Məhkəmə qərarları › İş №2-1(118)-1014/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1014/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1014/2023 20.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi , X4 Mövlətxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “cavabdeh orqanın “müraciətə baxılması barədə” 29 sentyabr 2022-ci il tarixli **********00 nömrəli cavabının qanunsuz hesab edilməsi mahiyyəti üzrə cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş prokuroru cənab Kamran Əliyev tərəfindən xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunda keçirilən qəbul zamanı Quba rayon icra Hakimiyyəti başçısının 139 və 140 nömrəli sərəncamları ilə yaradılan keçmiş SSRİ Ticarət Nazirliyinin Azərbaycan Respublikası Layihə institunun 2442 nömrəli layihə sənədləri əsasından ilkin balans dəyəri 1436 560 min rubl hesablanmış, dövlət vəsaiti hesabına inşa edilən Quba Ticarət Kommersiya Mərkəzin (dövlət müəssisənin) Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 1995-ci il tarixli 1120 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında Qanun- Dövlət Proqramının 5-ci maddəsinə əsasən məcburi özəlləşdirilən müəssisə olması səbəbi ilə cavabdeh orqan tərəfindən hərəkətsizliyə qarşı, eyni zamanda müəssisənin qanuni özəlləşdirilməsi barədə qərarın qəbul edilməsi məqsədi ilə qanunvericiliyə müvafiq tədbirlərin aparılmasını, özəlləşdirilmədən dövlət büdcəsinə köçürülməli vəsaitlərin və güzəştli pay almaqla özəlləşdirilmədə iştirak hüququnun bərpa edilməsi ilə bağlı ərizəni və sənədləri baş prokuror cənab Kamran Əliyevə təqdim edərək qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Cənab baş prokuror müraciətinin ədalətli və qanuni baxılacağını bildirərək müraciətinin araşdırılmasını baş prokurorluqda Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini 1 dərəcəli hüquqşünas cənab Toğrul Əhmədova həvalə etmişdir. Cənab Əhmədov xx.xx.2022-ci il tarixli 22-0090-xx-xx-068694 nömrəli məktubla aidiyyatı üzrə müraciətə baxılması üçün cavabdeh orqana göndərmiş, Ticarət Kommersiya Mərkəzinin özəlləşdirilməsi ilə bağlı tədbir görülməsi və nəticəsi barədə iddiaçıya və Baş Prokurorluğa məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh orqan 29 sentyabr 2022-ci il tarixli **********00 nömrəli müraciətinə baxılması barədə yalnız iddiaçıya cavabında bildirir ki, Quba şəhər Ticarət Kommersiya Mərkəzi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaqı"ın tabeçiliyində olan Quba İstehlak Cəmiyyətinin balansında olmaqla dövlət əmlakı deyildir və özəlləşdirmə obyekti hesab edilmir. Cavabdeh orqanın 29 sentyabr 2022-ci il tarixli 220 ********* nömrəli müraciətinə baxılması barədə cavabını Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 1995-ci il tarixli 1120 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında Qanun- Dövlət Proqramının 5-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin müraciətlərə baxılması haqqında Azərbaycan Respublikası Qanununa zidd olduğundan, həmçinin yalan məlumatla dövlətin qanunla qorunan müraqlarına, müstəqil dövlətimizin iqtisadi dayaqlarının sarsıdılmasına yəni ilkin balans dəyəri 1 436 560 min rubl hesablanmış dövlət əmlakının özəlləşdirmədən yayındırmaqla dövlət büdcəsinə keçirilməli vəsaitlərin mənimsənilməsi təşkil etməsi səbəbi ilə aşağıdakı əsaslara görə qanunsuz hesab edir. Belə ki, Quba rayon XDS İcraiyyə Komitəsinin 16 iyul 1985-ci il tarixli 168 nömrəli qərarı ilə Quba şəhərində mərkəzi kolxoz bazarının tikintisi üçün şəhərin baş planına uyğun 22-ci məhlləsində 2.0 hektar torpaq sahəsi ayrılmışdır. Keçmiş SSRİ Ticarət Nazirliyinin respublika layihələşdirmə institunun 2442 nömrəli layhə sənədləri əssında bazar tikilərək 1988-ci ildən istifadəyə verilmişdir. İlkin balans dəyəri 1 436 560 min rubl hesablanmışdır. Tikinti dövlət büdcəsi - ticarət nazirliynin ayırdığı dövlət vəsaiti hesabına inşa olunmuşdur. Quba rayon İHB-nın xx.xx.1994-cü il tarixli 139 nömrəli sərəncamı ilə [Bənd-5] Quba Kolxoz bazarının örtülü hissəsində fəaliyyət göstərən hissəyə ərzaq məhsullarının satışı yarmarkasının - sərbəst fəaliyyət göstərən Ticarət- Kommersiya Mərkəzinə çevirmək məqsədə uyğun hesab edilmiş, Ticarət Kommersiya Mərkəzinin Nizamnaməsinin tərtib edilməsi İHB-nın sosial-iqtisadi inkişaf şöbəsinə tapşırımışdır. İHBnın xx.xx.1994-cü il tarixli 140 nömrəli sərəncamı ilə Quba rayon İcra Hakimiyyəti tərəfindən təsis edilmiş "Ticarət Kommersiya Mərkəzinin" nizamnaməsi təsdiq edilmiş, ticarət Kommersiya Mərkəzinin fəaliyyəti qeydə alınmış Nizamnaməyə uyğun fəaliyyəti qeydə alınaraq, müəsisənin direktoru X7 təyin olunmuşdur. xx.xx.1994-cü il tarixli Ticarət Kommersiya Mərkəzinin direktoru Rafiq Abasovun əmri ilə Ticarət Kommersiya Mərkəzinə mühasib vəzifəsinə təyin edilmişdir. Quba rayon İHB-nın sərəncamı ilə pensiya yaşına çatmış direktorun əvəzinə Quba Ticarət Kommersiya Mərkəzinə mərhum X8 direktor təyin edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Quba Ticarət Kommersiya Mərkəzi əmlakı heç vaxtı "Azərittifaq” a məxsus paylı mülkiyyət olmamış və İH-i tərəfindən təsis olunaraq dövlət reqistrində qeydiyyatda olmaqla Nizamnaməyə uyğun dövlət qeydiyyatından keçmiş müəsisəsə - hüquqi şəxs kimi fəaliyyət göstərmişdir. İddiaçı isə müəssisənin hesabatını mühasib olaraq tabeçiliyində olan İH-ə təqdim etmişdir. Hazırda müəsisənin taleyi barədə məlumatı yoxdur. Bundan başqa sonradan ona məlum olmuşdur ki, "Azərittifaq" ın İdarə heyətinin 20 saylı 30 yanvar 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə birmənalı şəkildə tabeçiliyi, mülkiyyət forması habelə mülkiyyət üzərində sərəncam vermək hüququ, balans saxlayıcısı müvafiq qaydada müəyyən edilmiş Ticarət Kommürsiya Mərkəzi razılaşdırılmış qiymətlərlə Ticarət Kommersiya Mərkəzinin direktoru X1 razılıq vermişdir. Beləliklə Quba rayon İstehsal -İstehlak Kooperativi isə 2442 nömrəli layihə sənədinə əsasən ilkin balans dəyiri 1 436 560 min rubl ilə "xxxx" qiymətləndirmə Firmasının müəyyən etdiyi qiymətlə yaranmış fərqin əlavə kapital fondu hesabına silərək paylı mülkiyyət adı ilə yarımçıq tikili kimi qeyd etməklə qanunsuz balansına daxıl edərək notariat qaydasında təsdiq edilən iki ədəd alqı-satqı ilə iki dəfə Ticarət Kommersiya Mərkəzinin direktoru X2. Cavabdeh orqanın vəzifəli şəxsi olan Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini cənab Elçin Yusubovun "Quba Ticarət Kommersiya X3- "Azərittifaq"ın tabeçiliyində olan Quba İstehlak Cəmiyyətinin balansında olmaqla dövlət əmlakı deyildir və özəlləşmə obyekti hesab edilmir" cavabı qanunsuzdur. İddiaçı hesab edir ki, ƏMDX-nin məsul əməkdaşları qabaqcadan Quba İstehsal- İstehlak Kooperativinin məsul şəxsləri ilk növbədə keçmiş sədr Ənvər Hüseynov, Zahid Bayramov və şuranın sədri Dadaşov həmçinin X9 ilə əlbir ilkin balans dəyəri 1 436 560 min rubl olan dövlət əmlakını indeksləşdirmədən dövlət reyestrndən ona məlum olmayan formada silməklə və yaxud çıxarmaqla həmin dövlət əmlakının yenidən qiymətləndirərək paylı mülkiyyət kimi özü də İİK-nin guya balansında olan yarımçıq tikili adı ilə 30 milyon AZN-ə satılmasını təşkil etmişlər. Ona görə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini cənab Elçin Yusubovun müraciətinin yalan məlumatla baş vermiş cinayət əməlini bilə-bilə gizlətməklə tələb edilən baş prokurorluğa göndərmədən yalan məlumatla cavablandırılması dövlətimizin qanunla qorunan maraqlarının, pozulmuş hüquq və asas azadlıqlarının bərpsının təmin edilməməsi üçün qanunlara nəzarəti həyata keçirən prokururluqdan gizlətməsi məqsədini daşıyır. Ona görə də hesab edir ki, müraciətinə Vətəndaşların müraciətləri haqqında Azərbyacan Respublikası Qanununa uyğun cavablandırılması öhdəliyi cavabdeh orqanın vəzifəli şəxsinin üzərinə məhkəmə qaydasında qoyulması təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmış, iddiaçı iddiasını müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, 8 sentyabr 2022-ci il tarixdə İddiaçı ərizəsi Azərbaycan Respublikası Baş Prokurorluğundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuşdur. Ərizədə iddiaçı Quba Şəhər Ticarət Kommersiya Mərkəzinin (Pasaj Bazan) onun və mərkəzin digər işçilərinin hüquqlarının pozularaq özəlləşdirmə keçirmədən Quba Rayon icra Hakimiyyətinin sabiq başçısı Mehman İbrahimov tərəfindən özbaşına zəbt edilərək özgəninkiləşdirilməsinin araşdırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının müraciətinə verilmiş 29 sentyabr 2022-ci il tarixli, **********00 nömrəli cavab məktubunda qeyd olunan Quba Şəhər Ticarət Kommersiya Mərkəzinin (Pasaj Bazarı) Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı-“Azərittifaq”ın tabeliyində olan Quba İstehlak Cəmiyyətinin balansında olmaqla dövlət əmlakı olmadığı və özəlləşdirmə obyekti hesab edilmədiyi bildirilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının müraciətində qeyd edilən məsələ araşdırılaraq müraciətə mahiyyəti üzrə cavab verildiyindən, iddiaçının Xidmətin cavab məktubunun etibarsız hesab edilməsi və onun müraciətinə yenidən cavab verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmasına dair tələbi əsassızdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdeh orqanın “müraciətə baxılması barədə” 29 sentyabr 2022-ci il tarixli **********00 nömrəli cavabının qanunsuz hesab edilməsini, mahiyyəti üzrə cavablandırılmasını istəyir. İddia ərizəsindən görsənir ki, Azərbaycan Respublikası Baş X10 tərəfindən xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunda keçirilən qəbul zamanı iddiaçı Baş Prokurora müraciət etmiş, onun müraciəti cavablandırılması üçün hazırkı iş üzrə cavabdehə inzibati orqana göndərilmiş, cavabdeh isə iddiaçının mübahisələndirdiyi cavabı vermişdir. Cavabdeh qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının müraciətinə verilmiş 29 sentyabr 2022-ci il tarixli, **********00 nömrəli cavab məktubunda qeyd olunan Quba Şəhər Ticarət Kommersiya Mərkəzinin (Pasaj Bazarı) Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı- “Azərittifaq”ın tabeliyində olan Quba İstehlak Cəmiyyətinin balansında olmaqla dövlət əmlakı olmadığı və özəlləşdirmə obyekti hesab edilmədiyi bildirilmişdir. İlkin olaraq məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə görə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, cavabdehin məktubu hüquqi nəticə yaradan inzibati akt hesab olunmur. İddiaçının niyyəti işlədiyi müəssisənin əmlakının dövlət əmlakı kimi özəlləşdirilməsinə və bu zaman qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququnun reallaşmasına nail olmaqdan ibarətdir. Həmin əmlaklar digər formada özəlləşdirildiyi halda iddiaçı subyektiv hüququnu olmasını sübut edərək, müvafiq özəlləşdirmələrin ləğvini tələb edə və digər hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar