Məhkəmə qərarları › İş №2-1(118)-1012/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1012/2020

31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1012/2020 31.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X1 katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Gürcüstan Respublikası Marneuli şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş V-Tİ seriyalı 375242 nömrəli doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Gürcüstan Respublikası Marneuli şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş V-Tİ seriyalı 375242 nömrəli doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində telefonoqramma ilə əlaqə saxlanılaraq iddianın mümkünlüyü ilə bağlı keçiriləcək məhkəmə iclası barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştrak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclası iddiaçının iştrakı olmadan keçirlməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı doğum haqqında şəhadətnamə əldə etmək niyyətindədir. Doğum haqqında şəhadətnamə verilməsi üçün İddiaçı Gürcüstan Respublikası Marneuli şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş V-Tİ seriyalı 375242 nömrəli doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini istəyir. Doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının təsdiqi kimi baxılmasının məhkəmədən tələb edilməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Gürcüstan Respublikası Marneuli şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş V-Tİ seriyalı 375242 nömrəli doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyri mümkün hesab edilməlidir. İddiaçıya izah olunsun ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi şəhər(rayon) məhkəmələrinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar