləğv edilmiş «xxxxxxxxxxxxx» ASC qətnamədən kassasiya şikayəti vermiş, Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2( 102)-310/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və yeni qərar qəbul edilməklə onun cavabdehlər QSC "xxxxxxxxxxxxx" KB-na və X5 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İpoteka ilə yüklü edilmiş evlə bağlı 2012-ci ildən hal-hazırki vaxta kimi məhkəmə mübahisələrinin getməsinə və bu mübahisələrdən cavabdehlər İlham Sultanovun və Həmid Sultanovun məlumatlı olmalarına baxmayaraq onlar bankla qarşılıqlı razılaşmaya gələrək bir evin hətta bir dəfə deyil, 2 dəfə ipoteka ilə yüklü edilməsinə və 2 dəfə böyük məbləğdə kredit götürməyə nail olmuşlar. Halbuki hələ Abşeron rayon məhkəməsində onun iddiası üzrə işə baxılan vaxt xx xxxxxxxx 2012-ci il tarixli 2(012)-1992/2012 saylı qərardadla həmin evin yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmuş və torpaq sahəsi ilə bağlı əməliyyatların aparılması qadağan edilmişdir.Ümumiyyətlə bu 7 il ərzində ipoteka predmeti ilə bağlı bir neçə mülki işlərə ayrı-ayrı məhkəmə instansiyalarında baxılmış, məhkəmə aktları qəbul edilmiş və hər dəfə də bu aktlar barədə cavabdeh təşkilata məktub, məhkəmə aktları və bildirişlər göndərilmiş, onun özü də bir neçə dəfə ərazi idarəsinə teleqram və məktub göndərməklə həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin davam etməsi barədə məlumatlandırmış, hər hansı bir əməliyyatın aparılmamasını xahiş etmişdir. Bununla da cavabdeh həmin ipoteka predmeti olan evlə bağlı məhkəmə mübahisələrinin getməsindən məlumatlı olmuşdur. Lakin həmin məhkəmə mübahisələri gedən ərəfədə bu dövlət idarəsi həmin əmlakla bağlı məhkəmə mübahisəsinin olmaması barədə saxta arayışlar verməklə əmlakın qanunsuz olaraq dəfələrlə özəninkiləşdirilməsinə və sonra da bankda ipoteka ilə yüklü edilməsinə imkan yaratmışdır, Bu səbəbdən də həmin torpaq sahəsi ilə bağlı əməliyyatlara qadağa qoyulması barədə bir neçə dəfə məhkəmə qərardadları qəbul edilmişdir.Halbuki 2012-ci ildən bu günə qədər bu evlə bağlı məhkəmə mübahisələri davam edir və onun adında olan bu torpaq sahəsi ilə bağlı cavabdeh təşkilatın məqsədli surətdə apardığı bütün özgəninkiləşdirilmə ilə bağlı əqdlər etibarsız hesab edilmiş və hazırda ev ipoteka ilə yüklü edilməsi səbəbindən o cavabdeh təşkilatdan adına olan çıxarışı götürə bilmir, halbuki qanun qüvvəsini almış məhkəmə aktları ilə bu torpaq sahəsi ilkin vəziyyətə, yəni onun adına qaytarılmışdır və torpaq sahəsinin bu günkü sahibi odur.2015-ci ilin əvvəlində, yəni xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlandıqdan sonra krediti götürmüş İlham Sultanov öz adından və ev adına olmuş Əliyeva Həcərin adından evi ipoteka ilə yüklü etdirmiş Həmid Sultanova qarşı Abşeron rayon məhkəməsində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmış, məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, həmin iş üzrə iddiaçı İ.Sultanovun apellyasiya şikayəti təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qətnamə ləğv edilmiş və hər iki tərəf arasında-X12 Sultanov arasında bağlanmış alqı-satqı müqaviləsi də etibarsız hesab edilmişdir. İpoteka ilə yüklü edilmiş evə dair ipotekaqoyan X2 adına verilmiş RX seriyalı ******* nömrəli xx xxxxxx 2014-ci il tarixli çıxarış Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən ləğv edilmiş və həmin qərar da bu gün qüvvədədir. Məhz həmin çıxarışa əsasən ipoteka ilə yüklü edilmiş evin hüquqi rejimi müəyyən olunmuşdur, belə ki, bu çıxarış verilənə qədər həmin ev qanunsuz tikili olmuş və ev üzərində hüquqlar dövlət qeydiyyatına alınmamışdır, yəni ipoteka predmeti ilə bağlı dövlət qeydiyyatı ləğv olunmuşdur.Məhkəmə qətnaməsi qanun qüvvəsini almış və icra edilməsi üçün Abşeron rayon İcra şöbəsinə göndərilmişdir, lakin cavabdeh mübahisəli fərdi yaşayış evinin xxxxxxxxxxxxx KB QSC-nın xeyrinə ipoteka ilə yüklü edilməsini, bildiriş olmasını əsas tutaraq ona ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubunda yalnız ipoteka saxlayanın razılıq ərizəsi və yaxud da yüklülüyün ləğv edilməsi barədə sənədin, Abşeron rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)7841/2016 saylı qərardadına əsasən qoyulmuş həbsin götürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərardadı daxil olduğu təqdirdə Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icra ediləcəyi bildirilmişdir.O cavabdehin bu imtinası ilə razı deyil, belə ki, çıxarışın ləğv edilməsi həmin çıxarış əsasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsinə və ev üzərində olan hər hansı bir yüklülüyün də götürülməsinə əsasdır. Bundan başqa qanun qüvvəsini almış məhkəmə qətnaməsini icra etmək həmin icra vəzifəsi üzərinə qoyulmuş vəzifəli şəxsin borcudur. Lakin 4 ildir ki, cavabdeh təşkilat məhkəmə qətnaməsini icra etmir, nəticədə o qanuni əsaslarla ona məxsus olan daşınmaz əmlak üzərində hüquqlarını bərpa etdirə və vaxtı ilə ona adına olmuş çıxarışı ala bilmir.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, o hazırda Abşeron rayon məhkəməsində mübahisəli mənzil üzrə rəsmiləşdirilmiş ipotekaya xitam verilməsi tələbinə dair iddia qaldırmış və həmin mülki iş məhkəmənin xx.xx.2020-ci il tarixli 2(012)-1804/2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və hazırda iş üzrə məhkəmə mübahisəsi davam edir.Göründüyü kimi hazırda başqa bir məhkəmələrdə mübahisələndirilən məsələlər hazırki işin nəticəsinə təsir edir və həmin iddia tələbləri üzrə mülki işlərə baxılıb qiymət verilməyənə qədər hazırki mülki iş üzrə qərar qəbul edilməsi mümkünsüzdür.Buna görə də həmin işə baxılıb yekun qərar çıxarılana qədər hazırki işin məhkəmə baxışının dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki,Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, ipoteka ilə yüklülükdən azad edilməsi və torpaq sahəsinə dair çıxarışın bərpa edilməsi barədə X1 müraciətinə 4 saylı X9 baxılmışdır.Müraciətə əlavə edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6067/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən X3 adına ünvan 1 8 nömrəli evə (torpaq sahəsi 0,10 ha) dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunması qət edilmişdir.İcra zamanı müəyyən olunmuşdur ki, X1 cavabdehlər “xxxxxxxxxxxxx” KB QSC-yə və X5 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaya əsasən Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(012)-7841/2016 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək X2 adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 8 saylı evin üzərinə həbs qoyulmuşdur.Eyni zamanda mübahisəli fərdi yaşayış evi “xxxxxxxxxxxxx” KB QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipotekanın, ipotekaya əlavənin və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır.Yuxarıda göstərilənləri nəzərə alaraq, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6067/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli icra vərəqəsinin icra olunması mümkün olmamışdır.Vətəndaşa bildirilmişdir ki, İpoteka saxlayanın razılıq ərizəsinin və yaxud yüklülüyün ləğvi barədə sənədin və Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2016- cı il tarixli, 2(012)-7841/2016 saylı qərardadına əsasən qoyulmuş həbsin götürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərardadı Ərazi İdarəsinə daxil olacağı təqdirdə Binəqədi Rayon Məhkəməsinin 2(001)-6067/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli icra vərəqəsi icra ediləcəkdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir.X10 15.1 -ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini,başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X13 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxımışdır. Cavabdehin nümayəndəsi etiraz ərizəsində yazılanları müdafiə edərək iddia tələbinin qeyri mümükün hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Abşeron rayon Məhkəməsində ipoteka müqaviləsinin xitamı ilə əlaqədar verilmiş iddia tələbi hazır ki, iş üzrə icraatın dayandırılması üçün əsas deyil. İlk öncə nəzərə alınmalıdır ki, Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən X2 adına Abşeron rayonu,Masazır kəndi, İ.Bayramov küçəsi 8 nömrəli evə (torpaq sahəsi 0,10 ha) dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvəsinin aldıqdan sonra aidiyyatı üzrə icra olunması üçün ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsinə göndərilmiş, lakin həmin əmlaka Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(012)-784/2016 saylı qərardadı ilə iddianın təmin tədbiri qismində həbs qoyulduğuna görə Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinin icra edilməsi mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, İddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsində qaldırılan iddia tələbi RX seriyalı ******* nömrəli xx xxxxxx 2014-cü il tarixli çıxarışın ləğv edilməsi və Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə əmlak üzərinə qoyulmuş yüklülüyün aradan qaldırılmasından ibarət olmuşdur. Mubahisə predmeti üzrə qanuni qüvvəyə minmiş Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi olduğuna görə həmin məsləyə yenidən baxılaraq hüquqi qiymət verilməsi yolverilməzdir. İddia tələbinin ikinci hissəsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri bilir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardadlar həmin birinci instansiya məhkəməsi və ya müvafiq ərazi üzrə apellyasiya məhkəmələri tərəfindən ləğv edilə bilər, yəni iddia tələbində qoyulmiuş ikinci tələbə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılması yolverilməzdir. Məhkəmənin ötən prosesdə anoloji iddia tələbi ilə bağlı yekun məhkəmə qətnaməsinin olması barədə məlumat verməsinə baxmayaraq iddiaçı verilmiş iddia tələbi çərçivəsində inzibati işə baxılmasını məhkəmədən xahiş etdi. Yuxarıda qeyd olunanları və müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-in 4 saylı X6rşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə ipoteka predmeti kimi yüklü edilmiş Abşeron rayonu Masazır qəsəbəsi, İ.Bayramov küçəsi 8-də yerləşən evə dair ipotekaqoyan X2 adına verilmiş RX seriyalı ******* nömrəli xx xxxxxx 2014-cü il tarixli çıxarışın ləğv edilməsi və bununla bağlı həmin evin üzərində qoyulan yüklülüyün götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə iddiası mümkün sayılmasın. İddiaçı iş üzrə icraatın dayandırılmasına dair vəsatəti təmin edilməsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1003/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1003/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver