Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1011/2021 17.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, XN Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətlərini qanunsuz hesab etməklə, ona N994-cü ildən N998-ci ilə qədər AR MN-nin 888, N saylı hərbi hissələrinin tərkibində xidmətləri ilə bağlı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətlərini qanunsuz hesab etməklə, ona N994-cü ildən N998-ci ilə qədər AR MN-nin 888, N saylı hərbi hissələrinin tərkibində xidmətləri ilə bağlı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx N974-cü ildə Ermənistanda anadan olmuş və N994-cü ildə hərbi xidmətə çağırılmış, N998-ci ilə qədər AR MN-nin 888,N saylı hərbi hissələrin tərkibində xidmət keçmiş, N9.04.N997-ci ildə Qazax rayonunda xidmətdə olarkən kürək nahiyyəsindən qəlpə yarası almış və Ağstafa rayon hospitalında stasionar şəraitdə müalicə almış, müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıtmış və N998-ci il yanvar ayının 3-də təxris edilmişdir. Onun xidmət etdiyi hərbi hissə döyüş tapşırığı yerinə yetirən hərbi hissə olmuş və strateji əhəmiyyətli yüksəkliyin alınması uğrunda döyüşdə iştirak etmişdir. Lakin onun hərbi xidmətdə olmasına baxmayaraq veteran vəsiqəsi verilməmişdir. Halbuki iddiaçının bu xidmətləri adına verilmiş ******* saylı hərbi biletində də qeyd edilmişdir. İddiaçı veteran statusunun verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, həmin müraciətə verilmiş N6.03.202N-ci il tarixli cavab məktubunda onun müraciəti öz həllini tapmamış və müharibə vetera və statusunun verilməsindən imtina olunmuşdur. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə N4. Sübut etmə vəzifəsi Mübahisələndirilən inzibati aktı qebul etmiş inzibati orqan həmin aktın qebul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məkhəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-NNN QD №liQanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №liFərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli 4 №li əmri lə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni miiliyətçi quldur dəstələrinə qarşı Ermənistənlə həmsərhəd inzibati ərazi vahidlərində-.keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İPM-nin 73.3.N -ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə» və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə» Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda göstərilənlərə əsasən, Müdafiə Nazirliyinə «veteran adlarının verilməsi ilə bağlı» diskresion səlahiyyət verilmişdir. Müdafiə Nazirliyinin istinad etdiyi normanın tətbiqi özünün qiymətlədirməsinə əsasən müəyyən olunduğu üçün İPM-nin 73.3.N -ci maddəsində əsasən məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Nazirlər Kabineti 22 sentyabr N995-ci il tarixli 2N6 №li Qərarı ilə «veteran adlarının verilməsi ilə bağlı» Müdafiə Nazirliyinə səlahiyyət vermişdir. Azərbaycan Respublikası Müdafiə Naziri 6 yanvar N998-ci il tarixli 4 №liəmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndinə müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi ilə bağlı şərtləri müəyyən etmişdir. Yuxarıda göstərilən sənədlər müvafiq komissiyaya təqdim edilməli olduğu açıq şəkildə göstərilmişdir. Hesab edirlər ki, iddia tələbi əsassızdır. Mərkəzi Arxivin 03.02.202N-ci il tarixli 9/2- 7N8 nömrəli arayışına və hərbi biletində olan qeydlərə əsasən İddiaçı hərbi xidməti atəşkəs dövrünə (N2.05.N994-cü il tarixdən sonraya) təsadüf etdiyinə görə ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 03.02.202N-ci il tarixli 9/2-7N8 saylı arxiv arayışına əsasən, Sumqayıt ŞHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı İskəndər oğlu N №-li hərbi hissə komandirinin N avqust N994cü il tarixli 2N6 №li əmrilə (əsas: §N4, sıra-8N; qeyd: əmrdə atasının adı İskəndər yazılmışdır) 30.08.N994-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilməklə “kursant” vəzifəsinə təyin edilmişdir. 8 MAT-un sıravisi İddiaçı N №li hərbi hissə komandirinin 3N.0N.N996-cı il tarixli 3N №li əmrilə (əsas: səh.-4N, §N8, sıra-224)şəxsi heyətin siyahısından və 0N.02.N996-cı il tarixdən bütün növ təminatlardan çıxarılaraq, hərbi xidmətini davam etdirmək üçün N №li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N №li hərbi hissədən gəlmiş, sıravi İddiaçı N №li hərbi hissə komandirinin 3N yanvar N996-cı il tarixli 3N №li əmrilə (əsas: səh.-73, §N6, sıra-249) 4 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sanitar-atıcı” vəzifəsinə təyin edilmişdir. N №li hərbi hissə komandirinin N8 aprel N997-ci il tarixli N98 №li əmrində (əsas: §N, sıra-64; qeyd: əmrdə hərbi rütbəsi əsgər yazılmış, atasının adı yazılmamışdır) 4 MATun əsgəri İddiaçı 5 MAT-a ezam edilərək, 4 MAT-un qazan təminatından çıxarılmaqla 5 MAT-un qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №li hərbi hissə komandirinin N aprel N997-ci il tarixli NN0 №li əmrilə (əsas: səh.- 8, §7, bənd-2; qeyd: əmrdə hərbi rütbəsi əsgər, atasının adı İskəndər yazılmışdır) 5 MATun əsgəri İddiaçı 20.04.N997-ci il tarixdən hərbi hospitala müalicəyə getmiş hesab edilərək, qazan təminatından çıxarılmışdır. N №li hərbi hissə komandirinin NN may N997-ci il tarixli N3N №li əmrilə (əsas: səh.- 68, §7, sıra-5; qeyd: əmrdə hərbi rütbəsi əsgər, atasının adı İskəndər, MAT: 4 yazılmışdır) 4 MAT-un əsgəri İddiaçı NN.05.N997-ci il tarixdən hərbi hospitaldan müalicədən gəlmiş hesab edilərək, qazan təminatına daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22.N2.N997-ci il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis olunmuş, 4 MAT-un ştatdan kənar əsgəri İddiaçı İskəndər oğlu N №li hərbi hissə komandirinin N yanvar N998-ci il tarixli 8 №li əmrilə (əsas: səh.-N0, §N, sıra-NN8; qeyd: əmrdə hərbi rütbəsi əsgər, atasının adı İskəndər yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilərək, qeydiyyata düşmək üçün Sumqayıt ŞHK-na göndərilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Göründüyü kimi qanunvericilyə əsasən müharibə veteranı adı N99N-ci il oktyabrın 9dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilə bilər. Hazırki iş üzrə isə iş materialları ilə müəyyən olunur ki, İddiaçı hərbi xidməti atəşkəs dövrünə (N2.05.N994-cü il tarixdən sonraya) təsadüf edir və iddiaçının müharibə veteranı adı verilməsinə əsas ola biləcək sənədləri mövcud deyil. Beləki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 03.02.202N-ci il tarixli 9/2-7N8 saylı arxiv arayışına əsasən iddiaçıı N №li hərbi hissə komandirinin N aprel N997-ci il tarixli NN0 №li əmrilə (əsas: səh.-8, §7, bənd-2; qeyd: əmrdə hərbi rütbəsi əsgər, atasının adı İskəndər yazılmışdır) 5 MAT-un əsgəri İddiaçı 20.04.N997-ci il tarixdən hərbi hospitala müalicəyə getmiş hesab edilərək, qazan təminatından çıxarılmışdır və N №li hərbi hissə komandirinin NN may N997-ci il tarixli N3N №li əmrilə (əsas: səh.-68, §7, sıra-5; qeyd: əmrdə hərbi rütbəsi əsgər, atasının adı İskəndər, MAT: 4 yazılmışdır) 4 MAT-un əsgəri İddiaçı NN.05.N997-ci il tarixdən hərbi hospitaldan müalicədən gəlmiş hesab edilərək, qazan təminatına daxil edilmişdir. Göründüyü kimi arxiv sənədləri ilə iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibti orqanın imtinası əsaslı olmuşdur, iddia əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan N ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1011/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1011/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver