Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1006/2021 03.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X8 və X6 arasında 31 iyul 2018-ci il tarixdə, 4Ə-1371 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, X3 adına Qusar rayon Gündüzqala kəndində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.6046 hektar hissəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışın etibarsız sayılması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X8 və X6 arasında 31 iyul 2018-ci il tarixdə, 4Ə-1371 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, X3 adına Qusar rayon Gündüzqala kəndində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.6046 hektar hissəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışın etibarsız sayılması”na dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonunun Gündüzqala kəndinin qışlaq ərazisində yerləşən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona və onun ailə üzvlərinə məxsus idi. Həmin torpaq sahəsinə dair onların mülkiyyət hüquqları KOD 30107038 JN-0007 saylı 16 iyul 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirmək istəyərkən iddiaçıya məlum olmuşdur ki, həmin torpaq sahəsinin 1.6046 hektar hissəsinə dair başqa şəxsin, X5 adına daşınmaz əmlakın dövlət reyestrindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Döviət reyestrindən Seriya MH ******* saylı Çıxarış verilmişdir. Halbuki, nə iddiaçı, nə də ailə üzvləri onlara məxsus olan həmin torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç kəslə, o cümlədən X8 ilə heç bir müqavilə bağlamamışlar. X7 ümumiyyətlə tanımırdılar, onun adına iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinə dair Çıxarışın verilməsindən xəbərləri olmamışdır. Həmin 1.6046 hektar torpaq sahəsi hal-hazırda da iddiaçının və ailə üzvlərinin istifadəsindədir. Həmin məsələ ilə əlaqədar ƏMDK vanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya məlum olmuşdur ki, mübahisə edilən 1.6046 hektar torpaq sahəsi guya onlar tərəfindən Qusar rayon məhkəməsinin 11 aprel 2006-cı il tarixli 2-158 saylı Qətnaməsinə əsasən verilmişdir. Bu barədə iddiaçı tərəfindən Qusar rayon məhkəməsinə müraciət edilmiş və Qusar rayon məhkəməsinin 05 mart 2019-eu il tarixli, G(029)-108/2019 saylı məktubu ilə ona bildirilmişdir ki, Qusar rayon məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında İddiaçı tərəf olduğu 2-158 saylı mülki iş, həmçinin 11 aprel 2006-cı il tarixli qətnamə mövcud deyildir və qeyd olunan 2-158/2006 sayh mülki iş şəxslərin özəlləşdirilmə paylarının tələbinə dairdir. Bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkünlüyü barədə bildirmişdirlər. Buna görədə Qusar rayon məhkəməsinə iddia ərizə ilə müraciət edərək, məhkəmədən xahiş etmişdir ki, X5 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH № ******* saylı Çıxarış əsassız və qanunsuz verildiyindən, həmin Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılsın. Qusar rayon məhkəməsi 07.03.2019-ci il tarixdə iddianı təmin edərək KOD 30107038 JN-0007 saylı 16 iyul 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıya ailə üzvlərinə məxsus 3744 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.6046 hektar hissəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* saylı Çıxarış etibarsız hesab edilməsi barədə iş № 2(029)-206/2019 qətnamə çıxarmışdır. İddiaçı tərəfindən Qusar rayon məhkəməsində yuxarıda qeyd etdiyi məsələ ilə bağlı araşdırma gedən zaman Qusar rayon məhkəməsinin hakimi R.Kazımov Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə sorğu göndərmiş və adı çəkilən idarə Qusar rayon məhkəməsinə göndərdiyi 14 fevral 2019-cu il tarixli **********89 saylı cavab məktubunda bildirmişdir ki, JN-0007 KOD 30107038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.6046 hektar hissəsinə X5 adına dövlət reyestrində 04 iyun 2007-ci il tarixli, **********02 reyestr nömrəli çıxarış verilmişdir. X8 həmin torpaq sahəsini 31 iyul 2018-ci il tarixli, 4Ə-137. reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX № ******* saylı Çıxarışın verilmişdir və həmin Çıxarışı əsasən Qusar rayonu, Gündüzqala kəndində yerləşən **********02 reyestr nömrəli 1.60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 11 sentyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına qeydiyyata alınmışdır. İddiaçı hesab edir ki, X5 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH X° ******* saylı Çıxarış Qusar rayon məhkəməsi tərəfindən etibarsız hesab edilməsinə görə və həmin qətnamə qanuni qüvvəyə mindiyinə görə X8 və X6 arasında hərhansı bir hüquqi nəticə yaratmadığı üçün bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməlidir və X3 adına qeydə alınmış çıxarış etibarsız sayılmalıdır. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “X8 və X6 arasında 31 iyul 2018-ci il tarixdə, 4Ə-1371 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, X3 adına Qusar rayon Gündüzqala kəndində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.6046 hektar hissəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışın etibarsız sayılması”na dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının ilkin tələbi X8 və X6 arasında 31 iyul 2018-ci il tarixdə, 4Ə-1371 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsindən ibarətdir. Göründüyü kimi bu tələb mülki xarakterli tələbdir və bu cür iddialara isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Göründüyü kimi iddiaçının digər şəxslərə aid sənədləri mübahisələndirməsi, iddianın uğurluluq ehtimalı baxımından həmin sənədlərin verilmə əsasından asılıdır və iddia qaldırılacaq məhkəmənin düzgün müəyyən edilməsində əhəmiyyət daşıyır. İddiaçı digər şəxslər arasında bağlanmış müqaviləni və bunun əsasında aparılmış dövlət qeydiyyatını mübasiləndirir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının hazırkı iddia ilə mülki məhkəmə icraatı qaydasında tələb irəli sürməsi iddianın uğurluluq ehtimalı baxımından daha məqsədəmüvafiqdir. Daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqanın qanunsuz hərəkətləri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmə imkanı olsada, bu cür iddialar öhdəlyin icrası sayıldığından ilkin olaraq inzibati orqana müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarı ilə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi inzibati akt kimi yox, hüquqi akt kimi qiymətləndirilmiş və mübahisənin xarakterinin işə baxacaq məhkəmənin müəyyən olunmasında əsas amil kimi nəzərə alınmalı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı eyni zamanda X3 adına Qusar rayon Gündüzqala kəndində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.6046 hektar hissəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışın etibarsız sayılmasını tələb edir. Lakin bununla bağlı cavabdeh inzibati orqana müraciət edilməsi müəyyən olunmur. Bundan əlavə bu cür müraciət olunsa belə iddiaçının ilkin tələbi X8 və X6 arasında 31 iyul 2018-ci il tarixdə, 4Ə- 1371 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsindən ibarət olan mülki tələbdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hazırkı tələblə müvafiq ümumi məhkəmədə mülki məhkəmə icraatı qaydasında tələb irəli sürməsi istisna edilmir. İnzibati orqanın qanunsuz hərəktlərinin mübahisələndirilməsi zamanı isə ilkin olaraq həmin orqana müraciət edilməlidir. İnzibati orqanın hərəkətlərinin qanunsuz olması iddianın uğurluluq ehtimalını müəyyən edən meyar olduğuna görə, prosessual qənaət baxımından bu hala xüsusi olaraq diqqət yetirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İsmayıl Quliyev