Məhkəmə qərarları › İş №2-1(118)-1010/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1010/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1010/2020 02.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul olunmasını 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsindən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli tarixli 2-1(112)-1556/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə aşağıda qeyd olunanlara görə özünü səlahiyyətli saymır və hesab edir ki, işin aidiyyəti müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından isə torpaq sahəsinin Sumqayıt İnzibati Məhkəməsinin ərazi yuristiksiyasında yerləşdiyi müəyyən edilmir. İş materiallarında olan “X1” xx xxxxxx 2019-cu il tarixli 95 saylı ekspert arayışında qeyd olunur ki, mübahisə predmeti əmlak Bilgəh bələdiyyəsinin mülkiyyətində olmuş əraziyə aid olduğu müəyyən edilir. Bilgəh bələdiyyəsi isə Sumqayıt İnzibati Məhkəməsinin ərazi yuristiksiyasına aid deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Ona görə də iş, aidiyyətin müəyyən olunması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” barədə iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-1010/2020 saylı iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar