Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1007/2023 20.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2561,65 manat, Dövlət Sosial Müdafiə Fonduna 511,88 manat, İcbari Tibbi Sığorta Fonduna 613,06 manat və İşsizlikdən sığorta fonduna 183,76 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 5000 manat dəyərində əmlakının satılması barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 2561,65 manat, Dövlət Sosial Müdafiə Fonduna 511,88 manat, İcbari Tibbi Sığorta Fonduna 613,06 manat və İşsizlikdən sığorta fonduna 183,76 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 5000 manat dəyərində əmlakının satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna. İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədilə ona bildirişlər verilmişdir.Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildirişlər verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir.Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-cı il tarixli qərar çıxarmışdır.Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 7046,65 manat borcuna görə 7300 manat, Dövlət Sosial Müdafiə Fonduna 5011,88 manat borcuna görə 5100 manat, İcbari 1 ıbbı Sığorta Fonduna 613,6 manat borcuna görə 1300 manar və İşsizlikdən sığorta fonduna 183,76 manat borcuna görə 300 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-cı ıl tarixi **********7. **********5, **********9 və **********8 saylı protokollar tərtib edilmişdir. Siyahıya alınmış əmlakların siyahısı protokollara əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fondlara ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-cİ maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-cı ıl tarixli xəbərdarlıq məktubu göndərilmişdir.Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 2561,65 manat, Dövlət Sosial Müdafiə Fonduna 511,88 manat, İcbari Tibbi Sığorta Fonduna 613,06 manat və İşsizlikdən sığorta fonduna 183,76 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Əmlakının siyahıya alınması barədə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh əmlakının siyahıya alınması qərara alınmışdır. - Vergilər, faizlər və maliyyə sanksiyası üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-cı ıl tarixi **********7, **********5, **********9 və **********8 saylı protokollar və ona əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh 5000 manat dəyərində əmlakı siyahıya alınmışdır. -xx.xx.2022 və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 5 gün müddətində vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin edlməsi barədə Cavabdeh tələb olunmuşdur. - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Cavabdeh xəbərdarlıq olunmuşdur. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh siyahıya alınmış əmlakı məsul saxlanma üçün ona təhvil verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur.Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunur ki, dövlət büdcəsinə olan 2561,65 manat, Dövlət Sosial Müdafiə Fonduna 511,88 manat, İcbari Tibbi Sığorta Fonduna 613,06 manat və İşsizlikdən sığorta fonduna 183,76 manat məbləğində borc ödənilmədiyi üçün xx.xx.2022-ci il tarixli protokol əsasında siyahıya alınmış Cavabdeh məxsus əmlaklardan dəyəri 5000 manat məbləğində olan əmlak ixtisaslaşdırılmış açıq hərracda satılması ilə əlaqədar verilmiş iddia tələbi həmin əmlakın satılması hissəsində əsaslıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 2561,65 manat, Dövlət Sosial Müdafiə Fonduna 511,88 manat, İcbari Tibbi Sığorta Fonduna 613,06 manat və İşsizlikdən sığorta fonduna 183,76 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə **********7, **********5, **********9 və **********8 saylı protokollar əsasında siyahıya alınmış cavabdehə məxsus əmlaklardan dəyəri 5000 manat məbləğində olan musiqi aparatı, soyuducu televizor açıq hərracda satılmalıdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.4-cü maddəsinə əsasən əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılmadıqda, borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər. Ona görə də hazırkı işdə əmlakın dəyəri 5000 manat olduğunu nəzərə alaraq, cavabdehin əmlakı satıldıqdan sonra onun dövlət büdcəsinə olan borcu ödənilib, artıq qalan məbləğ vergi ödəyiciyinə geri qaytarılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 2561,65 manat, Dövlət Sosial Müdafiə Fonduna 511,88 manat, İcbari Tibbi Sığorta Fonduna 613,06 manat və İşsizlikdən sığorta fonduna 183,76 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********9 saylı nömrəli protokol əsasında siyahıya alınmış Cavabdehn məxsus 5000 manat dəyərində əmlak ixtisaslaşdırılmış açıq hərracda satılsın. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1007/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1007/2023
20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver