Məhkəmə qərarları › İş №2-1(118)-1005/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1005/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1005/2021 27.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X12 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), Üçüncü şəxs X3 (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı X13, X16, X10, X19, X11, X20 və X2 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və X13, X16, X10, X19, X11, X20 və X2 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərziə verərək X13, X16, X10, X19, X11, X20 və X2 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 16.04.2021-ci il tarixli qərardadı ilə X13, X16, X10, X19, X11, X20 və X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququna əsasən ona məxsusdur. O, alqısatqı yolu ilə aldığı həmin mənzilə dair 21.08.2014-cü il tarixdə ƏMDK yanında DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış almışdır. Həmin çıxarışda evin ona məxsus olması və evə dair bütün xüsusatlar göstərilmişdir. Həmin evi o, 30.07.2014-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən evin keçmiş mülkiyyətçisi X5 almışdır. V.Eyvazov evi satarkən qeydiyyatdan çıxacağına dair öhdəlik götürməsinə baxmayaraq qeydiyyatdan çıxmamış və tanımadığı digər şəxslər də onun evində qeydiyyatdadırlar. Evdə qeydiyyatda olan evin köhnə sakinləri: X16, X19, X20 və X4r. Evdə qeydiyyatda olan və evin köhnə sakinlərinin ailəsinə daxil olmayan tanımadığı şəxslər: X13, X10 və X6r. Onların həmin ünvanda qeydiyyatda qalmaları formal xarakter daşıyır və etibarsızdır. O, ona məxsus evdən həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinə müraciət etsə də, ona 22.02.2021-ci il tarixli 12810544C saylı məktubla imtina cavabı verilmişdir. Üçüncü şəxs X11 iddiaçı ilə qonşu olduğunu bildirmişdir. X13 onun həyat yoldaşı, X10 isə oğludur. Yaşadığı evə 2001-ci ildə köçdüyünü və o zaman binanın nömrəsi 5 olsa da, daha sonra çıxarış aldıqda ünvanı 26-cı məhəllə 28 saylı bina kimi qeyd olunmuşdur. Bu səbəbdən o, mülkiyyətində olan ünandan qeydiyyatdan çıxarılmasına etiraz edir. Cavabdeh və üçüncü şəxslər Z.Əliyeva, V.Elyazov, Ş.Əliyev, S.Elyazlı, L.Elyazlı və K.Elyazlı şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı məktubda iddiaya qarşı etirazının olmadığını və iddia təmin ediləcəyi təqdirdə icra olunacağını bildirmişdir. İş materiallarında olan : - 30 iyul 2014-cü il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı X5 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı 12000 manata almışdır. - ƏMDK yannda DƏDRX-nin 21.08.2014-cü il tarixli, seriya RX ******* saylı çıxarışdan görünür ki, ümumi sahəsi 26.2 kv m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - AR Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X13, X16, X10, X19, X11, X20 və X1 rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 28 ünvanında qeydiyyatdadırlar. - Abşeron Rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Abşeron rayonu, Xırdalan qəsəbəsi, 26-cı məhəllədə yerləşən 28 saylı yaşayış sahəsi 24 kv m, köməkçi sahəsi 24 kv m 2 otaqdan ibarət yaşayış evi mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti başçısının 041 saylı sərəncamı, 24.02.2001-ci il tarixli qərarı ilə vətəndaş X3 adına qeydə alınmışdır. - Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 24.05.2021-ci il tarixli 18 saylı arayışından görünür ki, X13, X16, X10, X19, X11, X20 və X1 rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 28 ünvanında qeydiyyatdadırlar. - Daxili İşlər Nazirliyinin 22.02.2021-ci il tarixli 128-10544C saylı məktubundan görünür ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxs Ə.Əliyevin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən evdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əmirbaxış Əliyev də həmin ünvanda yerləşən qonşu evin onun mülkiyyətində olmasını təsdiq edən qeydyyat vəsiqəsini təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən keçmiş sakinlərin qeydiyyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Eyni zamanda üçüncü şəxs X11 və ailə üzvlərinin evinin də iddiaçının mülkiyyətində olan evin ünvanı ilə eynilik təşkil etməsi onların qanuni istifadələrində olan məzildən qeydiyyatdan çıxrılmasına səbəb ola bilər. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. Lakin keçmiş sakinlərin qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, X8, X14, X15 və X2 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. X8, X14, X15 və X2 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar