Məhkəmə qərarları › İş №2-1(118)-1005/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1005/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1005/2022 14.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona, yaşının kifayət etdiyinə və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi” tələbi barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırır ki, İddiaçı Fərhad oğlu xx.xx.1959-cu ildə anadan olmuşdur və orta məktəbi başa vurduqdan sonra ilkin ixtisas almaq üçün Sumqayıt UK-də (peşə məktəbində) xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi peşə-ixtisas təhsili almışdır. xx.xx.1976-cı ildə (ƏmrN:82/k xx.xx.1976 ) X1 zavodunda 2-ci dərəcəli havalandırıcı -çilingər (fəhlə) vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1978-ci ildə ƏmrN: 68/k Ordu sıralarında xidmətlə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1980-ci illərdə Hərbi Xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra yenidən X1 zavoduna işə qəbil olunmuşdur və xx.xx.1980-cı il tarixli ƏmrN:299 “PMİ boruyayma sexində 3 saylı boru yayma şöbəsin 3-cü dərəcəli soyuq boru kəsici vəzifəsinə təyin edilmişdir”. xx.xx.1980-cı ildə PMİ boruyayma sexində 3 saylı boru yayma şöbəsinə metal çeşidləyən və təhvil verən vəzifsinə keçirilmişdir”. xx.xx.1980-cı ildə PPC 1 sahəsində 3-cü dərəcəli soyuq boru kəsici vəzifəsinə təyin edilmişdir”. xx.xx.1983-cü PPC 1 sahəsində 3-cü dərəcəli soyuq boru kəsici metal çeşidləyən və təhvil verən keçirilmişdir”. xx.xx.1987-ci ildə Boru yayma sexinin boru yayma şöbəsi metal istehsalatə kranın maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci ildə Boruyayma sexinin boru yayma şöbəsi metal istehsalatı kranı-4cü dərəcəli maşinis verilmiş, xx.xx.1989-cu ildə PMİ boruyayma sexində 3 saylı boru yayma şöbəsinə metal çeşidləyən və təhvil verən vəzifsinə keçirilmişdir”. xx.xx.1991-ci ildə PMİ boruyayma sexində qəbul sahəsində boruların yükləmə briqadiri , xx.xx.1993-cü ildə “Az.boru zavodunu adı dəyişdirilmişdir" xx.xx.1996-cı ildə Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi X4 MMC-də Texniki layihə şöbəsində montajçı vəzifəsinədə işləmişdir. xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilə kimi X4 MMC-də Texniki layihə şöbəsində montajçı vəzifəsinədə işləmişdir. xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilə kimi İnnova Konstrak and Kontraktinq MMC-də Montaj quraşdırma şöbəsində “Montaj ustası vəzifəsində ” və daha sonra “Elektrik montyoru” vəzifələrində işləmişdir. Ümumilikdə götürdükdə əmək fəaliyyəti (stajı) və əsgəri Xidmətlərini də nəzərə alənmaqla təxminən 26 ildən çox təşkil edir. Həmin stajının təxmini olaraq 13-cü ilini “zərərli sahəyə aiddir.” Bununla əlaqədar o, sənədləri hazırlayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona pensiya təyin edilməsini xahiş etmişdir. Lakin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********6 №li xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilir ki, güya onun zərərli sahə üzrə iş stajının olmasına heç bir irad bildirməmiş, lakin güya onun sığorta kapitalı qanunla müəyyən edilmiş həddən azdır. Belə ki, 2006-cı ildən sonra fərdi hesabını sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiyanın minumum məbləğindən aşağıdır. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona pensiya təyin edilməsindən imtinası əsasızdır. Qeyd edir ki, əmək pensiyası üzrə sığorta kapitalının hesablanması yeni qaydası 2017- ci ilin sentyabrında üç ildir müəyyən edilmişdir. Halbuki, o, əmək fəaliyyətinə 1976-ci ildə başlamışdır və 1996-cı ilə kimi işlədiyi sahə zərərli sahə olmuşdur. Bu isə o deməkdir ki, onu zərərli iş sahəsinə görə pensiyaya çıxmaq üçün əmək stajı olmuşdur. Əmək fəaliyyəti göstərdiyi müəssisələrdə əmək haqqından pensiya fonduna (sonradan sosial müdafiə fonduna) qanunla müəyyən edilmiş məbləğdə tutmalar olmuşdur. Hazırda ona pensiya hesablamaq üçün pensiya kapitalının məğbləğinin 37400 (otuz yeddi min dörd yüz ) manat tələb edilməsi qanunsuzdur. Belə ki, son 3 ildə əmək pensiyasına çıxmaq üçün pensiya kapitalının müəyyən edilərək ona tətbiq edilməsi əsassızdır. Belə ki, 2006-cı ildən 2020-ci ilə kimi Respublikamızda əmək fəaliyyəti göstərən müəssisələrin çoxunda işçilərə əmək haqqı kimi 200 manatdan 500 manata kimi müəyyən edilmişdir. Bunu yoxlamaq üçün Dövlət Statistika Komitəsindən həmin dövlərdə illərə görə orta aylıq əmək haqqı barədə məlumat əldə etmək olar. Bu isə o deməkdir ki, onun aldığı əmək haqından 30 il pensiya kapitalı tutularsa, toplanan rəqəm 37400 manat təşkil etməyəcəkdir. Deməli o, heç vaxt pensiya alamayacaqdır. Əgər o, pensiya almayacaqdırsa, o zaman onun əmək haqqından pensiya fonduna nə üçün pul tutulmalıdır ? Pensiya kapitalının daimi olaraq yüksək məbləğlə artırılması bir çox işçilərin əmək haqqları ilə tərsmünasibət təşkil edir və həmin məbləği toplamaq üçün əmək fəaliyyəti göstərən işçilərə ən azı 3 -4 min manat əmək haqqı müəyyən edilməlidir. Lakin Respublikamızda 3 min manat əmək haqqı alanlar, demək olar ki, az sayda dövlət qulluğunda olan işçilərə şamil olunur. İddiaçının işlədiyi müddətdə əmək haqqı maksimum 200-350 manat həddində olmuşdur. Həmin əmək haqqından 22 faiz sığorta (pension) ödənişləri tutulduqda, gərək o ən azı 25 il yox, 60 il əmək fəaliyyəti göstərsin. Bu isə mümkün deyildir. Ona görə ondan 37400 manat sığorta məbləğinin tələb olunması qanunsuzdur və vətəndaşları süni sürətdə pensiyasının kəsilməsi deməkdir. Hesab edir ki, DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı təqdim etdiyi sənədlərə düzgün qiymət verməmişdir. Ona görə ona verilmiş cavab əsassızdır və pensiya hüququnun kobud pozuntusu kimi qiymətləndirilməlidir. “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən “ axırıncı iş yerindən asılı olmayaraq yealtı işlərdə , incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan iş yerlərində (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı üzrə ) kişilər 60 yaşına çatdıqda , azı 25 il sığorta stajına malik olduqda , bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vardır. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli Arayışına əsasən onun xx.xx.1980-ci ildən xx.xx.1996-cı ilə kimi müəssisədə işlədiyi sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 N:li qərarıı ilə təsdiq edilmiş 2 N:li siyahının İll bölməsinin 4a yarım bölməsinin ******* a- 17553b, 17968,13792 , 1753 v nömrə ilə güzəştli şərtlərlə əmək pensiyası verilir. “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikasının Qanunun 31.1.-ci maddəsinə əsasən "Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Əmək Pensiyası haqqında AR Qanunun 32.1-ci maddəsinə əsasən “Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömrüklük təyin edilir. Həmin qanunun 69-cu maddəsinə əsasən “İş stajı müəyyən edilmiş qaydada idarə , müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd ohnadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrininə əsasən təsdiq edilir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahısına əsasən o güzəştli şərtlərlə pensiya almaq hüququ təsbit olunmuşdur. Lakin hazırda, Azərbaycan Respublikas Dövlət Sosial Müdafiə Fondu onun hüquqlarını pozub və ona güzəştli şərtlərlə pensiya təyin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin mənasına görə Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda ,xəstəliyə . əlilliyə . ailə başçısını itirdiyinə . əmək qabiliyyətini itirdiyinə , işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran , hüquq məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlarin qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir “. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Fərhad oğlu iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı 01 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən, yəni 62 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin (iş,təhsil,hərbi xidmət) sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunnun ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 No-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesbındakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 37400.00 manat hesablanmışdır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22695,74 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, əsaslı deyil və təmin edilməməlidir. Belə ki, iddiaçı ona, yaşının kifayət etdiyinə və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsini istəyir. Cavabdeh isə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı Sumqayıt UK-də (peşə məktəbində) xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi peşə-ixtisas təhsili almışdır. xx.xx.1976-cı ildə X1 zavodunda 2-ci dərəcəli havalandırıcı -çilingər (fəhlə) vəzifəsinə işə qəbul edilmişdir. (Əmr № 82/k xx.xx.1976-cı il ) xx.xx.1978-ci ildə X8 çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. (Əmr № 68/k 20 aprel 1978-ci il) xx.xx.1978-ci ildən xx.xx.1980-ci illərdə Hərbi Xidmətdə olmuşdur. 23 iyun 1980-ci ildə “PMİ boruyayma sexində 3 saylı boru yayma şöbəsin 3-cü dərəcəli soyuq boru kəsici vəzifəsinə təyin edilmişdir”. (Əmr № 299, xx.xx.1980-ci il) xx.xx.1980-cı ildə PMİ boruyayma sexində 3 saylı boru yayma şöbəsinə metal çeşidləyən və təhvil verən vəzifsinə keçirilmişdir”. (Əmr № 844, xx.xx.1980-ci il) xx.xx.1980-cı ildə PPC 1 sahəsində 3-cü dərəcəli soyuq boru kəsici vəzifəsinə təyin edilmişdir”. (Əmr № 871, xx.xx.1980-ci il) xx.xx.1983-cü PPC 1 sahəsində 3-cü dərəcəli soyuq boru kəsici metal çeşidləyən və təhvil verən keçirilmişdir”. (Əmr № 824, xx.xx.1987-ci il) xx.xx.1987-ci ildə Boru yayma sexinin boru yayma şöbəsi metal istehsalatə kranın maşinisti vəzifəsinə keçirilmişdir. (Əmr №871, xx.xx.1980-ci il) xx.xx.1988-ci ildə Boruyayma sexinin boru yayma şöbəsi metal istehsalatı kranı-4cü dərəcəli maşinis verilmiş, xx.xx.1989-cu ildə PMİ boruyayma sexində 3 saylı boru yayma şöbəsinə metal çeşidləyən və təhvil verən vəzifsinə keçirilmişdir”. (Əmr № 17, xx.xx.1988-ci il) xx.xx.1989-cu ildə PM1 boruyayma sexində 3 saylı boru yayma şöbəsinə metal çeşidləyən və təhvil verən vəzifəsinə keçirilmişdir. (Əmr № 1359, xx.xx.1989-cu il) xx.xx.1991-ci ildə PMİ boruyayma sexində qəbul sahəsində boruların yükləmə briqadiri vəzifəsinə keçirilmişdir. (Əmr №1183, xx.xx.1991-ci il) xx.xx.1993-cü ildə “Az.boru zavodunu adı dəyişdirilmişdir (Əmr №1063, xx.xx.1993-cü il) xx.xx.1996-cı ildə Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən vəzifədən azad edilmişdir. (Əmr №416, xx.xx.1996-cı il) xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi X4 MMC-də Texniki layihə şöbəsində montajçı vəzifəsinədə işləmişdir. xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilə kimi X4 MMC-də Texniki layihə şöbəsində montajçı vəzifəsinədə işləmişdir. xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilə kimi İnnova Konstrak and Kontraktinq MMC-də Montaj quraşdırma şöbəsində “Montaj ustası vəzifəsində ” və daha sonra “Elektrik montyoru” vəzifələrində işləmişdir. İş materiallarından göründüyü kimi iddiaçının 1996-2013-cü illər ərzində iddiaçı rəsmi qaydada əmək fəaliyyəti ilə məşğul olmamışdır. Əmək Pensiyaları haqqında Qanunun 9-cu maddəsinə əsasən: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu 2006-cı ilin 01 yanvar tarixində qanuni qüvvəyə minmişdir. İddiaçının 2006-cı ilin 01 yanvar tarixində tarixə qanunla tələb olunan tam əmək stajı yaranmadığına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin verdiyi imkanlar iddiaçıya şamil edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qanunun 2-ci maddəsinə əsasən Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Qeyd edilən tarixə kimi iddiaçının 57 yaşı tamam olsa da 25 il sığorta stajı yaranmadığına görə 2017-ci il iyulun birinə qədər qüvvədə olan normalarda iddiaçının pensiyasının hesablanması zamanı tətbiq edilə bilməz. Bu halda isə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçının qanunla tələb olunan həm sığorta stajı, həm pensiya kapitalı olmalıdır. Cavabdehin inzibati orqan müəyyən etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 37400.00 manat hesablanmışdır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22695,74 manat təşkil edir. Bu halda cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Məhkəmə iddiaçının göstərdiyi dəlilləridə iddianın təmini üçün əsas hesab etmir. İdddiaçı qeyd edir ki, son 3 ildə əmək pensiyasına çıxmaq üçün pensiya kapitalının müəyyən edilərək ona tətbiq edilməsi əsassızdır. Belə ki, 2006-cı ildən 2020-ci ilə kimi Respublikamızda əmək fəaliyyəti göstərən müəssisələrin çoxunda işçilərə əmək haqqı kimi 200 manatdan 500 manata kimi müəyyən edilmişdir. Bunu yoxlamaq üçün Dövlət Statistika Komitəsindən həmin dövlərdə illərə görə orta aylıq əmək haqqı barədə məlumat əldə etmək olar. Bu isə o deməkdir ki, onun aldığı əmək haqından 30 il pensiya kapitalı tutularsa, toplanan rəqəm 37400 manat təşkil etməyəcəkdir. Deməli o, heç vaxt pensiya alamayacaqdır. Əgər o, pensiya almayacaqdırsa, o zaman onun əmək haqqından pensiya fonduna nə üçün pul tutulmalıdır ? Pensiya kapitalının daimi olaraq yüksək məbləğlə artırılması bir çox işçilərin əmək haqqları ilə tərsmünasibət təşkil edir və həmin məbləği toplamaq üçün əmək fəaliyyəti göstərən işçilərə ən azı 3 -4 min manat əmək haqqı müəyyən edilməlidir. Lakin Respublikamızda 3 min manat əmək haqqı alanlar, demək olar ki, az sayda dövlət qulluğunda olan işçilərə şamil olunur.İddiaçının işlədiyi müddətdə əmək haqqı maksimum 200-350 manat həddində olmuşdur. Həmin əmək haqqından 22 faiz sığorta (pension) ödənişləri tutulduqda, gərək o ən azı 25 il yox, 60 il əmək fəaliyyəti göstərsin. Bu isə mümkün deyildir. Ona görə ondan 37400 manat sığorta məbləğinin tələb olunması qanunsuzdur və vətəndaşları süni sürətdə pensiyasının kəsilməsi deməkdir. Hesab edir ki, DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı təqdim etdiyi sənədlərə düzgün qiymət verməmişdir. Ona görə ona verilmiş cavab əsassızdır və pensiya hüququnun kobud pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyinatı üçün pensiya kapitalının tələb edilməsi və həmin kapitalın müəyyən edilməsi əsasları qanunvericiliklə tənzimləndiyinə görə cavabdeh inzibati orqanın qanunvericinin iradəsindən kənar hesablama aparma səlahiyyəti yoxdur və inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddi rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar