Məhkəmə qərarları › İş №2-1(118)-1013/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1013/2022

04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1013/2022 04.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 Elxan oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 Elxan oğlunun və İddiaçı2 cavabdeh Qubadlı rayon X5rşı “övladları 20.05.2015-ci il təvəllüdlü X10 və 10.08.2021-ci il təvəllüdlü X1 “Əsədli”dən “Elxanlı”ya dəyişdirilməsinin Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 Elxan oğlu və İddiaçı2 20.05.2015-ci il təvəllüdlü X10 və 10.08.2021-ci il təvəllüdlü X1 “Əsədli”dən “Elxanlı”ya dəyişdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, 06 oktyabr 2020-ci il tarixli, 05/Q-241/69 saylı məktubla iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən soyadın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Uşaqların yetkinlik yaşlarına çatmaması səbəbilə ərizənin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar 05.06.2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahından üç övladı var: 12.03.2013cü il təvəllüdlü X11, 20.05.2015-ci il təvəllüdlü X13 və 10.08.2021-ci il təvəllüdlü X12. İddiaçılar 20.05.2015-ci il təvəllüdlü X13 və 10.08.2021- ci il təvəllüdlü X3 “Elxanlı" qoymaq istəyir. Bildirirlər ki, “Elxan" İddiaçı1 atasıdır. İddiaçı1 atasının adını övladlarına soyad vermək istəyir. Bunun üçün iddiaçılar Cavabdehnə müraciət etmişdir. Lakin müraciətlərinə müsbət cavab verilməmiş və onlara məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar hesab edir ki, iddia tələbi təmin olunmalı və uşaqların soyadı dəyişdirilməlidir. Qeyd edirlər ki, bir övladlarının soyadı “Elxanlı”dır. İddiaçılar hesab edirlər ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər iddiaçının nümayəndəsi İddiaçı1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının iştırakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçılar hazırki tələblə cavabdeh inzibati orqna müraciət etmiş, həmin orqan tərəfindən iddiaçıların müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçıların cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçılar, övladları 20.05.2015-ci il təvəllüdlü X10 və 10.08.2021-ci il təvəllüdlü X1 “Əsədli”dən “Elxanlı”ya dəyişdirilməsini istəyirlər. Qərarın təsviri hissəsində də qeyd olunduğu kimi onların birgə nikahdan üç övladı var: 12.03.2013-cü il təvəllüdlü X11, 20.05.2015-ci il təvəllüdlü X13 və 10.08.2021-ci il təvəllüdlü X12. Onların bir övladlarının soyadı “Elxanlı”dır. İş materiallarına əlavə edilmiş AZ-İİİ 067928 nömrəli doğum haqqında şəhadətnamədən də görünür ki, 12.03.2013-cü il tarixində doğulmuş X4 “Elxanlı” olaraq qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıların digər uşağına da “Elxanlı” soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qanunun mənasına görə uşağın valideyinlərin soyadını daşımasının istisnaları ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə hesab edir ki, uşaqların mənafeyi nəzərə alınaraq, ailənin digər uşağının soyadı “Elxanlı” kimi qeyd edildiyi üçün, 20.05.2015-ci il təvəllüdlü X13 və 10.08.2021- ci il təvəllüdlü X8 soyadları da “Əsədlidən” “Elxanlıya” dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçılar İddiaçı1 Elxan oğlunun və İddiaçı2 övladları 20.05.2015-ci il təvəllüdlü X10 və 10.08.2021-ci il təvəllüdlü X1 “Əsədli”dən “Elxanlı”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 Elxan oğlunun və İddiaçı2 övladları 20.05.2015-ci il təvəllüdlü X10 və 10.08.2021-ci il təvəllüdlü X1 “Əsədli”dən “Elxanlı”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar