Məhkəmə qərarları › İş №2-1(118)-1007/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1007/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1007/2022 01.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X2 və onun azyaşlı övladları 11 iyun 2008-cı il təvəllüdlü X3, 12 may 2009-cu il təvəllüdlü Abbaszadə Nərmin Vasif qızının ona məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 35H saylı evin 66-cı mənzilindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 35H saylı evin 66-cı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu DƏDRXnin 2 saylı Sumqayıt Oraxi İdarəsi tərəfindən 20.08.2018-ci ildə verilmiş RX Seriyalı ******* saylı Çıxarış təsdiq edir. Mənzildə oğlunun keçmiş həyat yoldaşı X4 və azyaşlı övladları 11 iyun 2008-ci il təvəllüdlü X3 və 12 may 2009-cu il təvəllüdlü Abbaszadə Nərmin Vasif qızı pasport qeydiyyatındadırlar. A.Abbasova, oğlu və 2 azyaşlı övladları mənzildə qeydiyyatda 2018-ci ildən olmaqla həmin ünvanda yaşamışlar. Oğlu X8 oğlu 2018-ci ildə ipoteka krediti əsasında Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən ev 35H, mənzil 66-ni almışdır. Bunu 20.09.2018-ci ildə verilmiş RX Seriyalı ******* saylı çıxarış təsdiq edir. Onlar 2018-ci ildə 67 saylı mənzili alsa da, mülkiyyətçi olduğu 66 saylı mənzildə yaşamışlar. 67 saylı mənzil oğlu ilə keçmiş gəlini Arzu Abbasova ilə birgə nikahda olduğu dövrdə alınmışdır və A.Abbasovamn 67 saylı mənzildə yaşamasına heç bir maneçilik yoxdur. Həmin şəxsləri qeydiyyatdan çıxarmaq üçün cavabdeh polis idarəsinə müraciət etmiş, onun müraciəti təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçının covid-19 vaksinasiya sertifikatı olmadığına görə məhkəmə prosesinə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cu şəxslərin pasport qeydiyyatında olduqları mənzilə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxslərə göndərilmiş məhkəmə bildirişi zərf ilə bərabər və zərfin üzərində “bu ünvandan köçüb” qeydi qoyulmaqla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-1935A-3221 nömrəli, 25 yanvar 2022-ci il tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********69-05302-093037 reyestr nömrəli çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, Nikahın pozulması haqqında şəhadətnamənin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 35H saylı evin 67 nömrəli mənzilin mülkiyyətçisidir. X4 və onun azyaşlı övladları 11 iyun 2008-cı il təvəllüdlü X5, 12 may 2009-cu il təvəllüdlü Abbaszadə Nərmin Vasif qızı qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadırlar, Abbasova Arzu iddiaçının keçmiş gəlinidir və faktiki olaraq başqa ünvanda yaşayır. İddia tələbi üzrə 3-cü X4 ilə iddiaçının oğlu arasında olan nikaha Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə xitam verilmiş və iddiaçının keçmiş gəlini övladları ilə birlikdə faktiki olaraq başqa ünvanda yaşayırlar. Nəzərə alınmalıdır ki, X1 mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil Aİddiaçı övladı olan X8 oğlunun mülkiyyətində olduğu tədqirdə 3-cü şəxs olan Arzu Abbasovanın həmin mənzildə istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmış olardı. X9 pasport qeydiyyatına düşdüyü mənzil qaynatasının mülkiyyətində olduğuna görə onun həmin mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X2 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hazırkı iddia tələbi üzrə 14 yaşına çatmayan övladların anasının daimi yaşayış yeri mübahisə predmeti olan mənzil olmadığı tədqirdə onlarında mənzildən pasport qeydiyyatından çıxarılması təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər - X4 və onun azyaşlı övladları 11 iyun 2008-cı il təvəllüdlü X5, 12 may 2009-cu il təvəllüdlü Abbaszadə Nərmin Vasif qızı Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 35H saylı evin 67 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2 və onun azyaşlı övladları 11 iyun 2008-cı il təvəllüdlü X3, 12 may 2009-cu il təvəllüdlü Abbaszadə Nərmin Vasif qızının İddiaçı məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanda yerləşən 35H saylı evin 66 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar