Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1008/2021 19.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili, Sumqayıt şəhəri, stansiya Sumqayıt qəsəbəsi, ev 9-da yaşayan), Cavabdehin nümayəndəsi X11 (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin Hüquq şöbəsində baş məsləhətçi işləyən, Bakı şəhəri, Binəqədi şossesi, dalan 1, ev 12-də yaşayan) iştirakı ilə, İddiaçı “Ləman MMC-nin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı tikinti işlərinin dayandırılması barədə 18 mart 2021-ci il tarixli 0167 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Tikinti işlərinin dayandırılması barədə” 18 mart 2021-ci il tarixli 0167 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandrılmışdır ki, Sumqayıt səhər İcra Hakimiyyəti başçısının 03 oktyabr 2002-ci il tarixli 263 nömrəli sərəncamına əsasən Sumqayıt-Novxanı avtomobil yolu ilə Xəzər dənizi arasındakı zolaqda "Bakı-TTD" firmasına ayrılmış torpaq sahəsindən firmanın razılığı əsasında əhaliyə iaşə xidməti təşkil etmək məqsədi ilə 100 metr uzunluğunda zolaq "xxxx" X12yətinə ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sözügedən sərəncamı əsasında "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin mütəxəssiləri tərəfindən yerində ölçülərək mərz nişanları ilə ayrılmış və 18 oktyabr 2002-ci il tarixli ayrıc aktı əsasında X12yətin nümayəndəsinə təhvil verilmişdir. Ümumilikdə, "xxxx" X12yətinə sözügedən ərazidə ayrılmış torpaq sahəsinin ölçüsü 2,0 hektar təşkil edir. Həmin vaxtdan bu günədək qeyd olunan torpaq sahəsindən və üzərindən inşa edilmiş tikililərdən "xxxx" Məhdud Məsuliyvətli Cəmiyyəti tərəfindən istifadə olunur. Lakin göstərilən ərazidə əhalinin istirahətinin daha səmərəli həyata keçirilməsi, təqdim edilən xidmətlərin müasir standartlara cavab verən şəkildə təşkil edilməsi məqsədi ilə yeni tikililərin inşa edilməsinə zərurət yarandığından iddiaçı müasir üslubda yeni istirahət kompleksinin inşa edilməsi qənaətinə gəlmişdir. Bu məqsədlə istifadə edilən torpaq sahəsində inşası nəzərdə tutulmuş ailəvi istirahət mərkəzinin işçi layihəsinin memarlıq hissəsi "xxxx" X12yəti tərəfindən hazırlatdırılmış və həmin layihə Sumqavıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılaraq 18 fevral 2015-ci il tarixdə 44 sıra nömrəsi altında qeydiyyatdan keçirilmişdir. Bundan sonra inşası nəzərdə tutulmuş ailəvi istirahət mərkəzinin İşçi layihəsinin memarlıq hissəsi "xxxx" X12yəti tərəfindən 00 aprel 2015-ci il tarixdə qeydiyyatdan keçirilməklə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövəl Ekspertiza Baş İdarəsinə təqdim olunaraq həmin Baş İdarə ilə razılaşdırılmışdır. Daha sonra MMC-nin sifarişi əsasında inşası nəzərdə tutulmuş ailəvi istirahət mərkəzinin Şəhərsalma əsaslandırılması layihəsi və Şəhərsalma əsaslandırılmasının izahat yazısı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirlivi Tikintid Nəzarət Agentliyinin “AZƏRDÖVLƏTLAYİHƏ" Dövlət Baş Layihə İnstitutu tərəfindən hazılanmış və 05 may 2015-ci il tarixdə X12yətə təqdim olunmuşdur. Həmin sənədləşmə və layihələndimıə işləri ilə yanaşı "xxxx" MMC tərəfindən sözügedən ərazidə müvafiq tikinti işlərinin aparılmasına icazə verilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə müraciət olunmuşdur. "xxxx" X12yətinə ünvanlanmış və sözügedən İdarənin rəisi H.Həsənovun imzası və İdarənin möhürü ilə təsdiqlənmiş 18 fevral 2015-ci il tarixli 74 nömrəli razılıq məktubunda MMC-yə məxsus olan Sumqayıt-Novxanı avtomobil yolu ilə Xəzər dənizi arasındakı zolaqda ailəvi istirahət mərkəzinin tikintisinə etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən torpaq sahəsində razılaşdırılmış layihə əsasında müvafıq tikinti işlərinin aparılmasına başlanılmışdır. Lakin həmin dövrdə ölkədə baş vermiş devalvasiya və bunun nəticəsində baş qaldırmış iqtisadi çətinliklər, daha sonra isə bütün dünyada tüğyan edən COVİD-19 pandemiyasının yaratdığı fəsadlar "xxxx" MMC-nin maliyyə vəziyyətinə də ciddi təsir göstərmiş və bu səbəbdən nəzərdə tutulmuş tikinti işlərini vaxtında yekunlaşdırıb başa çatdırmaq mümkün olmamışdır. 2020-ci ilin sonlarında tərəfimizdən tikinti işlərinin bərpa edilməsinə qərar verilmiş və istirahət mərkəzinin tikintisinə davam etdirilmişdir. Lakin 2021-ci ilin əvvəllərində cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin nümayəndələri əraziyə gələrək tikinti işlərinin aparılmasına yol verməmişlər. Onlar bunu tikintinin guya icazəsinin olmaması ilə əsaslandırmışlar. Daha sonra isə "xxxx" X12 yətinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliy ə X10 rəisi Cəbrayıl Xanlarov tərəfindən qəbul edilmiş “Tikinti işlərinin dayandılrılması barədə" 18 mart 2021-ci il tarixli 0167 nömrəli qərarı təqdim edərək həmin qərarla obyektin tikintisinin dayandırıldığını bildirmişlər və tikintiyə icazə sənədlərinin Agentliyə təqdim olunması tələb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 oğlu iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X13 iddianı qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Agentlik tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman Sumqayıt-Novxanı avtomobil yolu ilə Xəzər dənizi arasındakı zolaqda tikintiyə icazə sənədi olmadan özbaşına tikinti işlərinin aparılması aşkar edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan tikinti işləri "xxxx" MMC tərəfindən aparılır. Tikinti ərazisində Agentliyin vəzifəli şəxsinə icazə sənədlərindən yalnız Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 03 oktyabr 2002-ci il tarixli 263 saylı Sərəncamı və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Dövlət Ekspertiza Baş İdarəsinin 15 may 2015-ci il tarixli, 20164 saylı Rəyi təqdim olunmuşdur. Bununla bağlı cavabdeh tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası’nın 3.1.1-ci bəndinə əsasən tikinti işlərinin dayandırılması barədə 29 iyun 2020-ci il tarixli 0309 nömrəli qərar qəbul edilmişdir. Qərarın məzmunu barədə tikinti işlərini aparan şəxslərə məlumat verilmişdir, eyni zamanda qərar "xxxx" MMC-nin rəhbərliyinə təqdim edilərkən onlar onu qəbul etməkdən imtina etmişlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsinə əsasən icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Həmin müddət tikintiyə icazə verən orqan, yəni Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sifarişçinin yazılı müraciəti əsasında uzadıla bilər. Eyni zamanda, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli Qanununun 9-cu bəndinə uyğun olaraq həmin Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətində qüvvədədir. Bununla bağlı qeyd etməliyik ki, yuxarıda qeyd olunan tikinti işləri isə 2020-ci ilin sonlarında başlanılmışdır. Bundan başqa tikintiyə icazə sərəncam şəklində verilməli olduğu halda, iddiaçı yalnız Memarlıq və Şəhərsalma İdarəsinin 2015-ci ilə aid məktubunu təqdim etmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : -Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 03 oktyabr 2002-ci il tarixli 263 nömrəli sərəncamından görünür ki, Sumqayıt-Novxanı avtomobil yolu ilə Xəzər dənizi arasındakı zolaqda "Bakı-TTD" firmasına ayrılmış torpaq sahəsindən firmanın razılığı əsasında əhaliyə iaşə xidməti təşkil etmək məqsədi ilə 100 metr uzunluğunda zolaq "xxxx" X12yətinə ayrılması qərara alınmışdır. -Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin "xxxx" MMC-yə və Sumqayıt şəhər Polis İdarəsinə ünvanlanmış 18.02.2015-ci il tarixli məktubundan görünür ki, Memarlıq və Şəhərsalma idarəsində razılaşıdırılmış eskiz layihəyə əsasən "xxxx" MMC-yə məxsus olan Sumqayıt-Novxanı yolu ilə dəniz arasındakı zolaqda yerləşən sahədə ailəvi istirahət mərkəzinin tikintisinə etiraz edilmir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Dövlət Ekspertiza Baş idarəsinin 15.05.2015-ci oil tarixli 20164 nömrəli ekspert rəyindən görünür ki, «Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolu ilə dəniz arasındakı zolaqda ailəvi istirahət mərkəzi» üzrə işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikaıtnın qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin 18.03.2021-ci il tarixli 0167 saylı tikinti işlərini dayandırılması barədə qərarından görünür ki, Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunun solunda dəniz sahilində “Ləman MMC-yə məxsus obyektin tikintisinin dayandıırlması və tikintiyə icazə sənədlərini agentliyə təqdimedilməsi qərara alınmışdır. -29.03.2021-ci il tarixli aktdan görünür ki, aktı imza edənlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi, Baş Dövlət Tikinti Müfəttişliyinin əməkdaşları Asəf Tağızadə, Mehman Həsənov və Elçin Bəşirov bu aktı tərtib etmişlər ondan ötrü ki, Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunun solu, dəniz sahilində "xxxx" MMC tərəfindən tikinti obyektinin tikintiyə icazə sənədi olmadığı üçün Agentlik tərəfindən 0167 saylı 18 mart 2021-ci il tarixli qərar yazılmışdır. Lakin obyekt sahibi tərəfindən qərarın qəbul edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 03 oktyabr 2002-ci il tarixli sərəncamı ilə Sumqayıt-Novxanı yolu ilə Xəzər dənizi arasındakı zolaqda “Bakı-LTD” firmasına ayrılmış torpaq sahəsindən firmanın razılığı əsasında iaşə xidmət təşkil etmək məqsədi ilə 100 m uzunluğunda zolaq "xxxx" MMC-yə ayrılmışdır. "xxxx" MMC həmin ərazidə iaşə xidməti təşkil edərək fəaliyyət göstərir. Müasit üslubda yeni tikilini inşa etmək məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Sumqayıt şəhər İHBA Memarlıq və Şəhərsalma İdarəsi özünün 18 fevral 2018-ci il tarixli 74 nömrəli razılıq məktubu ilə tikinti işlərinin aparılmasına etiraz etmədiyini bildirmişdir. 2020-ci ilin axırlarında iddiaçı tikinti işlərinin aparılmasına başlamışdır. Lakin cavabdeh tikintiyə icazənin qanunvericiliklə müəyyən edilmiş qaydada verilmədiyinə istinad edərək tikinti işlərinin dayandırılması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçının inşa etdiyi tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində sadalanan tikikililərə aid olmadığından onun inşası üçün icazənin verilməsi zəruri olmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin : -75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. - 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.13. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. Göstərilən normaların məzmunundan göründüyü kimi müvafiq qanunvericilikdə bütün hallarda tikintiyə icazənin məktub şəklində deyil, müvafiq icra hakimiyyəti orqanının müvafiq qərarı əsasında verildiyi nəzərdə tutulmuşdur. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: ....... tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə (92.4.1) Beləliklə, məhkəmə hesab edir ki, şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən qanunvericilikdə tikintiyə icazənin berilməsinin məktub şəklində verilməsi nəzərdə tutulmadığlından cavabdehin qərarı əsaslı hesab edilərək həmin qərarın ləğvinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1008/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1008/2021
19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver