Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1004/2020 24.07.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Cavabdehnə qarşı “mərhum əri Əlibaba Bəşirovun 1985-ci il 23 yanvar tarixindən 1997-ci ilin dekabr ayına kimi keçmiş “Samur Abşeronsutikinti” trestinin 30 nömrəli tikinti idarəsində işlədiyi dövrü sığorta stajı kimi sayılıb və oradan əmək haqqı almaqla əldə etdiyi iş stajına əsasən ona ailə başçısını itirməyinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1958-ci il tarixdə Quba rayonunda doğulmuş, X5 ilə ailə həyatı qurmuşdur. Mərhum əri X5 xx xxxxxx 1985-ci ildən Samur Abşeron tikinti trestində (bir müddət sonra isə adı Quba 30 saylı X7 kimi dəyişdirilmişdir) qaynaqçı kimi işləmişdir. Bildirmək istəyir ki, mərhum əri Əlibaba Bəşirov xx xxxxxx 1985-ci ildən xx xxxxxxx 2000ci ilə kimi işləyib. xx.xx.2007-ci ildə əri X5 ölmüşdür. O, pensiya yaşına çatdıqdan sonra Dövlət X14 müraciət edərək ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Dövlət X17 tərəfindən xx xxxx 2020-ci il tarixli məktuba əsəsən mərhum əri X1 qanunla tələb olunan 12 il sığorta stajı olmadığı üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.Bildirdi ki, mərhum həyat yoldaşı Əlibaba Bəşirov 16 ildən artıq müddətdə işləmiş, iddia ərizəsinə əlavə etdiyi arxiv arayışndan görün ki, mərhum əri həmin illərdə əmək haqqı almaqla işləmişdir. Halbuki qeyd olunan çatışmamazlıq mərhum ərinin təqsiri üzündən baş verməmişdir. Əri qeyd olunan illər ərzində fasiləsiz olaraq işləyərək əmək haqqı almışdır. Ona görə də, ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Dövlət X9 imtina məktubu Quba Regional ASAN Xidmət mərkəzinə göndərilmişdir. İmtina məktubunu o, ölkədə yayılan Coronovirus (COVİD- 19) pandemiyası ilə bağlı karantin rejimi elan olunduğu üçün xx xxx 2020-ci il tarixdə almışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və X8 Nazirliyi yanında Dövlət X14 məcburi dövlət sosial sığorta haqları ödənilmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Bu qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.1 bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.İddiaçının mərhum həyat yoldaşı X1 əmək kitabçasında xx xxxxxx 1985-ci il tarixdən 1997-ci ilin dekabr ayınadək işlədiyi dövr qeyd edilməmişdir.Bütün göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci ildə keçirilən şifahi baxışı iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mabahisəyə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DSMF-nin Quba rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli, **********8 nömrəli etiraz ərizəsi, iddiaçının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, Quba rayon Dövlət Arxivinin xx.xx.2019cu il tarixli, 1817 nömrəli arxiv arayışı, hərbi biletin surəti, nikah haqqında şəhadətnamənin surəti, ölüm haqqında şəhadətnamənin surəti və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının həyat yoldaşnın tələb olunan sosial sığorta stajının az olması səbəbindən ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə əsasən Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları, əri (arvadı) və s. (maddə 14.1.2 ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə). Həmin qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olamamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin olunur. İş materiallarına əlavə olunmuş И-ЖЕ 428091 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı xx.xx.1982-cü il tarixində X4 ilə rəsmi nikaha daxil olmuşdur. Az-İ № 216356 qeydiyyat nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X4 xx.xx.2007-ci il tarixində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş iddiaçının həyat yoldaşına məxsus H3 ******* nömrəli hərbi biletin surətindən və işə əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 1817 nömrəli arxiv arayışdan görünür ki, X4 (1975-1977-ci illər hərbi xidmət dövrü) xx.xx.1985-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi ümumilikdə 17 ildən çox sosial sığorta stajı vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, arxiv arayışına və hərbi xidmət dövrlərinə görə X4 əmək stajı 17 ildən çox təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 12 ildən az olmamaq şərtilə sığorta stajı olduğu üçün, hesab olunur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur.Nəzərə alınmalıdır ki, mərhum X6 vəfat etdiyi vaxt, yəni xx.xx.2007-ci ildə “Əmək Pensiyaları haqqında” Qanunun qüvvədə olan 7-ci maddəsinin redaksiyasına əsasən tələb olunan sığorta stajı 12 il təşkil edirdi. Hal hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən ata,ana,ər,arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa onun pensiya hüququ yaranır. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2019-cu ilin iyul ayının 1-dək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 61 il 6 aydır. İddiaçının xx.xx.1958-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 61,6 yaşında, yəni hüququn yarandığı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirdiyinə görə əmək pensiyası hüququ yaranır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli İddiaçı həyat yoldaşının hərbi xidmət dövrü və Quba rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlarında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək, ona hüququn yarandığı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Mərhum X2 hərbi xidmətdə olduğu dövrü və Quba rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlarında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək, arvadı İddiaçı pensiya hüququn yarandığı xx.xx.2020-cı il tarixdən ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1004/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1004/2020
24.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver