Məhkəmə qərarları › İş №2-1(118)-1004/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1004/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1004/2022 18.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X8 oğlunun katibliyi ilə, İddiaçı oğlunun və iddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinə qarşı "8İ-35259 N-lə qeydə alınmış 24.12.2021ci il tarixli ərizənin ləğv edilməsi və mərhum atası X7 qalmış mirası qəbl etməsi barədə yeni ərizənin iddiaçıdan alınması vəzifəsinin cavabdeh Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinə həvalə edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinə qarşı iddia qaldıraraq "8İ-35259 N-lə qeydə alınmış 24.12.2021-ci il tarixli ərizənin ləğv edilməsi və mərhum atası X7 qalmış mirası qəbl etməsi barədə yeni ərizənin iddiaçıdan alınması vəzifəsinin cavabdeh Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinə həvalə edilməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X5 09.07.2021-ci il tarixdə vəfat etmişdir.Onun vərəsələrinə paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, 17-ci mikrorayon,ev 25-də yerləşən 2 otaqlı 63 saylı mənzilin 1 otağı miras qalmışdır. X1 24.12.2021-ci il tarixdə mirası qəbul etməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə cavabdeh Sumqayıt Regional Cavabdeh notariat ofisinə müraciət etmişdir. Atasının vərəsəsi kimi 25.12.2021-ci il tarixdə notariat ofisinə çağrılmışdır. Ona verilmiş hazır vərəqə imza etmişdir. Notarius tərəfindən ərizənin nəticəsi və qanunun tələbləri ona izah edilməmişdir. Həmin gün axşam evdə söhbət zamanı bacısı notariusda eşitdikləri barədə bəzi sözlər danışmışdır. Ertəsi gün notariat ofisinə gələrək nəyə imza etməsi ilə maraqlanmış, iddiaçının atasından qalmış mirasdan məhrum olunduğunu anladıqda, ona qanunun tələbləri izah edilmədiyi və nəyə imza etdiyini bilmədiyindən ərizəni ləğv etməyi və yeni ərizə qəbul etməyi xahiş etmişdir. Lakin notarius ərizənin qeydiyyatdan keçdiyini və ləğv etməyin qeyri-mümkün olduğunu bildirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasın iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu və iddiaçının vəkili X3 iştirak etmiş, məhkəmə tərəfindən onlara hüquqi yardım edilmiş, iddiaçı və vəkili müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədən İddiaçı oğlunun adına Sumqayıt ŞPİ QŞVŞ tərəfindən 26.10.2010-cu ildə verilmiş AZESeriyalı 08180535 saylı şəxsiyyət vəsiqəsinin “Atasının adı” kimi qeyd edilmiş Ağarza oğlu, 15 iyul 1957-ci ildə verilmiş ИЖ 345387 №li ‘'Doğum haqqında şəhadətnamə”nin ata qrafasında qeyd edilmiş X4 ilə, mərhum atası Seidrazi Seyfulla oğlunun adına 02 avqust 1997-ci ildə verilmiş V-ЖГ № ******* saylı “Ölüm haqqında şəhadətnamə"də və Xİİ-ЖГ 464600 saylı “Doğum haqqında şəhadətnamə”də qeyd edilmiş Seidrazi Seyfulla oğlu ilə X2 eyni şəxs olması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinin üzərinə qoyulmasını xahiş edir. Göründüyü kimi mübahisənin yaranma əsasını notariat hərəkətləri təşkil edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il, tarixli 04 saylı qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 №li Qərarına əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 6.1. 8-ci bənd aşağıdakı redaksiyada verilsin: “8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.”; Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarlarından göründüyü kimi formalaşmış məhkəmə praktikasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisənin yaranma əsasını müvafiq natoriat hərəkətləri təşkil etdiyindən notariusun hərəkətləri və onun əsasında dövlət qeydiyyatına alınmış hüquqlar mülki məhkəmə icraatında yol verilən hüquqi müdafiyə vasitələrindən istifadə edilərək həll edilməli və iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, müvafiq umumi məhkəməyə müraciət edərək, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar