Məhkəmə qərarları › İş №2-1(118)-1013/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1013/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1013/2021 29.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Muradova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin üzərinə iddiaçının Kənd təsərrüfatı mağazasının əvvəlki vəziyyətinə gətirilib bərpa olunması, mağazanın yenidən tikilməsi və ya maddi ziyana görə 10000 (on min) və mənəvi ziyana görə 15000 (on beş min) manat məbləğində pulun alınıb, iddiaçıya verilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin üzərinə iddiaçının Kənd təsərrüfatı mağazasının əvvəlki vəziyyətinə gətirilib bərpa olunması, mağazanın yenidən tikilməsi və ya maddi ziyana görə 10000 (on min) və mənəvi ziyana görə 15000 (on beş min) manat məbləğində pulun alınıb, iddiaçıya verilməsinə” dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya Şamaxı rayon Bələdiyyəsinin (halhazırda Sabir Bələdiyyəsi adlanır) 08.05.2007-cı il tarixli 07 saylı Qərarı ilə sahibkarlıq məqsədi üçün 60 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Prezidentinin 2007-cı il 28 fevral tarixli 536 nömrəli fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsü barədə torpaq sahəsinin Kadastr göstəriciləri Torpaq sahəsinin qayiməsi (sertifikatı) barədə 13.07.2011-cı il tarixli 105 saylı uçota alınmış A N2352137 nömrəli sənəd verilmişdir. Həmin sənədlərə uyğun olaraq iddiaçı kənd məhsullarının istehsalı ilə bağlı mağaza tikmişdir. Həmin mağaza Bakı-Qazax magistiral yolunun 34 metr aralıda yerləşirdi. İddiaçının mağazasının cərgəsində hal-hazırda Market mağazası tikilir, iddiaçının mağazası nə yola , nədə ki digər tikinti obyektlərinə maneçilik törətməmişdir. Mağaza İcra Hakimiyyətinin göstərişi ilə 16.03.2020-cı il də tamamilə sökülərək, iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Bu barədə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün Şamaxı rayon İcra Hakimiyyətinə rəsmi olaraq müraciət etmişdir. Şamaxı rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlil və proqnozlaşdırılması şöbəsindən 03-504 saylı 11 mart 2021-ci il tarixli iddiaçıya cavab olaraq, bildirilmişdir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 2 hərəkət zolağında 4 hərəkət zolağına genişləndirilməsi işləri icra olunarkən istifadədə olmuş ət dükanını sökərək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerqurluşu planına uyğun rəyin və müvafiq icra hakimyətinin razılığını almadan qanunsuz olaraq yenidən inşa etmişdirlər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində lazımi icazə alınmadan, tikinti norma və qaydaların ciddi surətdə pozmaqla inşa olunmuş özbaşına tikililər, Şamaxı Rayon İcra Hakimiyyətinin qanunamüvafiq tələbinə əsasən sahibkarların özləri tərəfindən sökülmüşdür. Hazırda sahibkarlıq fəlaiyyətlərinin davam etdirilməsi üçün müvafiq şəraitin yardılması istiqamətində işlər aparıldığı göstərilmişdir. Lakin bu günə kimi heç bir tədbir görülməmiş, iddiaçıya məxsus tikintinin onun tərəfindən sökülməsi iftiradır. İddiaçı 5 nəfər ailə üzvləri ilə birlikdə həmin mağazadan əldə olunan gəlirlə dolanırdılar. Ondan əlavə X3 adlı şəxsin 5 nəfər ailə üzvləri də həmin mağazadan gələn gəlirlə dolanırdılar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iştirak etmişdir. İddiaçıya hüquqi yardım edilərək, tələbin konkret olması və həmin tələb ilə ilkin olaraq inzibati orqana müraciət edilməsi izah edilmişdir. İddiaçı cavabdeh inzibati orqanda qəbulda olduğunu, görüşlər keçirdiyini, digər yerlərdə tikintiyə icazə verilə biləcəyinin ona bildirildiyini, lakin bu təkliflərlə razılaşmadığını, əvvələr onun mağazası olmuş, hazırda digər titinti işləri aparılan ərazidə öz hesabına icra hakimiyyətinin istədiyi müasir tələblərə uyğun olan istənilən lahiyədə tikinti işlərini aparmağa hazır olduğunu bildirmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı və məhkəməyə təqdim edilmiş 11 mart 2021-ci il tarixli Ş-03-504 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçıya məxsus ət dükanının söküldüyünü əsas gətirərək bərpa olunmasına köməklik göstərilməsi barədə Şamaxı Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətə baxılmışdır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi işləri icra olunarkən istifadələrində olmuş ət dükanını sökərək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerqurluşu planına uyğunluq rəyini və müvafiq icra hakimiyyətinin razılığını almadan qanunsuz olaraq yenidən inşa etmişdirlər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində lazımi icazə alınmadan, tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla inşa olunmuş özbaşına tikililər, Şamaxı Rayon İcra Hakimiyyətinin qanunamüvafiq tələbinə əsasən sahibkarların özləri tərəfindən sökülmüşdür. Hazırda sahibkarlıq fəaliyyətinin davam etdirilməsi üçün müvafiq şəraitin yaradılması istiqamətində işlər aparılır. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Bayraməli oğlu Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək kənd təsərrüfatı malları mağazasının əvvəlki vəziyyətinə gətirilib bərpa olunmasını, maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb etmişdir. Bildirirlər ki, İddiaçı və qeyriləri Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi işləri icra olunarkən istifadələrində olmuş ət dükanlarını sökərək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerquruluşu planına uyğunluq rəyini və müvafiq icra hakimiyyətinin razılığını almadan qanunsuz olaraq yenidən inşa etmişlər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində lazımi icazə alınmadan, tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla inşa olumuş həmin tikililər özbaşına tikinti olduğu üçün Şamaxı rayon İcra Hakimiyyətinin qanunamüvafiq tələbinə əsasən sahibkarların özləri tərəfindən sökülmüşdür. Həmin şəxslərə sahibkarlıq fəaliyyətlərinin davam etdirilməsi üçün müvafiq şərait yaradılması istiqamətində çoxsaylı təkliflər edilsə də onlar bu təkliflərdən imtina etmişlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi konkret deyil. Belə ki, iddiaçı Kənd təsərrüfatı mağazasının əvvəlki vəziyyətinə gətirilib bərpa olunması, mağazanın yenidən tikilməsi və ya maddi ziyana görə 10000 (on min) və mənəvi ziyana görə 15000 (on beş min) manat məbləğində pulun alınıb, iddiaçıya verilməsini istəyir. Göründüyü kimi iddiaçının tələbi konkret deyil, iki fərqli tələbdən birinin qeyri müəyyən formada tələb edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7 –ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi, inzibati orqanın imtina etməsi və ya hərəkətsizlik etməsindən ibarətdir. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdə iddiaçının eyni tələblə ilkin olaraq inzibati orqana müraciəti iş materialları ilə müəyyən olunmamışdır. Cavabdehin 11 mart 2021-ci il tarixli Ş-03-504 saylı imtina məktubundan görsənir ki, müraciət iddiaçıya məxsus ət dükanının söküldüyünü əsas gətirərək bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı olmuş, ziyana görə kompensasiya tələbi ilə bağlı olmamışdır. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, ilkin olaraq cababdeh inzibati orqanla məhkəmədənkənar müəyyən şərtlərlə razılaşma ehtimalının olmadığını müəyyən etdiyi zaman, konkret tələb ilə qanunvericilikdə müəyyən edilmiş rəsmi formada inzibati orqana müraciət edə bilər. İnzibati orqanın bununla bağlı qəbul etdiyi qərardan narazı qalarsa və ya inzibati orqan hərəkətsizlik edərsə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. İnzibati orqana rəsmi müraciət məktubu məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar