Məhkəmə qərarları › İş №2-1(118)-1018/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1018/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1018/2025 30.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 aprel 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İddiaçı məxsus NN oktyabr N986-cı il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.

2. N7 aprel N987-ci il tarixli, НЗ seriyalı, ******* nömrəli İddiaçı məxsus “Hərbi bileti”nin surəti.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı tərəfindən tərtib edilmiş, iş yeri N hərbi hissədə olan İddiaçı Kamil oğluna dair stasionar müddəti 25 fevral N993-cü il - N6 mart N993-cü il tarixlər olaraq göstərilmiş “Ambulator, stasionar xəstənin tibb kitabçası”ndan 559 nömrəli çıxarışdan görünür ki, xəstənin sözlərinə əsasən N0 gün öncə Mehmana yaşayış məntəqəsində Ağdərə cəbhəsində hərbi hərəkatlar zamanı sağ pəncənin barmaqlarının donması olmuşdur. St. Localis: sağ pəncənin barmaqları nahiyyəsində dəri qatı solğundur, dəri üzərində N sm diametrində açılmış epidermal suluq qeydə alınır. EKQ: miokardın əzələ dəyişkənliyi.

4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Səbail Rayon İdarəsinin 7 yanvar 2024-cü il tarixli, N nömrəli arayışından görünür ki, N969-cu il təvəllüdlü İddiaçı 7 fevral N993-cü il tarixdə keçmiş Səbail rayon Hərbi Komissarlığı tərəfindən Səfərbərliklə çağırılaraq hərbi xidmətə göndərilmişdir. Əsas “Səfərbərliklə çağırılanların əlifba qeydiyyat kitabı, sıra N9, səhifə 33” olaraq göstərilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin N2 fevral 2024-cü il tarixli, 2/2-N74N nömrəli məktubundan görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 3N oktyabr 2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 26 sentyabr 2023-cü il tarixli, N384 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində hərbi hissə komandirinin yanvar, avqust N993-cü il tarixli nizamı hissə üzrə əmrlərində şəxsi heyətin əlifba qeydiyyatı kitabında hərbi xidməti və N nömrəli hərbi hissə komandirinin yanvar-avqust N993-cü il tarixli nizami hissə üzrə əmrlərində ezamiyyətə getməyi barədə məlumat aşkar edilmədiyinə və N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2 may 2024-cü il tarixli, N3N2 nömrəli məktubundan görünür ki, “Исмайлов Ибрагим Халил” oğlu ərizəsinə əsasən N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli, N9 №-li əmrilə (əsas: §-6, səh-37, əmr rus əlifbası ilə yazılmışdır) N yanvar N993-cü il tarixdən QAZ-66 markalı avtomobilə “sürücü” vəzifəsinə təyin olunmuşdur. Əmək Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq, öz xahişinə əsasən, avtomobil sürücüsü, qulluqçu “Исмайлов Ибрагим Халил” oğlu N №-li hərbi hissə komandirinin N avqust N993-cü il tarixli, N5N №-li əmrilə (əsas: §-4, səh-23, əmr rus əlifbası ilə yazılmışdır) işdən azad edilmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin yanvar-avqust N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatlarında iştirakı və N №-li hərbi hissə komandirinin N993-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda, N və N №-li hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır.

7. İddiaçı dair tərtib edilmiş “Qeydiyyat kartoçkası”.

8. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin N saylı Mənzil-Kommunal İstismar Sahəsinin 5 fevral 2025-ci il tarixli, 55 nömrəli arayışından görünür ki, İddiaçı Kamil oğlu 8-ci mikrorayon, S.Axundov küçəsi 8, ev N07 ünvanda qeydiyyatda olmamışdır.

9. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin N saylı Mənzil-Kommunal İstismar Sahəsinin 5 fevral 2025-ci il tarixli, 56 nömrəli arayışından görünür ki, X3 8-ci mikrorayon, S.Axundov küçəsi 8, ev N07 ünvanda N3 iyul N976-cı il tarixdən N7 iyun N993-cü il tarixədək qeydiyyatda olmuşdur.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

10. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N yanvar N993-cü il tarixdən N nömrəli hərbi hissədə avtomobil sürücüsü peşəsində işləmişdir. Hərbi hissədə işlədiyi zaman 7 fevral N993-cü il tarixdə keçmiş Bakı şəhəri, Səbail rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə çağırılaraq hərbi xidmətə göndərilmişdir. Komissarlıqda hərbi hissədə işlədiyini bildirsə də, o, döyüş bölgəsinə hərbi xidmətə göndərilmişdir. Bildirilir ki, 7 fevral N993-cü il tarixdən Ağdərə rayonunda yerləşən N nömrəli hərbi hissədə sıravi əsgər olmuşdur və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Ağdərə rayonun Mehmana yaşayış məntəqəsində Ağdərə cəbhəsində hərbi hərəkatlar zamanı sağ pəncənin barmaqlarının donması səbəbindən 25 fevral N993-cü il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilmişdir. N6 mart N993-cü il tarixədək həmin hospitalda müalicə almış, müalicə başa çatdıqdan sonra öz iş yerinə, yəni, N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı verilməsi xahiş etmişdir. N2 fevral 2024-cü il tarixli, 2/2/-N74N nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası” iddiaçıya müharibə veteranı adı verilməsindən imtina etmişdir. Qeyd edilən cavab iddiaçını qane etmədiyindən hesab edir ki, cavabdeh təşkilatın qərarı faktiki hallara və təqdim edilən sənədlərə əsaslanmamışdır. Hesab edir ki, cavabdeh təşkilatın müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır.

12. İddia tələbinin maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.N, 2.2, 33.N, 8.N.3-cü maddələrinə istinad olunmuşdur.

13. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adı və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 30 sentyabr 2024-cü il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

14. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

16. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 26 aprel 2024-cü il tarixli, N257 nömrəli arxiv arayışına əsasən iddiaçının N nömrəli hərbi hissənin yanvar-avqust N993-cü il tarixli nizami hissə üzrə əmrlərində döyüş əməliyyatlarında iştirakı və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində xidməti barədə məlumatlar aşkar olunmamışdır. Bu halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.

18. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77, İPM-in N4.3, 38, 47.2, 48.2-ci maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iş yeri döyüş əməliyyatlarda iştirak etməyən N nömrəli hərbi hissədə olduğuna baxmayaraq, iş yerindən ayrılmadan N nömrəli hərbi hissəyə göndərilmiş, ordan da Ağdərəyə yönləndirilmişdir. Tələbinin əsası ondan ibarətdir ki, təqdim edilən tibb kitabçasından çıxarışda Mehmana yaşayış məntəqəsində Ağdərə cəbhəsində hərbi hərəkatlar zamanı sağ pəncənin barmaqlarının donması təsdiq edilmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N8 may 202N-ci il tarixli, 2-N(N02)-895/202N saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

22. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § N-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

23. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

24. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

25. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

26. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. Həmin Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

29. Məhkəmə iddiaçı tərəfin izahatlarını, həmçinin iş materialına əlavə edilmiş sənədləri mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hallara istinad edərək əsaslandırır.

30. İddiaçı tələbinin əsası kimi N yanvar N993-cü il tarixdən N nömrəli hərbi hissədə avtomobil sürücüsü olduğunu, 7 fevral N993-cü il tarixdə keçmiş Bakı şəhəri, Səbail rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə çağırılaraq hərbi xidmətə göndərilməsini, Ağdərə rayonunda yerləşən N nömrəli hərbi hissədə sıravi əsgər olduğu və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Ağdərə rayonun Mehmana yaşayış məntəqəsində Ağdərə cəbhəsində hərbi hərəkatlar zamanı sağ pəncənin barmaqlarının donması səbəbindən 25 fevral N993-cü il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına yerləşdiyini, daha sonra müalicə almış, müalicə başa çatdıqdan sonra öz iş yerinə - N nömrəli hərbi hissədə xidmətini davam etdirməsini bildirmişdir.

31. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının N nömrəli hərbi hissənin yanvaravqust N993-cü il tarixli nizami hissə üzrə əmrlərində döyüş əməliyyatlarında iştirakı və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində xidməti barədə məlumatlar aşkar olunmamışdır.

32. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in N2-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.

33. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı ərizəsinə əsasən N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli, N9 №-li əmrilə N yanvar N993-cü il tarixdən QAZ-66 markalı avtomobilə “sürücü” vəzifəsinə təyin olunmuşdur. Öz xahişinə əsasən N №-li hərbi hissə komandirinin N avqust N993-cü il tarixli, N5N №-li əmrilə işdən azad edilmişdir.

34. Qeyd edilmiş məlumatların həqiqiliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxivində mövcud olan sənədlərlə təsdiq olunmuşdur.

35. Aparılmış məhkəmə araşdırılması nəticəsində müəyyən edilir ki, iddiaçının iş yeri olduğu N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsi işin mübahisəsiz halıdır. Odur ki, bu fakt həm cavabdeh orqanın arxiv arayışları ilə, həm də iddiaçının izahatları ilə təsdiq edilir.

36. İddiaçı bildirir ki, N nömrəli hərbi hissədə çalışdığı müddət N nömrəli hərbi hissəyə döyüş əməliyyatlarında iştirak edilməsi üçün göndərilmişdir.

37. İş materiallarından müəyyən edildiyi kimi, iddiaçı N №-li hərbi hissədə N yanvar N993-cü il tarixdən N avqust N993-cü il tarixədək sürücü vəzifəsində çalışmışdır. Lakin qeyd edilən müddətdə onun N nömrəli hərbi hissədə xidmətdə olduğu və ya döyüş əməliyyatlarda iştirakı heç bir arxiv məlumatları ilə öz təsdiqini tapmamışdır.

38. İddiaçı isə sübut qismində “Ambulator, stasionar xəstənin tibb kitabçası”ndan çıxarışa əsaslanır. Həmin çıxarışda qeyd edilmişdir ki, “xəstənin sözlərinə əsasən N0 gün öncə Mehmana yaşayış məntəqəsində Ağdərə cəbhəsində hərbi hərəkatlar zamanı sağ pəncənin barmaqlarının donması olmuşdur.” Belə ki, hazırkı halda iddiaçının Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalında verdiyi şifahi məlumatdan digər sübut aşkar edilməmişdir.

39. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsinin təsdiq edilməməsi ilə yanaşı, cavabdeh tərəfindən təqdim edilən arxiv məlumatlara əsasən həmin hərbi hissənin ümumiyyətlə döyüş əməliyyatlarında iştirakı barədə məlumat mövcud deyildir.

40. Qeyd olunanlara əsasən və mövcud olan iş materialların araşdırılması nəticəsində məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı sübuta yetirilmiş hesab oluna bilməz.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”

42. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; N944-cü il yanvarın N-dən N95N-ci il dekabrın 3N-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; N94N - N945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

43. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı: N. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... N.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...

44. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.

45. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ

46. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar