Məhkəmə qərarları › İş №2-1(118)-1019/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1019/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1019/2020 25.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılov Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pensiyadan saxlanılmış 120 manatın geri qaytarılması və cavabdehdən 12000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması tələbinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Şamaxı rayon şöbəsi Cavabdeh qarşı iddia qaldıraraq artıq ödənilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18.05. 2018-ci ildə peniyaya çıxmış, xx.xx.2019-cu ildək məhkəmələrdə sürünmüş, indi də xx.xx.2016-cı ildə qapanmış, 2015ci ilin məhkəmə əmri ilə əmr icraatı qaydasında pensiyasından pul saxiayırlar. Səbəbkar DSMF-nun Şamaxı rayon şöbəsinin işçisi Cavabdehdur. Ona poçtla məktub göndərib xahiş etsə də faydası olmadı. Sonra elektron poçtla tələbini etmişdir.xx xxxx 2018-ci il tarixli 1222-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Prosessual Məcəlləsinin 276.2.2 maddəsinə "bağlanmış əqdə" sözlərindən sonra "(lisenziyalaşdırılmış kommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqvilələri və məişətdə istehlak edilmiş təbii qaz,su,elektrik və istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla)" sözləri əlavə edilmişdir. Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Yəni, qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq bu tələblər əmr icraatı qaydasında tələb edilə bilməz. Cavabdeh məqsədi onun ictimaiyyət arasında az da olsa olan nüfuzunu aşağılamaq istəyidir. O, tutulan məbləğ onun üçün bir şey deyil, amma bu adam elə bil ki, öhdəlik götürüb ki, onun pensiya almağını ona haram etsin. Və guya ki, icra məmuruna deyə bilmirdi ki, məhkəmə əmr icraatı ilə pul tələb etmək ləğv olunub, məhkəmə qərarı gətir, icra edin. Cavabdeh məhkəmə əmri ilə məhkəmə qərarını bir-birindən fərqləndirə bilməli idi. Xəbəri olmadan pensiyasından pul saxlatması (həm də 16 martda) heç bir məntiqə sığmır. Qanunu bilməməsi onu məsuliyyətdən azad etmir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 12000 (on iki min) manat dəyərində qiymətləndirir. Bu illər ərzində çəkdiyi mənəvi əzabları məhkəmənin nəzərə alacağına inanıram. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə iddiaçı lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və iddiaçı elektron poçt vasitəsilə müraciət edərək onun iştrakı olmadan qərar verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə, iddianın Cavabdeh qarşı yönəldilməsi ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh qismində mütləq qaydada inzibati orqan çıxış edir. Bundan başqa İnzibati Prosessual Məcəllənin 27-ci maddəsi qısa olaraq inzibati prosesdə iştirakçıların dairəsinə dair qaydanı nəzərdə tutur. Normaya görə 2 qrup iştirakçılar fərqləndirilir. Birinci qrup prosesin “əsl iştirakçılar”ından, yəni iddiaçı və cavabdehdən, ikinci qrup isə prosesə “xüsusi qərar əsasında cəlb olunmuş iştirakçılardan təşkil olunur. Cəlb olunmanın xüsusi prosessual əhəmiyyətə malik olmasını nəzərə alaraq qanunverici bu institutu İPM-nin 28-ci maddədə aynca tənzimləmişdir. Prosesdə iştirakı zəruri olan iştirakçılar kimi iddiaçı və cavabdeh tanınır. İnzibati məhkəmə icraatında həm iddiaçı, həm də cavabdeh tərəfində şəxs və ya şəxslər birliyi çıxış edə bilər. Prosesdə iddiaçı və cavabdeh birlikdə tərəflər adlandırılırlar. Məhkəmə prosesində tərəflər qismində bir qayda olaraq öz adından dövlətdən mübahisəsinin həlli üçün hüquqi yardım istəyən və tələb edən şəxslər çıxış edirlər. Yəni məhkəmə prosesində tərəf kimi təmsil edən yox, təmsil edilən qəbul edilir. Prosesdə tərəf olan şəxs nə şahid, nə üçüncü şəxs, nə də başqa proses iştirakçısı qismində çıxış edə bilməz. Tərəflər ilə bağlı mülki prosessual qanunvericiliyin ümumi qaydaları tətbiq edilir. Əsl olmayan tərəfin əvəz edilməsi zamanı məhkəmə inzibati hüquqi qanunvericiliyin tələblərini nəzərə almaqla, MPM-in bu tərkiblə bağlı ümumi qaydalarını tətbiq edir. İnzibati prosessual qanunvericilik belə bir tezisdən çıxış edir ki, iddia ancaq o zaman yolveriləndir ki, iddiaçı həqiqətən də irəli sürdüyü tələbə malik olsun. Amma əgər prosesin gedişi zamanı hər hansı dəyişiklikdən irəli gələrsə ki, iddiaçı əsl olmayan tərəfdir, onda əsl olmayan iddiaçının razılığı əldə edildiyi halda, əsl iddiaçı ilə əvəz edilmə baş verir. Nəzərə alınmalıdır ki, iddiaçıların cavabdeh qismində fiziki şəxslərə qarşı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Hesab olunur ki, vətəndaşların fiziki şəxslərə qarşı pul tələbi və mənəvi zərər ilə bağlı iddialarına mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Həmçinin iddiaçıya dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq iddia ərizəsində olan nöqsanlar onun tərəfindən aradan qaldırılmamışdır. İnzibati Prosessual Məcəlləsinin tələbləri baxımından verilmiş iddia tələbi inzibati mübahisənin predmeti olmadığı təqdirdə iddia ərizəsi qeyri-mümkün hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ümumi şəhər (rayon) məhkəmələrinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar