Məhkəmə qərarları › İş №2-1(118)-1010/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1010/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1010/2022 11.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “onun doğum haqqında şəhadətnaməsi itdiyi üçün doğum akt qeydinin bərpa olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı onun doğum haqqında şəhadətnaməsi itdiyi üçün doğum akt qeydinin bərpa olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 05 yanvar 2022-ci il tarixli, 05Q-02 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 2.5.3 və 2.5.4. bəndlərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını,vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd ,uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-cü il tarixli 52 saylı qərarının 13-16-cı bəndlərinə əsasən itmiş qeydin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təqdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanı tətəfindən icra edilir. İtmiş yazının qeydiyyat orqanı tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, ölüm,nikah,nikahın pozulması,ad soyad dəyişmə və övladlıq aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlərə əsasən bərpa edilir. Yuxarıda qeyd olunan sənədləri qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə doğum akt qeydinin bərpa edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçıya təklif olunmuşdur ki, doğum faktının bərpa edilməsi ilə əlaqədar məhkəməyə müraciət etsin. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılır ki, iddiaçı 9 may 1961-ci il tarixdə Ermənistan Respublikası Spetavan rayonunda doğulmuş və hal-hazırda da Quba Rayonu, Alpan kəndində yaşayır. X3, X2. Türkmənistan vətəndaşı ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra soyadı Berdiyeva olmuşdur. Sonra ordan çıxmış, 1995-ci ildən Quba rayonu Alpan kəndində yaşamışdır. Bir bacısı və 4 qardaşı vardır. Onun doğum haqqında şəhadətnaməsi mövcud olmuş, lakin sonradan itmiş və başqa qaydada bərpa etmək mümkün olmamışdır. Doğum haqqında şəhadətnaməsi bir sıra sənədlərin rəsmiləşdirilməsində ona lazımdır. Bu baxımdan doğum akt qeydinin bərpa olunması ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etmiş, imtina edilərı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001- ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti Aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları»nm birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəni təmin etmək qeyri-mümkün olduğu bildirilmişdir və ona məhkəməyə müracət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti Aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları»nm 13-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin qərarın 14-cü maddəsinə əsasən İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin qərarın 16-cı maddəsinə əsasən Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Doğum haqqında şəhadətnamə bir sıra məsələlərin həll edilməsi və sənədləşmə işlərinin həyata keçirilməsi üçün lazımdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində deyilir ki inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibatiiqtisadi məhkəmələr baxır. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 33.1 maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. İddiaçı hazırda doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş edir. Doğruluğu Alpan kənd sakinləri Allahverdiyev Hikmət, Vəliyev İlyas, Əkbərov Nizami, Quba rayon İcra Hakimiyyəti Başçısının Alpan İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 05 yanvar 2022-ci il tarixli Aktda qeyd edilir ki, akta yapışdırılmış şəkil 1961ci il təvəllüdlü İddiaçı məxsusdur, o Quba rayon Alpan kənd sakinidir. İddiaçı tərəfindən Sovet Sosialist Respublikaları İttifaqının vətənadaşının pasportunun kserosurəti iş matariallarına əlavə edilmişdir. Cavabdeh 01 yanvar 2021-ci il tarixdə 01 nömrə ilə təsdiq etdiyi sənəddə qeyd edilmişdir ki, İddiaçı barəsində Cavabdehndə doğum haqqında akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları: 1958-1965-ci illər doğum haqqında akt qeydləri yoxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Əsas Müddəaların 14-cü bəndinə əsasən İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Əsas Müddəaların 16-cı bəndinə əsasən, Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Lakin hazırki işdə iddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi üçün inzibati orqana itmiş qeydinin bərpası üçün lazım olan sənədləri və ya məhkəmənin qətnaməsini təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Eyni zamanda inzibati orqan əsaslı olaraq hüquqi müdafiyə vasitəsi kimi iddiaçının ümumi məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı məlum səbəblərə görə inzibati orqana müvafiq sənədləri təqdim edə bilmir və eyni zamanda inzibati orqanda da müvafiq sənədlər mövcud deyil. Bu halda vətəndaşların hüquqları mülki məhkəmə icraatı qaydasında müəyyən edilmiş hüquqi müdafiə vasitələri ilə bərpa olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçıya izah olunsun ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar